Əraqçi:İranda 600 məktəb dağıdılıb
Dünya 27 Mart 2026, 14:48
289
Ədalətsizliklər qarşısında sükut və biganəlik heç vaxt təhlükəsizlik və sülhə gətirib çıxarmır.
Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi BMT-nin İnsan Hüquqları Şurasının fövqəladə iclasında çıxış edərkən bildirib.
Nazir çıxışında qeyd edib ki, İran hazırda ABŞ və İsrail tərəfindən başladılan “qanunsuz müharibə” şəraitindədir. Onun sözlərinə görə, hücumlar Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı diplomatik prosesin davam etdiyi bir vaxtda həyata keçirilib.
Əraqçi İranın Minab şəhərində yerləşən ibtidai məktəbə hücumu “müharibə cinayəti” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirib.
O bildirib ki, bu hücum əvvəlcədən planlaşdırılıb və məqsədli şəkildə həyata keçirilib:
Həmçinin oxuyun
"Sözügedən hücum nəticəsində 175-dən çox şagird və müəllim həyatını itirib. Son 27 gün ərzində İranda 600-dən artıq məktəb dağıdılıb və ya zərər görüb, 1000-dən çox şagird və müəllim isə həlak olub və ya yaralanıb", - deyə XİN rəsmisi əlavə edib.
Araqçi həmçinin ABŞ və İsraili mülki əhalini və mülki infrastrukturu hədəfə almaqda ittiham edib:
"İran müharibə tərəfdarı deyil, lakin “zəruri olduğu müddətdə müdafiəsini davam etdirəcək”, - o sonda vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Monqolustan Baş naziri istefa verib
Monqolustan hökumətinin başçısı Qombojavın Zandanşatar vəzifəsindən azad edilməsi barədə ərizə verib."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun baş katibi Yanquuqiyn Sodbaatar məlumat verib."Bu gün Monqolustan Xalq Partiyası Şurasının iclasında qlobal vəziyyətlə əlaqədar ölkədəki sosial-iqtisadi vəziyyət və parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı problemlər müzakirə edilib. İclasda Baş nazir Qombojavın Zandanşatar öz təşəbbüsü ilə istefa ərizəsi verib", - o deyib.Şura Zandanşatarın istefa ərizəsini qəbul edib. Partiyanın fraksiyası bu məsələni qanuna uyğun şəkildə müzakirə edəcək."Qərar plenar iclasda parlament komitələrinin və deputatların müzakirəsinə çıxarılacaq", - Sodbaatar əlavə edib....
27 Mart 2026, 15:38
Türkiyə Gürcüstana hərbi təyinatlı texnika verib
Türkiyə istehsalı olan hərbi təyinatlı texnika Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Qüvvələrinə verilib.AZƏRTAC xəbər verir ki, təhvil-təslim mərasimi Tbilisinin Vaşlijvari qəsəbəsində yerləşən xüsusi təyinatlıların bazasında keçirilib.Tədbirdə Gürcüstan tərəfdən general-mayor Zaza Çxaidze, Türkiyəni isə ölkənin Gürcüstandakı səfiri Ali Kaan Orbay təmsil edib.Texnikanın təhvil verilməsi barədə müvafiq sənədi Gürcüstan Xüsusi Əməliyyatlar Komandanlığının nümayəndəsi Teymuraz Klateişvili və Türkiyənin hərbi attaşesi İlhan Oktendurali imzalayıblar.Rəsmi hissədən sonra qonaqlar baza ərazisində yerləşən atıcılıq poliqonuna baxış keçirib və nümayiş atışını izləyiblər.Qeyd edək ki, 2025-ci ildə də Türkiyə tərəfi Gürcüstanın Xüsusi Əməliyyatlar Qüvvələrinə müxtəlif avadanlıq təqdim edib....
27 Mart 2026, 14:34
Putin Azərbaycan Dövlət Teatrının açılışını edəcək
Rusiya prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasını videokonfrans vasitəsilə açacaq.Citypost.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, dərin köklü teatr ənənəsi, təkcə bütün rusiyalılara deyil, həm də bütün dünyada yaxşı tanınır.Kremlin sözçüsü bu gün Rusiya Prezidentinin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışında videokonfrans vasitəsilə iştirak edəcəyini söyləyib.Peskov bu tarixi teatrın köklərin 19-cu əsrə gedib çıxdığını bildirib: "Vaxtilə Azərbaycan ziyalılarının nümayəndələri Dərbənddə bir türk dərnəyi yaratmışdılar ki, bu da sonradan Azərbaycan teatrına çevrilmişdi. Yeri gəlmişkən, bu gün Azərbaycandan gələn qonaqlar bu mühüm mədəni məkanın açılışını qeyd etmək üçün...
27 Mart 2026, 14:23
Hörmüz boğazı tamamilə bağlandı
İran və ABŞ‑İsrail müharibəsi nəticəsində Hörmüz Boğazı vasitəsilə normal gəmiçilik tamamilə dayandırılıb.Citypost.az xəbər verir ki, “Al-Jazeera” nəşri məlumat yayıb.Məlumatda Hörmüz Boğazı gərginliyin artması səbəbindən praktiki olaraq bağlanıb.Bu, qlobal ticarət və enerji bazarlarında ciddi rezonans doğurub.Boğazın bağlanması ilə enerji qiymətləri kəskin artıb. Neft bazarında qeyri‑sabitlik nəticəsində “Brent” markalı neft qiymətləri yüksəlib.BƏƏ və bir sıra ölkələr boğazı yenidən açmaq üçün çoxmillətli dəniz tapşırığına qoşulmaq istədiklərini bildiriblər. (Modern.az)...
27 Mart 2026, 14:19
Bəhreynin HHM sistemləri 150-dən çox raket və 360 PUA-nı ələ keçirib
Bəhreynin Hava Hücumundan Müdafiə (HHM) sistemləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin başlanğıcından (28 fevral) İrandan atılan ümumilikdə 154 raket və 362 pilotsuz uçuş aparatını ələ keçirib."Report"un məlumatına görə, bu barədə Bəhreyn Silahlı Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir.Açıqlamada əhalidən ehtiyatlı olmağa, zədələnmiş obyektlərdən və şübhəli əşyalardan uzaq durmağa çağırış edilib.
27 Mart 2026, 14:08
SEPAH region ölkələrinin mülki əhalisini ABŞ hərbçilərinin olduğu yerlərdən uzaq durmağa çağırıb
SEPAH region ölkələrinin xalqlarına müraciət edərək onları ABŞ qüvvələrinin olduğu məkanlardan uzaq durmağa çağırıb.“İSNA”nın xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin bəyanatında qeyd olunur.SEPAH ABŞ və İsraili mülki infrastrukturdan “canlı qalxan” kimi istifadə etməkdə günahlandırıb və İranın mülki əhalisinə hücumlar həyata keçirməkdə ittiham edib.ABŞ və İsrail qüvvələrinin hansı yerdə tapılacaqlarsa, orada da hədəfə alınacağı bildirilib.“Buna görə tövsiyə edirik ki, dərhal ABŞ qüvvələrinin yerləşdiyi məkanları tərk edəsiniz ki, sizə zərər dəyməsin”, - bəyanatda qeyd olunub....
27 Mart 2026, 12:57