"6 milyon dolları böldük" - DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi
Hadisə 12 Sentyabr 2025, 10:30
5442
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
CityPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
A.Derraz ixtisasca mühəndis olduğunu bildirib. Dövlət ittihamçısı isə ondan ixtisasca mühəndis olduğu halda, Fərhad Əhmədovun yaxtasına qoyulan həbsin götürülməsi ilə bağlı olan məhkəmə prosesində hüquq məsləhətçisi kimi necə çıxış etməsi barədə sual ünvanlayıb. A.Derraz bildirib ki, o, məhkəmə prosesində iştirak etməyib: “Mən hüquqşünas deyiləm, proseslərdə də iştirak etməmişəm. Sadəcə, məsləhətlər vermişəm. Fərhad Əhmədovun Dubayda yaxtası var idi. Bu yaxtanın azad olunması üçün ona bir neçə vəkil kömək edib. Mən mühəndis olsam da, hüquqi sahədə təcrübəm var idi. Bir daha qeyd edirəm ki, mən prosesdə iştirak etməmişəm, sadəcə, köməklik etmişəm. İşləri koordinasiya edirdim. Mən onların mandatlı nümayəndəsi idim. Yaxta azad olunmadı və mən bonus almadım”.
Dövlət ittihamçısının “Siz Fərhad Əhmədovla necə tanış olmusunuz, müqavilə kiminlə bağlanıb”? sualına cavab olaraq Derraz bildirib: “Tanışlığımız ortaq dostlar sayəsində baş tutub. Müqavilə də onunla bağlanıb. Aramızdakı müqavilə də hüquqi yardım yox, məsləhət olub. Müqaviləmiz də əsasən Birləşmiş Ərəb Əmirliklərində icra olunurdu. Hüquqi məsləhət zamanı qonorar almışam. Mənim Dubayda bank hesabım olub. Pul İsveçrədən Fərhad Əhmədovun hesabından köçüb”.
Daha sonra təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə olunub. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Dubayda yaşayıb. Onun Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəisi Aleksandr Benalla ilə tanışlığı olub. Fərhad Əhmədovla “Luna” adlı yaxtasının həbsdə olması və həbsin götürülməsi üçün kömək lazım olması barədə söhbətləri olub: “London məhkəməsinin əsassız qərarı barədə danışdı. Onlayn formatda görüşdük. Benalla dedi ki, əlaqələri vasitəsilə yaxtanı həbsdən azad edəcək. Mən də hüquqi məsləhət verməli, vəkillər tapmalı idim. Bir növ lobbiçiliklə məşğul olmalı idim. Biz yaxtanın həbsdən azad edilməsi, həmçinin onun sularda azad üzməsini təmin edəcəkdik və bunun üçün müqavilə bağladıq. Müqavilə dəyəri 6 milyon 140 min dollar idi. Biz pulu böldük. 2 milyon 250 min mənə, 3 milyon 290 min dollar Aleksandr Benallaya çatacaqdı. Sonra avans olaraq 400 min dollar Benalla, 200 min dollar mən götürdüm. Qalan pulu da işi tam təhvil verdikdən sonra götürəcəkdik. Pul bizə Fərhad Əhmədovun İsveçrədəki bank hesabından köçürülüb. Mən 15 noyabr 2018-ci ildə müqavilə bağladım. Benallanın da öz müqaviləsi var idi. Sonra mediada oxudum ki, Aleksandr Benalla milyonçu İsgəndər Mahmudovdan pul aldığı üçün məsuliyyətə cəlb edilib. Mən üzərimə düşəni yerinə yetirdim, amma “Luna” azad edilmədi. Lakin mən qonorarımı geri qaytarmadım. Bu, müqavilənin şərtlərində də əks olunmuşdu. Bizə köçürmə zamanı Aleksandr Benallaya bankda problem yaranmışdı. O, pulun “Luna”nın həbsdə olduğu, azad edilməsi üçün olduğunu desə də, bank bunu internetdə axtarıb yanlış olduğu üçün imtina etdi. Məndən də mənbə soruşuldu, mənbəni dedim, problem yaranmadı. Aleksandr Benallaya gəldikdə isə “Luna” həbsdə idi. İnternet ciddi mənbə deyil. Bank deyib ki, guya “Luna” üzərində həbs yoxdur”.
Məhkəmənin növbəti iclası oktyabrın 2-də şahidlərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.
Həmçinin oxuyun
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.DİN-dən Citypsot.az-a verilən xəbərə görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Taleh Əmrahov saxlanılıb.Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 40 ədəd psixotrop tərkibli həb aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırma aparılır.
26 İyun 2026, 10:16
Ağcabədidə avtomobillər toqquşub, ölən var
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb.Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi "Hyundai" markalı avtomobil, Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobillə toqquşub.Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, A.Bəylərovun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır....
26 İyun 2026, 09:21
Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı
Ağdərə rayonunda mübahisə zəmnində Vətən müharibəsi qazisi bıçaqlanıb.Citypost.az Modern.az-a istinadən verdiyi xəbərə görə, bıçaqlanma hadisəsi rayonun Suqovuşan qəsəbəsində baş verib.Rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Məhərrəmov Sadiq Əhliman oğlu mübahisə zəmnində həmyerlisi tərəfindən bıçaqlanıb.Yaralıya tibbi yardım göstərilib. Daha sonra o, Bərdə Diaqnostika Mərkəzinə göndərilib.Hadisəni törətməkdə şübhəli bilinən Elzamin Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
25 İyun 2026, 09:26
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.Bildirilib ki, BDYPİ-nin Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Khazar" markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.Araşdırma zamanı məlum olub ki, E.Əhmədov əhalinin dincliyini nümayişkaranə şəkildə pozan qanunsuz əməllərini narkotik vasitənin təsiri altında idarə etdiyi kirayə götürülmüş avtomobillə törədib.Faktiki olaraq faciənin bir addımlığında olduqlarını nəzərə almayan sərnişinlər isə E.Əhmədovu hüquqazidd davranışlardan çəkindirmək əvəzinə, baş verənləri videogörüntüyə almaqla, onu daha da həvəsləndirməyə çalışıblar.E.Əhmədov barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və o, 1 il müddətinə...
24 İyun 2026, 13:18
Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşüb
Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur.Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib.Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
23 İyun 2026, 11:48
Mərdəkanda dənizdə 4 nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək....
22 İyun 2026, 15:13