Ruben Vardanyanın məhkəməsi davam etdirilib
Hadisə 13 May 2025, 18:48
3555
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 13-də davam etdirilib.
Citypost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.
Dövlət ittihamçısı Təranə Məmmədova etiraza münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.
Sonra zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər.
Zərərçəkmiş şəxs Emil Mehtiyev ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısını alarkən Ağdərə rayonu istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.
E.Mehtiyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində özündən başqa İsmayıl Qəmbərov və Amin Məhərrəmovun da müxtəlif növ bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxs qismində tanınan Mayis Koroğluyev ifadəsində Ağdam rayonu ərazisində olarkən Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Faqot” adlanan raket mərmisinin yaxınlıqlarına düşüb partlaması nəticəsində özünün və Qəhrəman İsmayılovun isə xəsarətlər aldığını deyib.
Daha sonra zərərçəkmiş şəxs qismində tanınan Asim Qarayev ifadə verib. O, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonu istiqamətində atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.
Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verən zərərçəkmiş şəxs həmin vaxt yanında olan Mehdi Abbasov, Devid Cəlilov, Cavad Məhərrəmov, Əli Tağıyev və Rəsul Teymurovun həlak olduğunu qeyd edib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası mayın 20-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapılıb
Cəlilabadda evdən meyit tapılıb.Rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti tapılıb.Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri, son vaxtlar isə İmprotex şirkətində mühasib vəzifəsində çalışırdı.3 övlad atası olan Rəşad Salmanov, yaxınlarda övladına nişan edib.Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır....
25 Yanvar 2026, 11:33
Niyaməddin Musayevdən polkovnik qızı ilə bağlı AÇIQLAMA
Xalq artisti Niyaməddin Musayev qızının bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyində işləməsi və polkovnik rütbəsi daşıması xəbərlərinə münasibət bildirib.CityPost.az xəbər verir ki,Oxu24.com-a özəl olaraq açıqlamasında Xalq artisti qızının bir neçə il əvvəl FHN-də işləməsi xəbərini təsdiqləyib."Bəli,qızım orada işləyib.Mən o vaxtı getdim və qızımın işə götürülməsini xahiş etdim. Onlar da xahişimi yerə salmadılar.Yoxladılar,imtahan etdilər və işə götürdülər.Qızım ali təhsillidir.Qanuni şəkildə işə qəbul edilib.Ancaq onun rütbəsindən xəbərim yoxdur",-deyə Niyaməddin Musayev bildirib....
24 Yanvar 2026, 21:59
Mağazaları talayan dəstənin üzvləri SAXLANILDI
Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib.Citypost.az xəbər verir ki, dəstə üzvləri Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və S.Kərimov müəyyən edilərək saxlanılıblar.Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.Faktlar üzrə araşdırmalar davam etdirilir....
24 Yanvar 2026, 11:16
ABŞ ərəb ölkələrini İranı cilovlamağa çağırır
ABŞ ərəb dövlətlərini İranı daha fəal şəkildə cilovlamağa, eləcə də İsrailin özünümüdafiəsini və onunla inteqrasiyasını dəstəkləməyə çağırır.CityPost.az xəbər verir ki, bu, Pentaqon tərəfindən 23 yanvarda açıqlanan yeni ABŞ Milli Müdafiə Strategiyasında öz əksini tapıb."ABŞ daha dinc və çiçəklənən Yaxın Şərq axtarır. Bu transformasiyanı yalnız ABŞ-ın regiondakı müttəfiqləri və tərəfdaşları təmin edə bilər. Bizim vəzifəmiz onları bu səylərdə dəstəkləmək, ABŞ Prezidenti Donald Trampın ayıq və amansız diplomatiyası ilə qoyulmuş möhkəm təməli gücləndirməkdir", - sənəddə deyilir....
24 Yanvar 2026, 09:35
İndoneziyada torpaq sürüşməsi zamanı 7 nəfər ölüb
İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi olub.CityPost.az “Reuters“ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər ölüb, 82 nəfər itkin düşüb.Bildirilib ki, ərazidə güclü yağışlar müşahidə olunur.Torpaq sürüşməsi Qərbi Bandung bölgəsində yerləşən bir kənddə baş verib.
24 Yanvar 2026, 09:34
Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib
Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.CityPost.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib....
23 Yanvar 2026, 20:19