Bizə yazın

Baku

-°C

USD

-

İlhamə Quliyevanın bacısı qızı həbs edildi 

Hadisə 11 Fevral 2026, 10:21

204

Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.

Citypost.az xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır. (Manset.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb 

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən Elvin Mustafayev və tanışı N.İsaxanova saxlanılıblar.Onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Mustafayev və N.İsxanova sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib....

11 Fevral 2026, 10:47

Gəncədə güclü yağış fəsadlar törədib 

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Qəsəbədə əsas küçələrindən birini sel basıb.Bunda başqa, sel sulları qəsəbədə piyadaların və avtomobillərin hərəkətinə çətinliklər yaradıb.Qəsəbə sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, küçəyə dolan sel sulların evlərə ziyan vurub. Sakinlər bununla bağlı adiyyəti qurumlara məlumat veriblər. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir....

10 Fevral 2026, 17:00

Yaşlıların təqaüd kartlarını talayan şəxs saxlanıldı 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.Citypost.az xəbər verir ki, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib.Faktlarla bağlı araşdırma aparılır....

10 Fevral 2026, 11:22

Lənkəranda ahıl şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.CityPost.az-ın  verdiyi xəbərə görə, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır....

10 Fevral 2026, 10:06

Samuxda evdə 26 yaşlı oğlanın meyiti tapılıb 

Samuxda evdə meyit tapılıb.Citypost.az-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2000-ci il təvəllüdlü Ə.Ələkbərovun meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Ölümün hansı səbəbdən baş verməsi məlum deyil.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

09 Fevral 2026, 13:47

Bakıda biznesmenlə bir qrup şəxs arasında insident - Video 

Dünən səhər saatlarında Bakıda tikinti şirkətlərindən birinin ərazisində insident olub.“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu ərazisində “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Yılmaz Okuklu hadisə vaxtı sosial şəbəkədə canlı yayım açıb. O bildirib ki, bir neçə nəfər onu təkləyərək hücum edib. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi iddia edilir.DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı araşdırma aparılır: “Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub.Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin...

09 Fevral 2026, 10:38