Yaşlılıq və Parkinson xəstəliyi tarazlıq reaksiyalarını zəiflədir
Tibb 27 Mart 2026, 14:53
280
Yaşlı insanlarda və Parkinson xəstəliyindən əziyyət çəkən şəxslərdə beynin və əzələlərin tarazlığın itirilməsinə reaksiyasının gənclərlə müqayisədə fərqli olduğu müəyyən edilib.
Citypost.az-ın məlumatına görə, parılan təcrübələrdə gənc insanların qəfil tarazlıq itirməsi zamanı beyin kötüyü və əzələlərin sürətli avtomatik reaksiya verdiyi, daha güclü destabilizasiya hallarında isə beyin qabığının da prosesə qoşulduğu müşahidə olunub.
Yeni araşdırmada isə yaşlı şəxslər və Parkinson xəstələri müqayisə edilib. Nəticələr göstərib ki, hətta kiçik tarazlıq pozuntularında belə bu qruplarda daha güclü beyin aktivliyi və artmış əzələ fəaliyyəti baş verir.
Mütəxəssislərin qənaətinə görə, bu vəziyyət tarazlığın bərpası üçün daha çox enerji və daha intensiv beyin fəaliyyəti tələb edir ki, bu da ümumi tarazlıq qabiliyyətini zəiflədir.
Əlavə olaraq, əzələ səviyyəsində də fərqli davranışlar qeydə alınıb. Normal halda tarazlıq zamanı bir qrup əzələ aktivləşir, qarşı tərəfdəki əzələlər isə boşalır. Lakin yaşlı insanlarda və Parkinson xəstələrində çox vaxt hər iki əzələ qrupu eyni anda yığılır ki, bu da hərəkətlərdə sərtliyə və koordinasiyanın zəifləməsinə səbəb olur.
Həmçinin oxuyun
Bu mexanizmin yaş artdıqca yıxılma riskinin yüksəlməsini və Parkinson xəstələrində hərəkət koordinasiyasının pozulmasını izah edə biləcəyi bildirilir.
Araşdırma nəticələrinə görə, gələcəkdə bu yanaşma yıxılma riskinin erkən aşkarlanmasında istifadə oluna bilər. Xüsusilə qəfil tarazlıq itirmə reaksiyaları əsasında əzələ fəaliyyətinin qiymətləndirilməsi beyin yükünün dolayı göstəricisi kimi tətbiq edilə bilər.
Mütəxəssislər bildirirlər ki, metodun təkmilləşdirilməsinə ehtiyac var, lakin gələcəkdə risk qrupuna daxil olan insanların vaxtında müəyyən edilərək balans və koordinasiya məşqlərinə cəlb olunmasına imkan yarada bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qoz tullantılarında güclü antioksidant potensial aşkar edilib
Qoz tullantılarının hüceyrələri iltihabdan qoruma potensialı olduğu müəyyən edilibCitypost.az xəbər verir ki, qozun qabığı və yaşıl xarici örtüyündə hüceyrələri iltihab və zədələnmədən qorumağa kömək edə bilən güclü antioksidantların – fenolik birləşmələr və karotenoidlərin mövcud olduğu müəyyən edilib.Araşdırmalara əsasən, qozun müxtəlif hissələrinin – ləpə, qabıq və yaşıl örtüyünün kimyəvi tərkibi analiz edilib. Nəticələr göstərib ki, bioaktiv maddələrin əhəmiyyətli hissəsi yalnız yeyilən hissədə deyil, adətən tullantı kimi atılan komponentlərdə də mövcuddur.Xüsusilə qoz qabığının ellag turşusu və katexinlər kimi fenolik birləşmələrlə zəngin olduğu aşkarlanıb. Bu maddələr güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə seçilir, eyni zamanda sinir hüceyrələrinin müdafiə funksiyalarını gücləndirə bilir.Yetişməmiş qozun yaşıl...
27 Mart 2026, 11:43
Körpələrə 6 aydan sonra hansı qidalar verilə bilər?
Son vaxtlar sosial şəbəkələrdə körpələrin qidalanması ilə bağlı müxtəlif iddialar və tövsiyələr yayılır. Xüsusilə 6 aydan yuxarı körpələrə hansı qidaların verilib-verilməməsi mövzusunda valideynlər arasında yanlış və yarımçıq məlumatlar geniş müzakirə olunur.Citypost.az xəbər verir ki, Mütəxəssislərin fikrincə, körpələrdə əlavə qidaya keçid adətən 6 aylıq dövrdən sonra başlayır. Bu mərhələdə əsas məqsəd ana südünü tam əvəz etmək deyil, tədricən tamamlayıcı qidalarla orqanizmi yeni qidalara uyğunlaşdırmaqdır.Qidalarla bağlı tibbi yanaşmaKök (yer kökü)Pediatrların tövsiyəsinə görə, kök 6 aydan sonra püresi formasında verilə bilər. O, beta-karotinlə zəngindir və orqanizmdə A vitamininə çevrilir. Lakin bu, “immuniteti yüksəldən möcüzə qida” kimi deyil, balanslı qidalanmanın bir hissəsi kimi qiymətləndirilməlidir.Qırmızı...
