Bizə yazın

Baku

-°C

USD

-

SON DƏQİQƏ! Kütləvi həbslər başladı: Siyahıda kimlər var?  

Hadisə 15 Mart 2025, 19:29

7835

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb.

Citypost.az  xəbər verir  ki,APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1 , 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

Qrantlar necə verilib?

Əldə etdiyimiz məlumata görə, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda qeydiyyatdan keçməmiş "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, " Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli, "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Məmmədzadəyə ( Məmməd Alpay) və daha bir neçə nəfər müxtəlif adlar altında qanunsuz qrant vəsaitləri alıblar. Bu vəsaitlər Ədliyyə Nazirliyi və digər icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçməyib, ölkə qanunvericiliyinə zidd olaraq, "xidmət müqaviləsi" adı altında ayrılıb və ölkəyə göndərilib.

Məlumata görə, 2020-2021-ci illərdə Bəşir Süleymanlı və Məmməd Alpay fiziki şəxs kimi ABŞ-ın Alman Marşal Fondu ilə xidmət müqavilələri adı altında dövlət qeydiyyatına alınmayan müqavilələr tərtib ediblər. Sübhan Həsənli isə eyni formada ABŞ-ın " FH1360 " humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

Guya bu şəxslər ayrı- ayrı beynəlxalq təşkilatlara xidmət göstəriblər və bunun əvəzində "xidmət haqqı" alıblar. Əslində isə qrantlar bu adla rəsmiləşdirilib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıblar.

"No war" və LGBT təbliğatı üçün ayrılan pullar

Leqallaşdırılan vəsaitlər isə maliyyə ayıran beynəlxalq təşkilatların tapşırığı ilə həssas sosial təbəqələrin "hüquq müdafiəsi" adı altında ictimai - siyasi sabitliyin pozulması üçün xərclənib. Bu vəsaitlər daha " No war " , " LGTB " , " ultra liberal " düşüncəsinin dəstəklənməsi, mental dəyərlərə qarşı əks təbliğat aparılması üçün sərf olunub. Daha çox isə bu qruplar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün əleyhinə yönəlmiş faəliyyətin qurulmasına xərclənib.

Bəşir Süleymanlı və Məmməd Alpay barədə həbs

Dünən Məmməd Alpay ( Məmmədzadə) və Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 193-1.3.2 ( cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ) , 308.2 ( ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui - istifadə etmə ) və 313 - cü ( vəzifa saxtakarlığı ) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Bu şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sübhan Həsənli istintaqdan qaçıb

Sübhan Həsənli də Cinayət Məcəlləsinin 193-1.2.3 ( öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ) , 308.2 və 313 - cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib. Onun da Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Maliyyəni leqallaşdırmağa kömək edən qurumlar və banklar araşdırılır

APA onu da öyrənib ki, qanunsuz müqavilələrlə qrant vəsaiti alaraq Azərbaycana gətirən şəxslərlə bağlı istintaq araşdırması davam edir. Araşdırma təkcə bu fəaliyyətlə məşğul olan QHT-ləri və onların rəhbərlərini əhatə etmir. Bu fəaliyyətə şərait yaratmış qurumlar, o cümlədən bank əməkdaşlarının da cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər görülür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əflatun Amaşov qəza keçirdi 

anınmış jurnalist Əflatun Amaşov qəza keçirib.Citypost.az xəbər verir ki, tanınmış jurnalistin Bakı-Şamaxı yolunda avtomobili aşıb.Hadisə vaxtı jurnalist xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb. (nocomment.az)Hadisə ilə bağlı “Yeni Sabah”a danışan Əflatun Amaşovun oğlu Orxan Amaşov bildirib ki, hazırda atasının səhhəti yaxşı olduğunu bildirib:“Atamın vəziyyəti yaxşıdır. Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.Qeyd edək ki, Ə. Amaşov uzun müddət Azərbaycan Mətbuat Şurasının sədri və V çağırış Milli Məclisinin deputatı olub. Hazırda "Xalq" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. ...

25 Mart 2026, 13:02

Taksi sürücüsünü hədələyərək soyğunçuluq edən şəxs saxlanılıb 

Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən məlumata görə, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı Rahib Dünyamalıyev müəyyən edilərək saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələkeçirdiyi məlum olub.Araşdırmalar davam etdirilir....

25 Mart 2026, 12:29

Ötən gün Azərbaycanda 27 cinayətin üstü açılıb 

Azərbaycanda martın 24-də qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması təmin olunub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

25 Mart 2026, 11:37

Zərdabda maşın kanala aşdı: 2 nəfər ölüb, 4 nəfər yaralanıb 

Zərdabda yol qəzasında ölən ve xəsarət alanların adları açıqlanıb.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarət alıb.

25 Mart 2026, 10:56

Tərtərdə 2 qardaş faciəli şəkildə vəfat etdi

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. 1991-ci il təvəllüdlü Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.Faktla bağlı araşdırma aparılır. (APA)...

25 Mart 2026, 10:02

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar. Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub.Araşdırmalar davam etdirilir.

24 Mart 2026, 17:33