Bizə yazın

Baku

-°C

USD

-

Anomal istilər Dunayda suyun səviyyəsini azaldıb 

Dünya 20 İyul 2026, 08:30

712

Avropa ölkələrində, o cümlədən Macarıstanda müşahidə olunan anomal istilər Dunay çayında suyun səviyyəsinin kəskin azalmasına səbəb olub. Nəticədə gəmiçilikdə, o cümlədən turistik kruizlərin həyata keçirilməsində çətinliklər yaranıb.

Citypost.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Su Təsərrüfatı İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, iyulun 19-da Budapeşt ərazisində Dunayda suyun səviyyəsi 2018-ci il oktyabrın 25-də qeydə alınmış tarixi minimum göstəricidən cəmi 24 santimetr yüksək olub.

Qurumun rəsmi saytında dərc olunan proqnoza əsasən, bu vəziyyətin azı gələn həftənin sonunadək davam edəcəyi gözlənilir. Aşağı su səviyyəsi ölkənin cənubunda, o cümlədən Baya və Moxaç şəhərləri yaxınlığında da müşahidə olunur.

Yerli KİV-in məlumatına görə, yaranmış vəziyyət səbəbindən yüzlərlə turist daşıyan bəzi kruiz gəmiləri Budapeştin şimalında Komarom, cənubunda isə Moxaç bölgəsində hərəkətsiz qalıb. Çay ekskursiyaları təşkil edən Mahart şirkəti isə Esterqom və Vişeqrad şəhərlərinin yerləşdiyi mənzərəli Dunay döngəsinə marşrutları müvəqqəti dayandırıb.

Bununla belə, Budapeşt daxilində fəaliyyət göstərən gəzinti gəmiləri turistlərə xidmət göstərməkdə davam edir. Lakin sərnişinlər suyun aşağı səviyyəsi səbəbindən çay tramvaylarına minmək üçün sahildən gəmiyə aparan kifayət qədər maili keçidlərdən istifadə etməli olurlar.

Mütəxəssislərin fikrincə, mövcud vəziyyətin ən diqqətçəkən göstəricilərindən biri də Dunayın sağ sahilində, Gellert dağının ətəyində yerləşən və "Aclıq qayası" adlanan qaya silsiləsinin yenidən suyun üzərinə çıxmasıdır. Bu qaya yalnız son dərəcə quraq və məhsuldarlığın aşağı olduğu illərdə görünür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranda məscidin imamına hücum edilib

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinə hücum edilib.APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.Bildirilib ki, Mircavə şəhərindəki Əli ibn Əbu Talib məscidinin imamı Məhəmməd Ənvər Riqinin bu gün səhər tezdən naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.Hadisənin təfərrüatları hələlik məlum deyil.

20 İyul 2026, 17:13

Böyük Britaniyanın yeni baş naziri rəsmi təsdiqlənib

Bukinqem sarayı Endryu Börnhemin Kral III Çarlz ilə görüşdüyünü və ona yeni hökuməti formalaşdırmağın həvalə edildiyini rəsmən təsdiqləyib.Citypost.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb."Əlahəzrət Endryu Börnhemi qəbul edərək ona yeni hökuməti formalaşdırmağı tapşırdı. Endryu Börnhem Kralın təklifini qəbul etdi və baş nazir təyin olunması münasibətilə ənənəyə uyğun olaraq Kralın əlini öpdü", - Bukinqem sarayının bəyanatında deyilir.Bu görüş Börnhemin Kir Starmeri baş nazir postunda əvəz etməsi prosesinin son rəsmi mərhələsi olub. (Apa)...

20 İyul 2026, 15:45

Buenos-Ayresdə Argentinanın finalda məğlubiyyətindən sonra iğtişaşlar baş verib 

Futbol üzrə Argentina millisinin dünya çempionatının final oyunundakı məğlubiyyətindən sonra Buenos-Ayres şəhərində iğtişaşlar baş verib."Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisələr zamanı 15 nəfər saxlanılıb.İğtişaşlar nəticəsində 7 polis yaralanıb. Telefonların və şəxsi əşyaların oğurlanması halları qeydə alınıb. Bir qrup insan polislərə daş və butulkalar atmağa başlayıb.Xatırladaq ki, İspaniya millisi dünya çempionatının finalında Argentina yığmasını əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub....

20 İyul 2026, 12:45

Tramp: İranın hələ də raket və dron ehtiyatı var 

ABŞ-nin həyata keçirdiyi hərbi zərbələrə baxmayaraq, İran hələ də müəyyən sayda raket və pilotsuz uçuş aparatı, eləcə də məhdud silah istehsalı imkanlarına malikdir.Citypost.az APA-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Vaşinqton yaxınlığındakı jurnalistlərə açıqlamasında deyib."Onların bəzi raketləri, dronları və müəyyən istehsal gücü var, amma çox deyil", – deyə ABŞ Prezidenti bildirib.Tramp, həmçinin ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini iddia edərək, İranın bölgədə nəzarət imkanlarının olmadığını söyləyib. O, ABŞ-nin İrana qarşı yeni güclü zərbələr endirəcəyini də bəyan...

20 İyul 2026, 12:24

Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb 

Türkiyədə İzmit Rayon Bələdiyyəsinə qarşı aparılan istintaq əməliyyat tədbirləri çərçivəsində səhər saatlarında yerli bələdiyyə sədri Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyet saxlanılıb.Citypost.az  xəbər verir ki, bu barədə "Haber Global" bildirib.Məlumata görə, Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyetlə yanaşı, daha 31 şübhəlinin saxlanılması barədə qərar qəbul olunsa da, onlarda 28-i tutulub.İnformasiyaya əsasən, istintaq çərçivəsində səhər saatlarında İzmit Bələdiyyəsi binasında və Fatma Kaplan Hüriyyetin mənzilində polis əməliyyat-axtarış işləri aparıb.İstanbul Prokurorluğu tərəfindən verilən açıqlamaya görə, bələdiyyə sədri və həyat yoldaşı da daxil olmaqla 31 nəfər barəsində "cinayət törətmək məqsədilə təşkilat yaratmaq", "korrupsiya" və "tenderə fırıldaq qarışdırmaq" kimi ittihamlar irəli...

20 İyul 2026, 10:45

McLaren 60 illik eskizləri gerçəyə çevirdi

McLaren Automotive şirkətinin McLaren Special Operations xüsusi dizayn bölməsi M6GT orta mühərrikli idman kupesini yaradıb. Avtomobilin unikallığı ondadır ki, o, 1968-ci il Le Man 24 Saatının 4-cü Qrup qaydalarına əsasən 60 illik eskizlərdən istifadə edilərək istehsal olunub.Citypost.az Drom.ru-a istinadən xəbər verir ki , layihə heç vaxt gerçəkləşmədi, çünki avtomobili dizayn edən yarış sürücüsü Bruce McLaren sonda 1968-ci il Le Man 24 saatında iştirak etmək fikrindən imtina etdi və diqqətini Can-Am Şimali Amerika dözümlülük yarış seriyasına və Formula 1-ə yönəltdi .Le Mans yarışına heç vaxt çata bilməyən iki McLaren M6GT yarış prototipi minimal modifikasiyalarla yol avtomobillərinə çevrildi və bunlardan biri Bruce...

20 İyul 2026, 10:33