Bizə yazın

Baku

-°C

USD

-

Tata Group-da varislik böhranı Hindistan şirkətlərində problemi üzə çıxarıb

Dünya 23 Sentyabr 2026, 10:00

431

Hindistanın nəhəng Tata Group şirkətində rəhbərliklə bağlı yaranan qarışıqlıq ölkənin iri bizneslərində varislik problemini gündəmə gətirib.

Citypost.az AFP-ə istinadən xəbər verir ki, Tata Sons-un idarə heyəti qrupun sədri Natarajan Çandrasekarana daha beş illik müddət verib. Qərar Tata Trusts-ın etirazlarına baxmayaraq qəbul edilib.

Analitiklər bildirirlər ki, bu hadisə Hindistanın iri şirkətlərində rəhbərliyin dəyişdirilməsi və varislik planlarının yetərincə hazırlanmaması ilə bağlı narahatlıqları artırıb. Son aylarda HDFC Bank və Godrej Consumer Products kimi böyük şirkətlərdə də rəhbərlik dəyişikliyi ilə bağlı oxşar problemlər yaşanıb.

Ekspertlərin fikrincə, yaşlanan milyarderlərin rəhbərlik etdiyi ailə bizneslərində nəsillərarası sərvət və idarəetmə keçidi yaxın illərdə Hindistan korporativ sektoru üçün əsas məsələlərdən birinə çevrilə bilər.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Baş nazir: “Sosial mediada nəzarəti insanlara qaytarmaq istəyirik”

Avstraliya hökuməti gəncləri zərərli onlayn məzmundan qorumaq və sosial media platformalarının fəaliyyətini tənzimləmək üçün yeni qaydalar hazırlayır.Citypost.az france24.com-a istinadən xəbər verir ki, Baş nazir Entoni Albanese bildirib ki, yeni qanun hökumətə deyil, istifadəçilərə cihazlarında gördükləri məzmun üzərində daha çox nəzarət verməyi hədəfləyir.Qanun layihəsinə əsasən, sosial media şirkətləri 18 yaşdan aşağı istifadəçiləri pornoqrafiya, onlayn zorakılıq və digər zərərli məzmundan qoruya bilmədikləri halda 109 milyon Avstraliya dollarınadək cərimələnə bilərlər.ABŞ-ın Kanberradakı səfirliyi isə qanun layihəsinin senzura riskləri yarada biləcəyi ilə bağlı narahatlığını bildirib. Qanunvericiliyin ilin sonlarında parlamentə təqdim ediləcəyi gözlənilir.Turan...

23 Sentyabr 2026, 10:00

Şokolad təhlükədədir: Alimlər kakao üçün yeni risk aşkarlayıb

Alimlər Qərbi Afrikada kakao məhsuldarlığına təsir edən hava şəraitini araşdıraraq yeni risklər müəyyən ediblər. Tədqiqat göstərib ki, güclü yağış və quraqlıq kakao məhsuluna ciddi zərər vura bilər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Harvard və Qana Universitetinin alimlərinin araşdırmasına görə, təhlükəli hava şəraitini aylar əvvəldən proqnozlaşdırmaq mümkündür. Bu isə fermerlərə məhsulu qorumaq üçün əvvəlcədən tədbir görməyə imkan verə bilər.Alimlər həmçinin müəyyən ediblər ki, kakao ağaclarının lifli örtüyünün artırılması və göbələk xəstəliklərinin yayılmasının qarşısının alınması kimi tədbirlər məhsulu qorumağa kömək edə bilər. Əli...

23 Sentyabr 2026, 09:56

5-ci kateqoriyalı Polo qasırğası Meksika sahillərinə yaxınlaşır

Meksikanın cənub-qərb sahillərində güclənən Polo qasırğası ən yüksək təhlükə səviyyəsi olan 5-ci kateqoriyaya yüksəlib.Citypost.az Associated Press-ə istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi qasırğanın maksimal davamlı küləyinin sürətini saatda 266 kilometr qiymətləndirib və fırtınanı “son dərəcə təhlükəli” adlandırıb.Sentyabrın 22-də Polo Meksikanın Gerrero ştatının Zihuatanejo şəhərindən təxminən 346 kilometr cənubda yerləşib. Meksika hakimiyyəti bəzi sahilyanı bölgələrdə dərsləri dayandırıb, Gerrero və Miçoakan ştatlarında limanları bağlayıb.Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, proqnozlara əsasən, qasırğanın sahilə çıxması gözlənilmir. Buna baxmayaraq, bölgədə güclü yağış, külək, yüksək dalğalar, daşqın və torpaq sürüşməsi riski ilə bağlı xəbərdarlıq edilib.Turan...

23 Sentyabr 2026, 09:54

Alimlər kosmik texnologiyaya yol aça biləcək jade xüsusiyyətini aşkarlayıblar

Alimlər Yeni Zelandiyada Maori xalqının “pounamu” adlandırdığı nefrit jade daşının qeyri-adi möhkəmliyini araşdırırlar. Yer kürəsinin zərbəyə ən davamlı təbii materiallarından biri olan bu daşın lifli mikrostrukturunun onun yüksək dayanıqlılığında əsas rol oynadığı düşünülür.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, tədqiqatçı Natalya Selyutina sinxrotron texnologiyasından istifadə edərək jade daşının quruluşunu öyrənib. Alimlər hesab edirlər ki, bu strukturun prinsipləri gələcəkdə aşınmaya və korroziyaya davamlı yeni materialların hazırlanmasına, xüsusilə kosmik texnologiyalarda istifadəsinə kömək edə bilər.Araşdırma zamanı ənənəvi jade ustalarının daşın keyfiyyəti ilə bağlı təcrübələrinin elmi ölçmələrlə də böyük ölçüdə üst-üstə düşdüyü müəyyən edilib.Turan...

23 Sentyabr 2026, 09:50

Səfir iqamətgahında ölü tapıldı 

Portuqaliyanın Bolqarıstandakı səfiri Anna Mariya Ribeyra da Silva Sofiyadakı iqamətgahında ölü vəziyyətdə aşkarlanıb.Citypost.az xəbər verir ki, bu barədə Bolqarıstanın “24 çasa” qəzeti məlumat yayıb.Məlumata görə, 66 yaşlı diplomatın işə gəlməməsindən narahat olan səfirlik əməkdaşları onun iqamətgahına gediblər. Səfir burada ölü vəziyyətdə tapılıb.İlkin ehtimala əsasən, diplomatın ölümünə infarkt səbəb olub.Anna Mariya Ribeyra da Silva 2020-ci ilin dekabrından Portuqaliyanın Bolqarıstandakı səfiri vəzifəsində çalışırdı. (Modern.az)...

22 Sentyabr 2026, 19:45

ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib 

ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib.Citypost.az APA-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında deyib.“Müharibə başlayandan bəri Hörmüz boğazından keçən neftin həcmi ən yüksək səviyyədədir”, - Tramp qeyd edib.Onun sözlərinə görə, ABŞ qüvvələri sutka ərzində müxtəlif sayda – 20-40 arasında gəminin Hörmüz boğazından keçidini təmin edir.

22 Sentyabr 2026, 19:00