İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik etdi
Cəmiyyət 27 Mart 2026, 17:25
165
Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə teatrın kollektivinə təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, məktubda qeyd edilib:
"Əziz dostlar.
Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.
Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.
Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.
Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.
Həmçinin oxuyun
Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.
Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.
Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.
Teatra yeni yaradıcılıq uğurları arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Polis gücləndirilmiş iş rejiminə keçdi
Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Citypost.az-a bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri hazırda davam etdirilir....
27 Mart 2026, 17:55
Əhməd İsmayılov: Rəqəmsal mühitdə istifadəçilərin ikili rolu dezinformasiya risklərini artırır
Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov İstanbulda keçirilən “STRATCOM” sammitində “Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzusunda paneldə çıxış edib.APA-nın Türkiyə bürosunun məlumatına görə, Əhməd İsmayılov rəqəmsal mühitdə dezinformasiya və etimad böhranı kimi çağırışların artdığını və bu sahədə strateji kommunikasiyanın mühüm rol oynadığını vurğulayıb:“Müasir dövrdə ictimai rəy qlobal xarakter alıb, süni intellekt və sosial media platformaları əsas aktorlara çevrilib. Rəqəmsal mühitin mərkəzsiz xarakteri istifadəçiləri həm istehlakçı, həm də istehsalçıya çevirir ki, bu da dezinformasiya risklərini artırır, etimad böhranını dərinləşdirir və informasiya suverenliyi məsələsini aktuallaşdırır”.O, çıxışında media savadlılığının artırılması, milli kontent və rəqəmsal platformaların inkişafı, jurnalist peşəkarlığının yüksəldilməsi, dövlət–media–vətəndaş cəmiyyəti...
27 Mart 2026, 17:05
FHN əhaliyə müraciət edib: Bu ərazilərdən uzaq olun
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.Citypost.az xəbər verir ki, bu barədə FHN-in ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.Vurğulanıb ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır."Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel...
27 Mart 2026, 16:42
BDYPİ sürücülərə müraciət etdi
Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı şərait yol hərəkəti üçün əlavə çətinliklər yaradır.Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Citypost.az-a verilən məlumata görə, görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini əhəmiyyətli dərəcədə artırır.Məlumatda qeyd olunub ki, BDYPİ bütün hərəkət iştirakçılarını mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmağa çağırır:"Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini idarə edərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr və ötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texniki baxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin...
27 Mart 2026, 16:00
Azərbaycanda zəlzələ oldu
Lənkəranda zəlzələ qeydə alınıb.Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, Lənkaran stansiyasından 12 km qərbdə, Lənkaran rayonunda 3.1maqnitudalı zəlzələ qeydə alınıb.Zəlzələ hiss olunmayıb.
27 Mart 2026, 15:15
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir
Martın 27-si saat 14:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Şahdağ və Qrıza isə qar yağır.Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 mm (aylıq normanın 81 %-i), Ağdam, Göygöl, Neftçalada 14, Zərdab, Bərdə, Astarada 13, Xızı, Lənkəranda 12, Beyləqan, Cəlilabad, Daşkəsəndə 11, Goranboy, Kürdəmir, Şamaxıda 10, Lerik, Cəbrayıl, Sabirabadda 9, Şirvanda 8, Xaltan, Yardımlı, Mingəçevir, Gədəbəy, Gəncədə 7, Göyçayda 6, Şəmkir, Oğuzda 5, Ağstafada 4, Tovuz, Qubada 3, Culfa, Şabran, Qax, Qusarda 2, Balakən, Zaqatalada 1 mm-dir....
27 Mart 2026, 14:16