Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: Güləşçilərimizin Avropa zəfəri böyük uğurdur

Siyasət 04 May 2026, 09:30

1530

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş güləş üzrə Avropa çempionatında yüksək nəticələr əldə edən milli komanda üzvləri və onların məşqçiləri ilə görüş keçirib. Görüşdə yunan-roma və sərbəst güləş, eləcə də qadın güləşi üzrə Avropa çempionu olan və müxtəlif medallar qazanan idmançılar iştirak ediblər.

Bu fikirləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat qeyd edib ki, görüş zamanı dövlət başçısı Azərbaycan milli komandasının əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, Avropa çempionatında komanda hesabında birinci yerə yüksəlməyin böyük nailiyyət olduğunu vurğulayıb. Onun sözlərinə görə, müasir dövrdə güləş üzrə rəqabət daha da güclənib və bu şəraitdə qazanılan qələbə idmançıların peşəkarlığını və hazırlıq səviyyəsini bir daha sübut edir.Prezident İlham Əliyev Azərbaycan güləş məktəbinin zəngin ənənələrə malik olduğunu və bu ənənələrin uğurla davam etdirildiyini bildirib. O, xüsusilə gənc idmançıların böyük nəticələr qazanmasını müsbət qiymətləndirərək, ölkədə seleksiya və məşq prosesinin düzgün qurulduğunu qeyd edib.

Deputat əlavə edib ki, idmanın cəmiyyət üçün əhəmiyyəti böyükdür və beynəlxalq yarışlarda Azərbaycan bayrağının ucaldılması xalqda qürur hissi yaradır. Bu uğurlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır və son illərdə ölkədə idman sahəsində əldə olunan nailiyyətlər sevindirici xarakter daşıyır.Güləş federasiyasının və məşqçilərin fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Federasiyanın rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar qazanmış tanınmış idmançıların təmsil olunması bu sahənin inkişafına müsbət təsir göstərir.

Millət vəkilinin sözlərinə görə, Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yerin qazanılması xüsusi əhəmiyyət daşıyır və bu nəticə Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyini daha da möhkəmləndirir.

Pərvanə Vəliyeva vurğulayıb ki, idmançılarımız həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil edirlər. Uğurlarla yanaşı məğlubiyyətlərin də olduğunu qeyd edən deputat bildirib ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bu, ölkənin ümumi inkişafını əks etdirir. Azərbaycanın idman sahəsində böyük təcrübəsi var. Ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq yarışlar keçirilib, ötən il isə MDB oyunları müxtəlif bölgələrdə təşkil olunub. Bu da Azərbaycanda idman sahəsində güclü potensialın olduğunu və idmana dövlət qayğısının göstərildiyini sübut edir.Oğlan idmançılarla yanaşı, qız güləşçilərin də medalçılar arasında olması sevindirici haldır və bu, gənc qızlar arasında güləşə marağın artdığını göstərir.

Sonda deputat vurğulayıb ki, Azərbaycanın bütün idman sahələri hər zaman ölkə başçısının diqqət mərkəzində olub və uğur qazanan idmançılara daim qayğı göstərilib. O, bu diqqət və qayğının idmançıları daha da motivasiya edəcəyini və gələcək yarışlarda yeni uğurların əldə olunmasına zəmin yaradacağını bildirib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək

Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas...

15 May 2026, 17:44

İlham Əliyev: Qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.

15 May 2026, 15:39

Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi

ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.Əli...

15 May 2026, 10:30

M.Əsədullazadə: Çin özünü daha güclü göstərir

ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.Ekspertin sözlərinə...

15 May 2026, 10:12

Sabiq deputat: Fransa Türkiyəyə qarşı təxribat hazırlayır

Fransa son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistan və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, həmçinin Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiqləyir.Citypost.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasətçi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.Onun sözlərinə görə, bu sazişlərin əsas məqsədi Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi baxımdan öz təsir dairəsinə salmaq, eyni zamanda Türkiyənin ətrafında geosiyasi “çəmbəri daraltmaqdır”.Q.Əlibəyli qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibi...

15 May 2026, 10:04

Politoloq: ABŞ–Çin görüşü yeni riskləri ortaya çıxardı

Amerika–Çin görüşünün maraqlı detalları gün üzünə çıxmağa davam edir:Pekində 14–15 may tarixlərində keçirilən görüşlər xeyli yaddaqalan olub.Nəzərə alsaq ki, bu, Donald Trumpın 2017-ci ildən sonra Çinə ilk rəsmi səfəri və Xi Jinping ilə ilk böyük görüşü idi. Rəsmi açıqlamalarda “stabil münasibətlər”, “əməkdaşlıq” və “dostluq” vurğulansa da, pərdəarxasında tam fərqli mənzərə yaşanıb. New York Post və Daily Beast-in  məlumatlarına görə, görüşlər zamanı ciddi xaos, təhlükəsizlik qalmaqalları və protokol böhranları baş verib. İkitərəfli görüş başlamazdan əvvəl çinli jurnalistlərin böyük qrupu qəfil şəkildə zala daxil olub. Qarışıqlıq zamanı Ağ Evin öncədən gəlmiş komandasından olan qadın əməkdaş yerə yıxılıb və insanların ayaqları altında qalıb. ABŞ...

15 May 2026, 09:27