Bizə yazın

Baku

-°C

USD

-

Məhəmməd Əsədullazadə: İran ABŞ şərtlərini qəbul etməyə başlayır

Siyasət 04 May 2026, 08:33

363

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, İran ABŞ-ın irəli sürdüyü şərtləri tədricən qəbul etməyə başlayıb. Onun sözlərinə görə, Tehran nüvə zənginləşdirməsinin 3 faiz səviyyəsində saxlanılmasına razılıq verir.

Citypost.az xəbər verir ki, siyasi şərhçi qeyd edib ki, mövcud vəziyyət göstərir ki, hərbi əməliyyatlardan daha çox iqtisadi sanksiyalar və blokada SEPAH-ın ABŞ qarşısında geri çəkilməsinə səbəb olur. O vurğulayıb ki, müharibə şəraitində əhali adətən sistemin yanında olur, lakin iqtisadi təzyiqlər sosial vəziyyəti daha da ağırlaşdırır.

Məhəmməd Əsədullazadənin fikrincə, iqtisadi blokadanın davam etməsi ölkədə sosial narazılığı artırır və bu, etiraz aksiyalarına gətirib çıxara bilər. O bildirib ki, əgər etirazlar yenidən geniş vüsət alsa, bu, vətəndaş qarşıdurması riskini yüksəldə bilər.

Ekspert əlavə edib ki, belə bir ssenaridə bəzi etnik qrupların, o cümlədən bəlucların, ərəblərin və kürdlərin silahlı etirazlara qoşulması ehtimalı var. Onun qənaətincə, zaman SEPAH əleyhinə işləyir və ABŞ İran üzərində iqtisadi təzyiqləri davam etdirəcək.

Siyasi şərhçi onu da qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump irəli sürülən şərtləri qəbul etmir və Vaşinqtonun mövqeyi sərt olaraq qalır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəqani Cəfərli: Süni intellektdə liderlik ABŞ və Çinin əlindədir

Süni intellektin inkişafına 2025-ci ildə ən çox sərmayə qoyan ölkələrin siyahısına ABŞ başçılıq edir. Ötən il ABŞ süni intellektin inkişafına 470.9 milyard dollar xərclədiyi halda, onun yeganə rəqibi Çin 119.3 milyard dollar xərcləyib. Rəqəmlərdən göründüyü kimi, ABŞ ötən il süni intellektin inkişafına Çindən təxminən dörd dəfə çox pul xərcləyib. Citypost.az xəbər verir ki, bu fikirləri Politoloq Xəqani Cəfərli bildirib.Siyahıda üçüncü olan Böyük Britaniya 28.2 milyard dollar xərcləyib ki, bu da süni intellektin liderliyi uğrunda mübarizənin ABŞ və Çin arasında getdiyi, digər ölkələrin bu mübarizənin iştirakçısı olmadığı haqqında “Rusiyanın süqutunu qaçılmaz edən beş şərt” başlıqlı məqalədəki fikirlərimi təsdiq edir. Böyük Britaniyanı 15.3 milyard...

04 May 2026, 10:25

Pərvanə Vəliyeva: Güləşçilərimizin Avropa zəfəri böyük uğurdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş güləş üzrə Avropa çempionatında yüksək nəticələr əldə edən milli komanda üzvləri və onların məşqçiləri ilə görüş keçirib. Görüşdə yunan-roma və sərbəst güləş, eləcə də qadın güləşi üzrə Avropa çempionu olan və müxtəlif medallar qazanan idmançılar iştirak ediblər.Bu fikirləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.Deputat qeyd edib ki, görüş zamanı dövlət başçısı Azərbaycan milli komandasının əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, Avropa çempionatında komanda hesabında birinci yerə yüksəlməyin böyük nailiyyət olduğunu vurğulayıb. Onun sözlərinə görə, müasir dövrdə güləş üzrə rəqabət daha da güclənib və bu şəraitdə qazanılan qələbə idmançıların peşəkarlığını...

