Rutte: "Ukraynanın özünü müdafiə etmək hüququ var"
Dünya 01 Oktyabr 2024, 18:00
6512
"Ukrayna özünümüdafiə müharibəsi aparır və beynəlxalq hüquqa görə, özünü müdafiə etmək hüququ var. Hətta bura onun hüdudlarından kənar fəaliyyətlər də daxildir".
Citypost.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib.
O, vurğulayıb ki, hər bir müttəfiq Ukraynaya dəstəyin səviyyəsini müstəqil şəkildə müəyyənləşdirir.
“Ukrayna özünümüdafiə müharibəsi aparır. Bu, o deməkdir ki, Ukraynanın özünü müdafiə etmək hüququ var. Və bildiyimiz kimi, beynəlxalq hüquqa görə bu hüquq sərhəddə bitmir. Bu, Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək deməkdir. Amma hər bir müttəfiq Ukraynaya hansı səviyyədə dəstək verəcəyinə qərar verir. Mən alyansın adından qərar vermirəm. Partnyorlar qərar verəcəklər”, - deyə Rutte bildirib.
Həmçinin oxuyun
O, həmçinin qeyd edib ki, konkret bir silah müharibəni həll etməyəcək, lakin müttəfiqlərin dəstəyi Ukrayna üçün son dərəcə vacibdir.
“Biz başa düşməliyik ki, müharibə konkret bir silahla həll olunmayacaq. Amma bu çox vacibdir. Mən Ukraynanın xahişini başa düşürəm. Ancaq yenə də nə edəcəyinə müttəfiqlər qərar verməlidirlər. Və müəyyən tərəfdaşlar var, məsələn, ABŞ. Onların rəhbərliyi Ukraynaya özünü müdafiə etmək üçün milyardlarla dollar xərcləyib. Aydın şəkildə demək olar ki, ABŞ-ın köməyi olmadan Ukrayna çətin ki, müstəqil ölkə ola bilərdi”, - NATO-nun baş katibi əlavə edib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məşhur reper robotla rəqs edərkən YIXILDI
Dünyaca məşhur reper Cardi B, San Fransisko küçələrində robotla etdiyi rəqs zamanı bədbəxt an yaşayıb. Robotun balansını itirməsi nəticəsində Cardi B ilə birlikdə yerə düşüb.Citypost.az xarici mətbuata istinadən xəbər verir ki,paylaşılan görüntülərə görə, sənətçi qısa müddətli panik yaşasa da, ciddi xəsarət almayıb və sağlamlığı qaydasındadır.Sosial mediada yayılan videolar qısa zamanda viral olub və binlərlə şərh alıb.Turan
09 Fevral 2026, 14:33
Epstein işdə ŞOK DETAL - 330 litr sulfat turşu alıb
Məşhur pedofil və milyarder Jeffrey Epsteinın ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədləri yenidən gündəmə gəlib. Yeni açıqlanan məlumatlara görə, Epstein 2018-ci ildə təxminən 330 galon (təxminən 1.250 litr) sulfat turşu satın alıb.Citypost.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin 2025-ci ildə ictimaiyyətə açdığı sənədlərdə bu alış ticarət qeydiyyatı olaraq yer alıb. Sənədlərdə turşunun hansı məqsədlə istifadə edildiyi göstərilməyib. Bununla bağlı iddialar, xüsusilə sübutları yox etmək üçün istifadə oluna biləcəyi spekulyasiyaları, televiziya və media kanallarında müzakirə olunur.Jeffrey Epsteinın 2018-ci ildə aldığı 330 galon sulfurik turşu sənədlərdə ticarət qeydiyyatı olaraq yer alıb.Sənədlərdə turşunun hansı məqsədlə istifadə edildiyi açıq göstərilməyib.Ekspertlər qeyd edirlər...
09 Fevral 2026, 14:27
60 yaşlı fotomodeldən ŞOK SÖZLƏR:" Məni..."
Supermodel və Sports Illustrated Swimsuit ulduzu Paulina Porizkova moda sənayesində yaşadığı çətinlikləri və seksual təcavüz hallarını açıqlayıb.Citypost.az xarici mətbuata istinadən xəbər verir ki, 60 yaşlı model Parisdə, cəmi 15 yaşında ikən başlayan karyerasından xatirələrini bölüşərək “hər gün 4-10 ‘go-see’ — agentlər və müştərilərlə görüşlər — göndərilirdim. Tək idim, dili bilmirdim, şəhəri tanımırdım” deyə Instagram paylaşımında yazıb.Porizkova qeyd edib ki, bəzi görüşlər peşəkar xarakter daşısa da, çoxu təhlükəsiz deyildi: “Bəzən yaxşı geyinmiş ofis adamları ilə, bəzən isə köhnə mənzillərdə bir neçə şəkil — üstünlük verilən halda üstü açıq — istəyən orta yaşlı kişilərlə görüşürdüm. Neçə dəfə otel və mənzillərdə bornozlu kişilərə...
09 Fevral 2026, 13:56
Rusiya Odessaya kütləvi hava zərbəsi endirib, ölən və yaralananlar var
Rusiya ordusunun Odessa şəhərinə dronlarla kütləvi hücumu nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.CityPost.az “UNIAN“a istinadən xəbər verir ki, bu barədə Odessa şəhər administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb.Onun bildiridiyinə görə, zərbə nəticəsində 35 yaşlı kişi həyatını itirib, 19 yaşlı qız da daxil olmaqla iki nəfər yaralanıb. Bundan əlavə, çoxmərtəbəli binada, və qeyri-yaşayış binasında yanğın qeydə alınıb, qaz xətti zədələnib, avtomobillərə zərər dəyib....
09 Fevral 2026, 09:54
Makron dünyanın ən çox nifrət olunan lideri oldu
Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına çevrilib.Citypost.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial media platformasında yazıb."11% populyarlıq reytinqinə sahib və dünyanın ən çox nifrət edilən dövlət başçısı olduğunuz zaman daha heç bir təşəbbüs göstərməməlisiniz! Bunu etməyə haqqınız yoxdur!", - deyə o qeyd edib.Filippot Fransa prezidentini ictimai həyata fəal şəkildə müdaxilə etməyə davam etməkdə günahlandırıb.(Modern.az)...
08 Fevral 2026, 11:03
İsraildə avtobus binaya çırpılıb, 10 nəfər xəsarət alıb
İsrailin Ramat-Qan bölgəsində sərnişin avtobusu binaya çırpılıb.APA İsrail mətbuatına istinadən xəbər verir ki, nəticədə biri ağır olmaqla, 10 nəfər xəsarət alıb.Məlumata görə, avtobusun sürücüsü əyləc əvəzinə qaz pedalına basıb, nəticədə qəza baş verib.Faktla bağlı araşdırma davam edir.
06 Fevral 2026, 18:00