İran ABŞ-dan verilən cavabı araşdırır
Dünya 04 May 2026, 08:28
341
Tehran ABŞ-ın müharibənin dayandırılması ilə bağlı son təklifə verdiyi cavabı araşdırır.
Citypost.az xəbər verir ki, bu barədə İranın “Mizan” xəbər agentliyi Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqaiyə istinadən məlumat yayıb.
XİN nümayəndəsinin sözlərinə görə, hazırkı mərhələdə nüvə proqramı ilə bağlı danışıqlar aparılmır. İranın nüvə proqramı və zənginləşdirilmiş uran ABŞ-la münasibətlərdə əsas gərginlik mövzusudur, lakin Tehran bu məsələləri daha sonra müzakirə etməyə üstünlük verir.
İranın dövlət mediasının məlumatına görə, Tehran İrana qarşı sanksiyaların ləğvini, Vaşinqtonun İran sərhədlərinə yaxın ərazilərdən qoşunlarını çıxarmasını, İran limanlarına qarşı dəniz blokadasının dayandırılmasını və bütün hərbi əməliyyatların, o cümlədən İsrailin Livandakı əməliyyatlarının dayandırılmasını təklif edir. Təklif həmçinin iki ölkə arasında 30 gün ərzində razılaşmanın əldə olunmasını nəzərdə tutur. Qeyd olunur ki, İran tərəfi mövcud atəşkəsi uzatmaq deyil, müharibəni dayandırmaq niyyətindədir.
Mayın 2-də Tramp Tehranın təklifini nəzərdən keçirdiyini, lakin bunun razılaşmaya gətirib çıxaracağına şübhə etdiyini bildirib.
Həmçinin oxuyun
Öz növbəsində, İsrailin KAN telekanalının jurnalisti Natan Qutman bildirib ki, ABŞ prezidenti Donald Tramp onunla qısa söhbəti zamanı İranın yeni proqramını “qəbuledilməz” adlandırıb.
“Bu, mənim üçün qəbuledilməzdir. Mən bunu araşdırdım, hər şeyi araşdırdım. Bu, qəbuledilməzdir”, - deyə jurnalist sosial şəbəkədəki səhifəsində Trampın sözlərini sitat gətirib.
Tramp jurnalistlə söhbətində həmçinin qeyd edib ki, İsrail onun ABŞ prezidenti olmasına görə “şanslıdır”.
“Mən və Bibi olmasaydıq, İsrail mövcud olmazdı”, - deyə o bildirib. (APA)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kruiz gəmisində DƏHŞƏT: 3 nəfər tənəffüs yolu xəstəliyindən ölüb
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Atlantik okeanında kruiz gəmisində üç nəfər ölüb, onlardan birində adətən gəmiricilər tərəfindən insanlara ötürülən hantavirus xəstəliyi aşkarlanıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Virus Argentinanın Uşuaya şəhərindən Kabo-Verdeyə gedən Hondius gəmisində baş verib.ÜST bildirib ki, "Hazırda laboratoriyada təsdiqlənmiş bir hantavirus infeksiyası və beş şübhəli hal var. Cənubi Afrikada altı haldan üçü ölüb, biri isə hazırda reanimasiyadadır."Bazar günü Cənubi Afrikanın səhiyyə nazirliyi AFP-yə bildirib ki, Yohannesburqda "ağır kəskin respirator xəstəlik" baş verib və nəticədə ən azı iki nəfər ölüb, üçüncüsü isə reanimasiyadadır....
04 May 2026, 11:01
Hörmüz boğazındakı əməliyyatda 15 min ABŞ əsgərinin iştirak etdiyi məlum olub.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mayın 4-də verdiyi açıqlamada, ABŞ mayın 4-də Hörmüz boğazından ticarət gəmilərinin naviqasiya azadlığını bərpa etmək üçün 15.000 nəfərlik hərbi əməliyyat olan Azadlıq Əməliyyatını dəstəkləməyə başlayacağı bildirilib.Citypost.az xarici KİV-lərə istinadən xəbər veirr ki, "ABŞ-ın Azadlıq Layihəsinə hərbi dəstəyinə idarə olunan raket esminetsləri, 100-dən çox quru və dəniz təyyarəsi, çoxməqsədli pilotsuz platformalar və 15.000 əsgər daxil olacaq".Bəyanatda həmçinin bildirilir ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən missiya Hörmüz boğazından maneəsiz keçid axtaran ticarət gəmilərini dəstəkləyəcək. Mərkəzi Komandanlıq əlavə edib ki, dünya dəniz neft ticarətinin dörddə biri, eləcə də xeyli miqdarda yanacaq və gübrə bu boğazdan keçir.Əli...
