Xəqani Cəfərli: Süni intellektdə liderlik ABŞ və Çinin əlindədir
Siyasət 04 May 2026, 10:25
2098
Süni intellektin inkişafına 2025-ci ildə ən çox sərmayə qoyan ölkələrin siyahısına ABŞ başçılıq edir. Ötən il ABŞ süni intellektin inkişafına 470.9 milyard dollar xərclədiyi halda, onun yeganə rəqibi Çin 119.3 milyard dollar xərcləyib. Rəqəmlərdən göründüyü kimi, ABŞ ötən il süni intellektin inkişafına Çindən təxminən dörd dəfə çox pul xərcləyib.
Citypost.az xəbər verir ki, bu fikirləri Politoloq Xəqani Cəfərli bildirib.
Siyahıda üçüncü olan Böyük Britaniya 28.2 milyard dollar xərcləyib ki, bu da süni intellektin liderliyi uğrunda mübarizənin ABŞ və Çin arasında getdiyi, digər ölkələrin bu mübarizənin iştirakçısı olmadığı haqqında “Rusiyanın süqutunu qaçılmaz edən beş şərt” başlıqlı məqalədəki fikirlərimi təsdiq edir.
Böyük Britaniyanı 15.3 milyard dollarla Kanada izləyir. Almaniya, Yaponiya, Hindistan və Fransa kimi böyük iqtisadiyyata malik ölkələri qabaqlayaraq sırada beşinci olan İsrail ötən süni intellektin inkişafına 15 milyard dollar xərcləyib. Süni intellektin inkişafına 11.3 milyard dollar xərcləyən Almaniya altıncı, 11.1 milyard dollar xərcləyən Hindistan yeddinci yerdədir. Siyahıda səkkizinci olan Fransa ötən il süni intellektin inkişafına 9 milyard dollar, doqquzuncu olan Cənubi Koreya 7.3 milyard dollar xərcləyib. Ərazisi Bakıdan üç dəfə kiçik olan Sinqapur süni intellektin inkişafına Cənubi Koreya qədər, yəni 7.3 milyard dollar xərcləyib və siyahıda onuncu yerdədir. Göründüyü kimi, süni intellektin inkişafına ən çox pul xərcləyən 10 ölkə arasında Rusiya, İran və Türkiyənin adı yoxdur. Bu isə o deməkdir ki, iqtisadiyatda və hərbidə süni intellektin həlledici rol oynacağı XXI əsrdə bu dövlətlərin suverinliyi olmayacaq. Ən böyük nüvə arsenalına sahib olmaq belə yetərsizdir. Çünki, süni intellekt sənayeni kökündən dəyişdirərək yeni inkişaf meyarları yaratdığı kimi, hərbidə də təhdidlərin təhlili, hədəflərin seçilməsi və qərar qəbuletmə mərkəzinə çevrilir.
ABŞ Müdafiə Nazirliyinin bir neçə gün öncə Nvidia, Microsoft, Amazon Web Services (AWS) və Reflection AI texnologiya şirkətləri ilə müqavilələr imzalayıb. Bu yeni müqavilələr Google, SpaceX və OpenAI ilə əldə edilmiş razılaşmaları tamamlayır. Son razılaşmalar ilə süni intellekt texnologiyaları ABŞ hərbi infrastrukturuna inteqrasiya edilən şirkətlərin sayı yeddiyə çatıb. Vaşinqtonun məqsədi süni intellekt mərkəzli bir ordu yaratmaqdır.
Döyüş robotlarından istifadənin tədricən genişlənməsi orduların “dəmir adam”lardan ibarət olması ilə başa çatacaq. Böyük Britaniyanın 2030-cu ildə ordusunun 25 faizini robotlar təşkil edəcək ki, bu da gələcəkdə orduların “dəmir adam”lardan ibarət olacağı haqqında qənaətimi təsdiq edir. Robotlardan ibarət ordunun ən zəif və ən güclü yeri isə süni intelleklə bağlı olacaq. Hansı ordunun süni intellekt proqramı kənar təsirə daha davamlı olacaq, həmin ordu ən güclü ordu olacaq.
