Bizə yazın

Baku

-°C

USD

-

Əli Əsədov ŞKTC Baş naziri ilə görüşüb

Cəmiyyət 01 Aprel 2026, 16:07

286

Bu gün Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında bir sıra sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, parlamentlərarası və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.

Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeyd edilib.

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün əhəmiyyətinə toxunulub.

Tədbirin TDT çərçivəsində hökumətlərarası koordinasiyanın gücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilmiş prioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəli aparılması baxımından önəmi vurğulanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hindistanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib 

1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib.XİN-dən Citypost.az verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.Görüşdə ölkələr arasında tarixi münasibətlərin əlaqələrin təməlini formalaşdırdığı bildirilib, birbaşa təyyarə reyslərinin mövcudluğu, turizm və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məmnunluq ifadə olunub.Enerji sahəsində əməkdaşlığa toxunularaq, Hindistanın "ONGC Videsh" şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və...

01 Aprel 2026, 17:20

Azərbaycan Kanadadan qızılbalıq tədarükünü bərpa edib 

Bu ilin yanvar ayında Azərbaycan 334 min ABŞ dolları dəyərində 37,8 ton qızılbalıq idxal edib."Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 48 % azdır.Hesabat dövründə Azərbaycan Norveçdən 268,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çox) 25,8 ton (+5 dəfə), Kanadadan 44 min ABŞ dolları dəyərində 7,9 ton, Estoniyadan 14,6 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 3,8 ton (+27 %), Türkiyədən 3,4 min ABŞ dolları dəyərində (-90 %) 0,04 ton (-99 %), Belarusdan 1,85 min ABŞ dolları dəyərində (-67 %) 0,1 ton...

01 Aprel 2026, 16:28

Tanınmış azərbaycanlı rəssam Səlçuq Universitetində yüksək vəzifəyə təyinat aldı 

Azərbaycanlı rəssam və memar, sənətşünas alim, professor İlham Ənvəroğlu Türkiyə Cümhuriyyətinin Konya şəhərində yerləşən məşhur Səlçuq Universitetinin incəsənət fakültəsinin dekanı vəzifəsinə təyin olunub. CityPost.az xəbər verir  ki,İlham Ənvəroğlu 1970-ci ildə Ağcabədi şəhərində görkəmli filoloq-alim, professor, şair Ənvər Əhmədin ailəsində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakıdakı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib. 1990-cı illlərin sonlarında Türkiyəyə köçən İlham Ənvəroğlu Konya şəhərindəki Səlçuk Universitetində elmi fəaliyyətə başlayıb. O burada magistr və doktorantura təhsillərini tamamlayıb. Uzun illər universitetdə pedaqoji və elmi-praktik fəaliyyətlə məşğul olan rəssam indiyədək 50-dən çox milli və beynəlxalq sərgidə...

01 Aprel 2026, 15:00

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 

Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, aprelin 17-i saat 10:00-da Ağdam şəhəri, Heydər Əliyev prospekti, "İmarət" küçəsidə Ağdam, Füzuli, Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.Vətəndaşlar 2026-cı il aprelin 13-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

01 Aprel 2026, 13:45

Qəzalı məktəbdə tədris dayandırıldı

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.Bu barədə Citypost.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib."Belə ki, 1 aprel 2026-cı il tarixindən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması...

01 Aprel 2026, 13:44

"Azərbaycan alüminiumu" ASC ləğv edilir - SƏRƏNCAM

"Azərbaycan alüminiumu" ASC ləğv ediləcək.Citxəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.Bununla bağlı Maliyyə Nazirliyinə "Azərbaycan alüminiumu"nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb."Azərbaycan alüminiumu"nun aktivləri "Azəralüminium" MMC-nin balansına veriləcək. Nazirlər Kabineti müəssisənin kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və...

01 Aprel 2026, 13:15