Husilər Təl-Əvivə hücum və Qırmızı dəniz qadağası elan etdi
Dünya 08 İyun 2026, 10:56
494
Husilər Təl-Əviv ərazisinə raket zərbələri endirdiyini və İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinə qadağa qoyduqlarını elan etdilər
Citypost.az xəbər verir ki, Yəmən Ənsar Allah hərəkatının nümayəndələri Təl-Əviv bölgəsindəki hədəflərə raket zərbəsi endirildiyini və İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinə tamamilə qadağa qoyulduğunu elan etdilər.
"Yəmən silahlı qüvvələri işğal olunmuş Yaffa (Tel-Əviv nəzərdə tutulur) ərazisində İsrail düşməninin mühüm hədəflərinə raket zərbələri endirib. Raketlər hədəfləri dəqiq vurub", - deyə açıqlamada bildirilir.
Həmçinin oxuyun
Bundan əlavə, hərəkat nümayəndələri Qırmızı dənizdə İsrailin tam dəniz blokadasını elan etdilər. Onların sözlərinə görə, bundan sonra həmin su ərazisində İsraillə əlaqəli hər hansı bir hərəkat hərbi hədəf hesab ediləcək.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Moldova ərazisində PUA qalıqları aşkar edilib
Moldova Milli Ordusunun müşahidə və transsərhəd əməkdaşlıq sistemləri Mixaylovka-Lopatna istiqamətindən pilotsuz uçuş aparatının (PUA) dövlət sərhədini keçdiyini qeydə alıb."Report" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin məlumatında deyilir.Lopatna yaşayış məntəqəsi yaxınlığındakı kənd təsərrüfatı sahələrində PUA qalıqları aşkar edilib."Hadisə yerində aşkar edilmiş izlər daha əvvəl partlayışın baş verdiyini göstərir. Dronun mənşəyini və insidentin başvermə şəraitini müəyyən etmək üçün tapılmış fraqmentlər araşdırılır. Qeyd edək ki, bu gecə Rusiya dron və raketlərdən istifadə edərək Ukraynaya kütləvi hücum həyata keçirib", - məlumatda bildirilib....
08 İyun 2026, 11:27
Roma Papası İspaniya parlamentində çıxış edəcək və zorakılıq qurbanları ilə görüşəcək
Roma Papası XIV Leo İspaniyaya səfəri çərçivəsində bazar ertəsi günü İspaniya parlamentində çıxış edəcək və ruhanilər tərəfindən cinsi istismara məruz qalan qurbanlarla görüşəcək.Citypost.az FRANCE24.com-a istinadən xəbər verir ki, Madridə səfər edən Papa XIV Leo-nun parlamentdəki çıxışı onun İspaniyaya səfərinin əsas siyasi və ictimai gündəm hadisələrindən biri kimi qiymətləndirilir. Katolik Kilsəsinin rəhbərinin bu addımı nadir hallarda baş verən diplomatik praktikalar sırasında yer alır.İspaniya mediasının məlumatına görə, zorakılıq qurbanları ilə görüş qapalı formatda keçiriləcək. Lakin bəzi qurban birlikləri görüşə dəvət olunmadıqlarını bildirərək narazılıq ifadə ediblər.“İnfancia Robada” (Oğurlanmış Uşaqlıq) dərnəyinin sözçüsü Xuan Kuatrekasas bu qərarı tənqid edərək, Papanın yalnız müəyyən qruplarla görüşməsinin reallığın...
08 İyun 2026, 11:02
ABŞ İordaniyadakı vətəndaşlarına xəbərdarlıq etdi
ABŞ Dövlət Departamenti raket və pilotsuz uçuş aparatlarının İordaniya hava məkanına daxil olması ilə bağlı xəbərdarlıq yayıb və ölkədəki ABŞ vətəndaşlarını təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dövlət Departamentinin yaydığı açıqlamada raket və dronların İordaniya hava məkanında müşahidə edildiyi bildirilib.“Əldə olunan məlumatlar göstərir ki, dronlar və raketlər İordaniya hava məkanındadır. Dərhal sığınacaq axtarın, qapalı məkanlarda qalın və yerli hakimiyyət orqanlarının elan və xəbərdarlıqlarına əməl edin”, – deyə açıqlamada qeyd olunub.ABŞ rəsmiləri vəziyyəti yaxından izlədiklərini və zərurət yaranacağı təqdirdə əlavə məlumat verəcəklərini bildiriblər.Xəbərdarlıq İran və İsrail arasında yenidən alovlanan qarşıdurma fonunda edilib. Məlumata görə, tərəflər arasında...
08 İyun 2026, 10:54
İran Səudiyyə Ərəbistanındakı hava bazasına hücum iddialarını təkzib edib
İran Səudiyyə Ərəbistanının əl-Xərc hava bazasına hücum etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.Citypost.az İran KİV-lərinə istinadən xəbər verir ki,İran tərəfindən sözügedən hərbi obyektə heç bir raket və ya digər silahlı hücum həyata keçirilməyib.Məlumata görə, bundan əvvəl Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə əl-Xərc əyalətində yaşayan əhaliyə potensial təhlükə ilə bağlı xəbərdarlıq göndərib.Səudiyyə Ərəbistanı rəsmiləri hadisə ilə bağlı hələlik hər hansı ölkənin və ya tərəfin adını çəkməyiblər. Bununla belə, bir sıra beynəlxalq media orqanları yayılan məlumatları İran və İsrail arasında son günlər müşahidə olunan qarşılıqlı hücumlar fonunda qiymətləndiriblər.Hazırda hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.Əli...
08 İyun 2026, 10:52
Çin lideri Şimali Koreyaya səfər edib
Çin Xalq Respublikasının Sədri Si Cinpin bu gün Koreya Xalq Demokratik Respublikasına dövlət səfərinə gedib.“Xinhua“ xəbər verir ki, paytaxt Pxenyanın Kim İr Sen meydanında Çin liderinin təntənəli qarşılanma mərasimi keçirilib.Bu, Çin liderinin son 8 ildə KXDR-ə ilk səfəridir. (APA)
08 İyun 2026, 10:41
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb.“News.am” xəbər verir ki, bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb."Vətəndaş Müqaviləsi" Partiyası 49,81% (727 160 səs), "Güclü Ermənistan" bloku 23,29% (340 062 səs), "Ermənistan" bloku 9,94% (145 097 səs), “Çiçəklənən Ermənistan” Partiyası isə 4.00% (58 368 səs) səs toplayıb.Beşinci yerdə qərarlaşan "Birlik Qanadları" partiyası 2,30% (33.618 səs) səs toplayıb.
08 İyun 2026, 10:19