Süni intellekdə suverenlik əldə etmək üçün şərtlər çox olsa da, bir neçəsi həlledicidir. Məsələn, nəhəng maliyyə resursları, böyük enerji resursları, qabaqcıl süni intellekt sistemlərini quraccaq və idarə edəcək sayda üstün istedadlar olmadan müstəqil süni intellekt sahəsi yaratmaq israfçılığa səbəb olan lovğalıqdan başqa bir şey deyil.
Azacıq elmi bilikləri olan hər kəs anlayır ki, bu günə olan mənzərə ondan ibarətdir ki, süni intellekt sahəsində iki ölkə - ABŞ və Çinin dominantlıq edir. Bu həm də o deməkdir ki, yalnız bu iki ölkə süni intellektdə suverenliyə malikdir. Digər ölkələr bu iki ölkənin birindən önəmli dərəcədə asılıdır. Seçim də bu iki ölkə arasındadır. Üçüncü bir ölkə yoxdur.
Çini seçməzdən öncə təhlükəsizlik, kəşfiyyat və strateji risklər üzrə dünyaca məşhur ekspert Keys Fleminqin “Qırmızı sunami: Azadlığınızı məhv edən səssiz fırtına” (The Red Tsunami: The Silent Storm Killing Your Freedom) kitabını oxumağınızı tövsiyyə edirəm.
Azərbaycanın təhlükəsizlik arxitekturasının Çinə deyil, ABŞ-a dayanaqlı olmalı olduğunun alternativi yoxdur və olmayacaq. Türkiyə ilə ittifaq, xüsusilə də türk-islam birliyi kimi cəfəng fikirlərin heç bir prespektivi yoxdur.
ABŞ-a dayanaqlı təhlükəsizlik arxitekturasının formalaşmasının ən qısa yolu “Xəzər asayişi” Alyansının yaradılmasından ibarətdir. İlk mərhələdə ABŞ, Azərbaycan, Qazaxıstan və İsraili əhatə edəcək, Xəzər hövzəsində (Cənubi Qafqaz və Mərkəzi Asiya) regional sülh sabitlik və rifahı təmin edəcək “Xəzər asayişi” Alyansının alternativi yoxdur və olmayacaq. “Xəzər asayişi” Alyansının yaradılması Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın həyati əhəmiyyətli maraqlarına uyğun olduğu kimi, ABŞ və İsrailin də maraqlarına uyğundur.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək
Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas...
15 May 2026, 17:44
İlham Əliyev: Qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.
15 May 2026, 15:39
Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi
ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.Əli...
15 May 2026, 10:30
M.Əsədullazadə: Çin özünü daha güclü göstərir
ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.Ekspertin sözlərinə...
15 May 2026, 10:12
Sabiq deputat: Fransa Türkiyəyə qarşı təxribat hazırlayır
Fransa son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistan və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, həmçinin Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiqləyir.Citypost.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasətçi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.Onun sözlərinə görə, bu sazişlərin əsas məqsədi Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi baxımdan öz təsir dairəsinə salmaq, eyni zamanda Türkiyənin ətrafında geosiyasi “çəmbəri daraltmaqdır”.Q.Əlibəyli qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibi...
15 May 2026, 10:04
Politoloq: ABŞ–Çin görüşü yeni riskləri ortaya çıxardı
Amerika–Çin görüşünün maraqlı detalları gün üzünə çıxmağa davam edir:Pekində 14–15 may tarixlərində keçirilən görüşlər xeyli yaddaqalan olub.Nəzərə alsaq ki, bu, Donald Trumpın 2017-ci ildən sonra Çinə ilk rəsmi səfəri və Xi Jinping ilə ilk böyük görüşü idi. Rəsmi açıqlamalarda “stabil münasibətlər”, “əməkdaşlıq” və “dostluq” vurğulansa da, pərdəarxasında tam fərqli mənzərə yaşanıb. New York Post və Daily Beast-in məlumatlarına görə, görüşlər zamanı ciddi xaos, təhlükəsizlik qalmaqalları və protokol böhranları baş verib. İkitərəfli görüş başlamazdan əvvəl çinli jurnalistlərin böyük qrupu qəfil şəkildə zala daxil olub. Qarışıqlıq zamanı Ağ Evin öncədən gəlmiş komandasından olan qadın əməkdaş yerə yıxılıb və insanların ayaqları altında qalıb. ABŞ...
15 May 2026, 09:27