KTM: Ötən ay zəhərlənməyə görə 5 nəfər ölüb
Hadisə 04 May 2026, 09:49
366
2026-cı ilin aprel ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
Bu barədə Citypost.az-a KTM-dən məlumat verilib.
Bildirilib ki, müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərdən 31 nəfər dərman preparatlarından, 5 nəfər siçan dərmanından (rodentisid), 19 nəfər sirkə turşusundan, 1 nəfər yandırıcı məhluldan, 3 nəfər yeyici məhlullardan, 3 nəfər həşərat dərmanından, 3 nəfər ilan sancmasından, 6 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 3 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.
Həmçinin oxuyun
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 5 nəfərin (1 qadın və 4 kişi) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri spitli içki, fosfor üzvi birləşmə və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
Mayın 2-də və 3-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 49, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin narkotiklərlə əlaqəli 31 müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 7,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt...
04 May 2026, 11:03
Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb
Sumqayıt şəhərinin Corat qəsəbəsində 66 yaşlı kişi hamamda yıxılaraq ölüb."Report"un yerli bürosu xəbər verir ki, Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evdə hamam otağında aşkarlanıb.Belə ki, 1960-cı il təvəllüdlü kişinin müvazinətini itirərək yıxıldığı və hadisə yerində öldüyü bildirilir.Faktla bağlı araşdırma aparılır.
04 May 2026, 10:05
İran ABŞ-İsrail müharibəsini dayandırmaq üçün Yaponiya və Cənubi Koreya ilə məsləhətləşir
İranın xarici işlər naziri Abbas Əraqçi Cənubi Koreya və Yaponiya xarici işlər nazirləri ilə regional və beynəlxalq vəziyyətlə bağlı danışıqlar aparıb.Tasnim-in məlumatına görə, İrana qarşı aparılan ABŞ-İsrail müharibəsini dayandırmaq üçün görülən son diplomatik səylər barədə nazirlər məlumatlandırılıb.Əraqçi telefon danışığında Cənubi Koreyanın xarici işlər naziri Cho Hyun ilə regional və beynəlxalq məsələləri müzakirə edib. Söhbət zamanı nazir müharibənin dayandırılması istiqamətində aparılan diplomatik prosesin son vəziyyəti barədə məlumat verib.Əraqçi Yaponiya xarici işlər naziri Toşimitsu Motegi ilə də regional və beynəlxalq məsələləri müzakirə edib.İranın xarici işlər naziri Yaponiya tərəfinə də ölkəsinə qarşı aparılan müharibənin dayandırılması üçün davam edən təşəbbüslər və səylər barədə məlumat...
03 May 2026, 11:45
Göygöldə toyda iki qardaş bıçaqlanıb
Göygöldə toyda iki qardaş bıçaqlanıb.Hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
02 May 2026, 21:00
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
Azərbaycanda mayın 1-də cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.Həmçinin qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
02 May 2026, 11:46
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.DİN-dən Citypost.az verilən xəbərə görə, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər - 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev “sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi” barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər....
01 May 2026, 16:35