04 May 2026, 09:30

Tural İrfan: Dezinformasiyaya aldanmaq təhlükəlidir

Xaricdə özlərinə sığınacaq tapmış satqın və bir sıra Vətən xaini dayanmadan ölkəmiz haqqında dezinformasiya, şayiələr yayırlar. Sosial şəbəkə imkanları da belələrinə bir növ fürsət olub. Görünür ki, bir - biri ilə əlaqə saxlayıb xəyali hadisələr quraşdırır, rəvayətlər qondarır, bəzən də hiss olunur ki, xarici xüsusi xidmət orqanlarının təqdim etdiyi legendalardan istifadə edirlər.Hər bir ölkədə olduğu kimi müəyyən vaxtlarda məişət zəminində baş vermiş qəza, cinayət hadisələrini şişirdib səbəbini başqa istiqamətə yönəldir, dövlətlə əlaqələndirməyə cəhd edirlər.Yalan, böhtan, iftira, şantaj xarakterli bu məlumatları blogger adı ilə zəvzəyənlər tiktok, feysbuk, yutub platformalarında tirajlayır, təəssüf ki, bəzi sadəlövh adamlar da bunu ciddi qəbul edir, bəzən...

04 May 2026, 09:00

Abbas Araqçı Ceyhun Bayramova ZƏNG ETDİ

İran xarici işlər naziri Abbas Araqçı azərbaycanlı həmkarı Ceyhun Bayramova telefon zəngi edib.Citypost.az İran mediasına istinadən xəbər verir ki, Abbas Araqçı Ceyhun Bayramova Tehranın son sülh təşəbbüsləri və müharibənin sona çatması ilə bağlı mövqeləri barədə məlumat verib.Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçı həmçinin Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı, İraq dan olan həmkarları ilə telefon danışıqları apararaq Tehranın son sülh təşəbbüsləri və müharibənin sona çatması ilə bağlı mövqeləri barədə onları məlumatlandırıb.(Modern.az)...

01 May 2026, 16:24

Zaur Şükürov:Qərəzli qətnamə, təhrif olunmuş reallıq

Məlum olduğu kimi Avropa Parlamenti Ermənistanla bağlı “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə qəbul edərək, növbəti dəfə Azərbaycanı hədəfə alıb. Qətnamədə Azərbaycana qarşı müddəalar tamamilə əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaqdır. Avropa Parlamentinin regionda post-münaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi regiondakı sülh prosesinə və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir. Qətnamədə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən və 2023-cü ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyinin bərpasından sonrakı inkişaflar qəsdən təhrif olunur.  “Ədalətsiz həbs” kimi ifadələrdən istifadə etməklə “hərbi əsir” kimi təqdim edilən məhbusların azadlığa buraxılması çağırışları hüquqi cəhətdən yanlış və qəbuledilməzdir. Azərbaycan...

01 May 2026, 14:45

Məhəmməd Əsədullazadə: Körfəz ölkələrinin İrana qarşı addımları düşmən hərəkətidir

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə sosial şəbəkədə paylaşımında İran və region ölkələri ilə bağlı diqqətçəkən açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi  bildirib ki, İrana qarşı qonşusu olan ərəb ölkələri düşmən kimi davranıb. Onun sözlərinə görə, İranda rejimin Azərbaycana qarşı münasibəti daima qeyri-konstruktiv olub, buna baxmayaraq, ikitərəfli münasibətlər davam edib və Azərbaycan İranla qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafında maraqlı olub. Şərhçi qeyd edib ki, Azərbaycan ABŞ-İsrail tərəfindən İrana qarşı hücumlara neytral qalıb və hətta İrana ilk humanitar yardım göndərib. O əlavə edib ki, İran və Azərbaycan prezidentləri arasında daimi telefon təmasları olub.M. Əsədullazadə vurğulayıb ki, İranın qonşuları...

01 May 2026, 08:03