Bizə yazın

Baku

-°C

USD

-

Goranboyda piyadanı avtomobil vuraraq öldürüb

Hadisə 22 Sentyabr 2026, 21:40

354

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. İlkin məlumata görə, ölən piyada TIR sürücüsüdür.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Daşkəsəndə çətin relyefdə əməliyyat – 6 kq yaxın narkotik götürüldü

Polis əməkdaşları tərəfindən narkotim vasitələrin qanunsuz dövriyyəsinə qarşı fasiləsiz olaraq davam etdirilir.DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Citypost.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olamaqda übhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Əmirov saxlanılıb.Onun üzərindən 6 kiloqram yaxın narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Əmirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əməliyyat-istintaq tədbirləri davam etdirilir....

22 Sentyabr 2026, 13:33

Ucarda maşın piyadanı vurandan sonra aşıb 

Ucar rayonunda yol qəzası olub, xəsarət alan var.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistralının rayonun Küçəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elkin Sadıqovun idarə etdiyi “Toyota Prado ” markalı minik avtomobili Ucar sakini, 1958-ci il təvəllüdlü Zahirə Hüseynovanı vurub.Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.Qəza nəticəsində xəsarət alan piyada Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....

22 Sentyabr 2026, 10:23

Bakıda marketdə qadını döyən şəxs həbs edilib

Paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. xəbər verir ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb.O, inzibati qaydada həbs olunub.

21 Sentyabr 2026, 17:33

Astara gömrüyündə 79 kq marixuana ələ keçirildi

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsindən Citypost.az-a verilən məlumata görə, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır....

21 Sentyabr 2026, 16:10

Bakıda 32 kq narkotik vasitə aşkarlanıb - 3 nəfər HƏBS olundu

Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan xarici ölkə vətəndaşları vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.Araşdırma davam etdirilir....

21 Sentyabr 2026, 14:25

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb 

Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb.Citypost.az xəbər verir ki, sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra şikayətlər daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” sosial şəbəkəsində quzu satışı ilə bağlı elanlar yerləşdirib. O.Həsənov elanla bağlı müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə beh aldıqdan sonra onlarla əlaqəni kəsib....

21 Sentyabr 2026, 13:45