04 May 2026, 10:56
KİV:Merz hesab edir ki, ABŞ-ın yeni tarifləri bütün Avropaya zərbə vurur
Almaniya kansleri Fridrix Merz ABŞ-ın yeni tarif siyasətinin bütün Avropaya mənfi təsir göstərdiyini bildirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, kansler qeyd edib ki, ABŞ prezidenti Donald Trump tərəfindən Aİ-dən idxal edilən avtomobillərə rüsumların artırılması təkcə Almaniyaya deyil, ümumilikdə Avropa İttifaqına zərbə kimi qiymətləndirilməlidir.Merz ARD televiziyasına açıqlamasında bildirib ki, ABŞ-ın tətbiq etdiyi yeni idxal tariflərini konkret bir ölkəyə yönəlmiş addım kimi yox, Avropanın iqtisadi maraqlarına qarşı yönəlmiş qərar kimi görür. Onun sözlərinə görə, Tramp Avropa İttifaqının ABŞ-la razılaşdırılmış ticarət sazişini hələ tam təsdiqləməməsindən narazıdır və bu, Vaşinqtonun mövqeyinə təsir edir.Kansler əlavə edib ki, ABŞ tərəfi razılaşmanı artıq hazırlayıb, lakin Avropa tərəfdə...
04 May 2026, 10:51
Türkiyədə tufan xəbərdarlığı olunub
Türkiyənin Şanlıurfa vilayətində qeydə alınan tufan nəticəsində bir nəfər ölüb, daha 40 nəfər xəsarət alıb.CityPost/az "Haber Global"a istinadən xəbər verir ki, Birecik rayonunda qəfil güclü yağış və külək çoxsaylı ağacların aşmasına və binaların dam örtüyünün zədələnməsinə, eləcə də lokal daşqınlara səbəb olub. Bu hadisələrdə bir vətəndaş həyatını itirib, 29 şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.Eynilə, Viranşehir rayonunda da təbiət hadisəsi oxşar mənfi təsirlərə səbəb olub və nəticədə 11 vətəndaş yüngül xəsarət alıb.Meteorologiya Baş İdarəsinin son proqnoz hesabatına görə, ölkənin böyük bir hissəsində güclü yağış gözlənilir və Mərmərə bölgəsi üçün tufan xəbərdarlığı verilib. İstanbul da daxil olmaqla 44 vilayət üçün sarı xəbərdarlıq...
04 May 2026, 09:35
Avstraliyada 15 nəfərin öldürüldüyü hücumla bağlı ictimai dinləmələr başlayıb
Avstraliyada ötən ilin dekabr ayında Hanuka bayramı zamanı 15 nəfərin ölümünə səbəb olan Sidneydəki Bondi çimərliyinə edilən hücumla bağlı milli araşdırma çərçivəsində ictimai dinləmələr başlayıb."Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, araşdırma ölkədə antisemitizmin artması və ictimai təhlükəsizlik məsələlərini də əhatə edir.Kral Komissiyasına keçmiş hakim Virciniya Bell sədrlik edir. O, dinləmələrin ilk hissəsinin Avstraliyada antisemitizmin miqyası və təbiətinə yönələcəyini söyləyib. O, ölkədə yəhudi əleyhinə əhval-ruhiyyənin kəskin şəkildə artmasının digər Qərb ölkələrindəki oxşar tendensiyalarla üst-üstə düşdüyünü və görünür, Yaxın Şərqdəki hadisələrlə əlaqəli olduğunu qeyd edib.Komissiya əvvəllər 14 ilkin tövsiyədən ibarət aralıq hesabat təqdim etmişdi. Bunlara yəhudi ictimai tədbirlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə...
04 May 2026, 08:55
ABŞ Hörmüz boğazında qalmış gəmiləri çıxarmağa başlayacaq
ABŞ prezidenti Donald Tramp ABŞ-ın müharibə səbəbilə Hörmüz boğazında ilişib qalmış gəmiləri çıxarmaq üçün 4 may tarixində "Azadlıq Layihəsi" əməliyyatına başlamağı planlaşdırdığını açıqlayıb.APA xəbər verir ki, Tramp bu barədə öz "Truth" hesabında yazıb.Tramp, bir çox ölkənin Hörmüz boğazında ilişib qalmış ticarət gəmiləri ilə bağlı narahatlıqlarını ifadə etdiyini qeyd edib."Nümayəndələrimə gəmilərin və heyətlərinin boğazdan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün hər cür səy göstərəcəyimizi bildirmələrini tapşırdım. Onlar, ərazi gəmiçilik və sair üçün təhlükəsiz olana qədər heç bir halda geri qayıtmayacaqlarını bildiriblər. "Azadlıq Layihəsi" kimi tanınan bu əməliyyat, Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhəri başlayacaq", - Tramp bildirib....
04 May 2026, 08:12