Xaricdə olan valideyndən alimenti necə almaq olar?
Hüquq 27 Mart 2026, 12:02
213
Boşanma və ya ayrılıq hallarında alimentin ödənilməməsi bir çox valideyn üçün ciddi sosial və hüquqi problemə çevrilir. Xüsusilə borclu tərəfin xaricdə olması vəziyyəti daha da çətinləşdirir.
Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda ilk növbədə alimentin rəsmi şəkildə təyin olunub-olunmadığı dəqiqləşdirilməlidir.
Əgər alimentlə bağlı məhkəmə qərarı yoxdursa, vətəndaş məhkəməyə müraciət edərək alimentin təyin olunmasını tələb etməlidir.
Əgər artıq məhkəmə qərarı mövcuddursa, növbəti addım həmin qərarın icrası üçün icra məmuruna müraciət etməkdir. Hər məhkəmə qərarının icrasına nəzarət edən icra orqanı olur və onların vəzifəsi qərarın yerinə yetirilməsini təmin etməkdir.
Borclu şəxs xaricdə – məsələn, Rusiyada olduğu halda isə məsələ beynəlxalq hüquqi mexanizmlər vasitəsilə həll oluna bilər. Bu zaman:
icra orqanı vasitəsilə xarici ölkəyə sorğu göndərilir,
borclu şəxs həmin ölkədə axtarışa verilə bilər,
rəsmi gəliri varsa, onun əməkhaqqından tutulmalar həyata keçirilə bilər.
Mütəxəssislər bildirir ki, alimentin alınması üçün əsas yol hüquqi prosedurlara riayət etmək və prosesi icra orqanları vasitəsilə davam etdirməkdir. Xaricdə olma faktı borclunu məsuliyyətdən azad etmir və beynəlxalq mexanizmlər vasitəsilə ödənişin təmin olunması mümkündür.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Paylı mülkiyyətdə olan evin satışı necə həyata keçirilir?
Vərəsəlik yolu ilə əmlak əldə edən vətəndaşlar arasında ən çox müzakirə olunan məsələlərdən biri də ortaq mülkiyyətin satışı və payın necə reallaşdırılmasıdır. Xüsusilə paylı mülkiyyətdə olan evlərin satışı hüquqi prosedur tələb edir.Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, əgər vətəndaş vərəsəlik yolu ilə əmlakın, məsələn evin ½ (iki bərabər paydan biri) hissəsinə sahib olub çıxarış əldə edibsə, bu zaman o, öz payını satmaq hüququna malikdir. Lakin bu hüquq müəyyən qaydalarla məhdudlaşdırılır.Belə ki, paylı mülkiyyətdə üstünlük hüququ (şəfa hüququ) mövcuddur. Yəni əmlakın digər pay sahibləri həmin payı almaqda birinci prioritetə sahibdirlər. Bu səbəbdən satmaq istəyən şəxs əvvəlcə öz payını rəsmi qaydada...
27 Mart 2026, 09:57
Süt pulu boşananda geri qaytarılır?
Son günlər sosial müzakirələrdə və ailə mübahisələri kontekstində “süt pulu” və ya toyqabağı verilən maddi hədiyyələrin boşanma zamanı geri tələb olunub-olunmaması məsələsi gündəmə gəlib. Xüsusilə “2 min manat süt pulu məhkəmə yolu ilə geri qaytarıla bilərmi?” sualı cəmiyyətdə maraq doğurur.Citypost.az xəbər verir ki, hüquqşünasların fikrincə, “süt pulu” adlandırılan ödəniş ənənəvi olaraq toy ərəfəsində gəlin tərəfinə verilən maddi və ya simvolik hədiyyə kimi qəbul edilir. Lakin bu anlayışın Azərbaycan qanunvericiliyində ayrıca hüquqi statusu yoxdur.Məsələyə hüquqi baxımdan yanaşıldıqda, əsas meyar həmin vəsaitin hədiyyə (bağışlama) kimi verilib-verilməməsidir. Əgər pul və ya digər maddi dəyər qarşı tərəfə hədiyyə kimi təqdim olunubsa, bu halda Mülki...
