Bizə yazın

Baku

-°C

USD

-

Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub  

Hadisə 24 İyun 2025, 17:59

3596

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

CityPost.az xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.

Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.

Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.

Mirzə Cəlilov məhkəmədə son söz deyib. O bildirib ki, ümumilikdə 30 il dövlətə xidmət edib: “Bu xidmət dövründə hər zaman dövlətin mənafeyinin qorunmasında qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmişəm. Məndən asılı olmayan səbəblərə görə indi buradayam, həmin dövrdə kimlərinsə tapşırığını yerinə yetirmişəm. Özümü buna görə qismən günahkar hesab edirəm, sadəcə, verilən tapşırıqları yerinə yetirmişəm. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edirəm. Xahiş edirəm mənə şərti cəzanın verilməsinə köməklik göstərəsiniz”.

Məhkəmə qərar vermək üçün müşavirəyə çıxıb.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Mirzə Cəlilov 10 il müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və cəzası 15 fevral 2024-cü il tarixindən hesablanacaq.

Qeyd edək ki, Mirzə Cəlilov DTX tərəfindən həbs edilib. O, AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir. Naxçıvanda sabiq Xidmət rəisinə hökm oxunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağdamda iki qardaş bıçaqlandı 

Ağdamda iki qardaş bıçaqlanıb.Bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib. Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Hüseynov Kənan və Hüseynov Elçin adlı qardaşlar bıçaqlanıblar.Hadisəni törətməkdə şübhəli bilinən, qəsəbə sakini Rüstəmov Sadiq polis əməkdaşları tərəfindən saxlanılıb.

15 Dekabr 2025, 22:02

DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib 

Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər.CityPost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmini məqsədilə sürücülərdən aşağıdakı ümumi tövsiyələrə əməl etmək xahiş olunur:"Nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc sistemi, sükan idarəetməsi və işıqlandırma qurğularını əvvəlcədən yoxlayın;Mövsümə uyğun təkərlərdən istifadə edin;Hərəkət zamanı sürət həddini hava və yol şəraitinə uyğun seçin, kəskin manevr və qəfil tormozlamadan çəkinin;Avtomobillər arasında təhlükəsiz ara məsafəsini qoruyun;Körpülərdə, açıq sahələrdə, enişli-yoxuşlu yol...

15 Dekabr 2025, 10:18

Qusarda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub 

Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Qusar Rayon Mərkəzi Xəstəxanasından  bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.2022-ci il təvəllüdlü (hər ikisi kişi) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün...

14 Dekabr 2025, 22:57

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb 

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki hərəkətdə olan “KİA” markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub. Piyada hadisə yerində ölüb. Qəzada sonra minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

14 Dekabr 2025, 11:35

Elbəyi Kərimli həbsdə vəfat etdi 

AXCP üzvü Elbəyi Kərimlinin həbsxanada öldüyü haqda xəbərlər yayılıb. CityPost.az  xəbər verir ki, məlumatla bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Xatırladaq ki, o, 2024-cü ilin aprelində 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. (Mənbə: qafqazinfo)

13 Dekabr 2025, 20:02

DİN açıqlama yaydı

Ötən gün dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb.CityPost.az    xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə sözügedən şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

13 Dekabr 2025, 18:20