26 Mart 2026, 12:33
Ağızdan çıxan sözlər mənəvi zərərə səbəb ola bilər
Həyat yoldaşına hörmətsiz sözlər deyən şəxs artıq məsuliyyət daşıya bilərCitypost.az-ın məlumatına görə, həyat yoldaşına qarşı hörmətsiz davranış məsələn, “sən köksən, mən səni bəyənmirəm” və ya “sən kişi deyilsən” kimi ifadələr – artıq mənəvi zərərə səbəb ola bilər və hüquqi məsuliyyət yaradır.Əvvəllər belə hallar qanunla tənzimlənmirdi, lakin son qərarlara görə, əgər bu tip davranışlar varsa, vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Bunun üçün isə subut və dəlillər toplanmalıdır. Məhkəmə yalnız möhkəm əsaslarla qərar qəbul edir, buna görə aşağıdakı sübutlar əhəmiyyətlidir:Psixoloq və ya mütəxəssis rəyi,Həkim kağızları və müalicə qeydləri,Həmin dövrdə qəbul edilən dərman preparatlarının qəbzləri,Video görüntülər, WhatsApp və digər yazışmalar.Bu dəlillər məhkəmədə təqdim...
25 Mart 2026, 12:16
İşsiz qalmaq aliment öhdəliyini aradan qaldırmır !– Hüquq nə deyir?
Artıq bir çox valideyn işsiz qaldıqda aliment ödəmək məsələsi ilə üzləşir. Bu, sosial şəbəkələrdə və məhkəmələrdə tez-tez müzakirə olunan mövzulardan biridir. Hüquqşünasların açıqlamasına görə, işsiz qalmaq aliment ödənişindən azad olmaq üçün əsas sayılmır.Citypost.az-ın məlumatına görə, hüquqşünaslar bildirir ki, aliment uşağın saxlanması və təminatı üçün müəyyən olunmuş puldur və valideyn işsiz olsa belə, bu məbləği ödəməlidir. “Uşaq hüquqları hər zaman üstün tutulur və dövlət tərəfindən qorunur. İşdən çıxmaq və ya müvəqqəti işsiz qalmaq aliment öhdəliyini aradan qaldırmır. Ödənilmədiyi halda isə müvafiq icra tədbirləri tətbiq olunur,” – deyə hüquqşünas qeyd edir.Qanuna əsasən, qarşı tərəf razılaşarsa və ya məhkəməyə müraciət olunarsa, alimentin ödənişi...
24 Mart 2026, 16:36
Sosial mediada təhqir: Hüququ nə deyir?
Son zamanlar sosial şəbəkələrdə təhqir, şərəf və ləyəqətə xələl gətirən paylaşımlar artıb. Hüquqşünaslar bildirir ki, belə hallarda vətəndaşlar birbaşa məhkəməyə müraciət edə bilər.Citypost.az xəbər verir ki, Məhkəmə prosesində təqsirli şəxslər bir il müddətinə qədər azadlıqdan məhrum edilə, həmçinin yüksək məbləğdə maddi və mənəvi təzminat ödəməyə məcbur edilə bilərlər. Ekspertlər vurğulayır ki, vətəndaşlar bu hüquqlarından çəkinmədən istifadə etməli, nəticədə təqsirkarların gələcəkdə belə hallardan çəkindiyini təmin etməlidirlər.Beləliklə, sosial şəbəkələrdə təhqir və alçaldıcı paylaşımlar yalnız hüquqi məsuliyyətsiz qalmır, hüquqi müdaxilə vasitəsilə şəxsiyyətin qorunması mümkündür.Əli...
24 Mart 2026, 12:34
Ev satışında qeydiyyatlı ailə üzvlərinin razılığı: nə bilmək lazımdır?
Ev sahibi öz mülkiyyətində olan mənzili satmaq istədikdə, bəzi hallarda ata, ana, bacı və qardaş kimi qeydiyyatda olan ailə üzvlərinin razılığı tələb olunur. Citypost.az xəbər verir ki, Qanunvericiliyə görə, əgər ev yalnız sahibin adınadırsa, qeydiyyatda olan şəxslərin razılığı məcburi deyil.Amma notariyyat kontorları praktikada onların razılığını tələb edir. Bunun məqsədi gələcəkdə mübahisələrin qarşısını almaqdır. Evdə qeydiyyatda olan, amma faktiki olaraq orada yaşamayan şəxslərin istifadə hüquqları qüvvədə qalır. Sahib, məhkəməyə müraciət etməklə, həmin şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsini təmin edə bilər. Belə qərar qəbul edildikdə, qeydiyyatda olan şəxsin razılığı artıq tələb olunmur.Əgər məhkəmə tərəfindən istifadə hüququnun itirilməsi təsdiqlənibsə, həmin şəxslərə kompensasiya...
23 Mart 2026, 16:10