26 Mart 2026, 12:35
Şirniyyat mədədə yanma yaradır – səbəbləri və qarşısını alma yolları
Mədə yanması, yəni sinədə və ya boğaza doğru yayılan yandırıcı his, çox insanın qarşılaşdığı yayılmış bir problemdir. Əsas səbəb isə gastroezofageal reflüks adlanan vəziyyətdir. Sadə dildə desək, mədədəki turşu qida borusuna qalxır və orada yanma hissi yaradır, çünki qida borusu mədə kimi turşuya dözümlü deyil.Citypost.az xəbər verir ki, bu problem çox vaxt yeməkdən sonra özünü göstərir, xüsusilə şirniyyat qəbul etdikdə. Bunun səbəbləri isə bir neçə faktorda gizlənir:Şirniyyat, xüsusilə şokolad və kremli məhsullar, mədə ilə qida borusu arasındakı qapağı zəiflədərək turşunun yuxarı qalxmasını asanlaşdırır.Tərkibindəki yüksək şəkər mədədə turşu ifrazını artırır.Şokoladda olan maddələr, məsələn kafeinə bənzər təsirlər reflüksü gücləndirir.Ağır və çox şirin...
25 Mart 2026, 12:03
Yatmazdan əvvəl isti vanna yuxu keyfiyyətini artırır
Mütəxəssislərin qənaətinə görə, yatmazdan əvvəl qəbul edilən isti vanna xüsusilə yaşlı insanlarda yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Aparılan müşahidələr göstərir ki, bu sadə axşam vərdişi daha dərin yuxuya getməyə, gecə oyanmalarının azalmasına və yuxusuzluq şikayətlərinin minimuma enməsinə səbəb olur.Citypost.az xəbər verir ki, araşdırmada iştirak edən şəxslər arasında mütəmadi olaraq yatmazdan əvvəl vanna qəbul edənlərdə yuxu göstəricilərinin daha stabil olduğu müşahidə edilib. Eyni nəticə adi duş qəbul edənlərdə qeydə alınmayıb.Mütəxəssislər bildirirlər ki, vannanın optimal effekti üçün müəyyən şərtlərə əməl olunmalıdır. Belə ki, vanna müddəti 18 dəqiqəni keçməməli, suyun temperaturu isə 41,7 dərəcədən yuxarı olmamalıdır. Xüsusilə soyuq fəsillərdə bu vərdişin təsiri...
25 Mart 2026, 10:16
Testosteron yaşlı qadınlarda piy paylanmasını yaxşılaşdıra bilər
Yeni araşdırmalar göstərir ki, testosteron yaşlı qadınlarda piyin daha sağlam paylanmasına kömək edə bilər, xüsusilə zədələnmələrdən sonra bərpa dövründə.Citypost.az-ın məlumatına görə, araşdırmada, hip sümüklərində qırıq keçirmiş yaşlı qadınlarda fiziki məşq ilə testosteron terapiyasının bədən tərkibinə təsiri öyrənilib. 66 qadın (orta yaşları təxminən 76–79) iki qrupa bölünüb:Birinci qrup fiziki məşq proqramı ilə yanaşı testosteron geli qəbul edib.İkinci qrup eyni məşq proqramını izləyib, lakin plasebo alıb.Altı ay davam edən müşahidələr zamanı piy toxumasındakı dəyişikliklər dual-enerji rentgen absorpsiometriyası (DXA) vasitəsilə qiymətləndirilib.Nəticələr göstərib ki, ümumi piy miqdarında əhəmiyyətli dəyişiklik olmayıb. Lakin testosteron qrupu daxili orqanlar ətrafında toplanan və sağlamlığa ən çox zərər verən visseral...
24 Mart 2026, 12:20
Stress xərçəng riskini artırmır
Yeni elmi araşdırmalar göstərir ki, stress və digər psixososial faktorlar xərçəngin yaranma riskini artırmır.Citypost.az-ın məlumatına görə tədqiqatçılar iştirakçıların sosial dəstək səviyyəsi, ailə vəziyyəti, yaxın itkilər, şəxsiyyət xüsusiyyətləri (məsələn, nevrotiklik) və ümumi psixoloji gərginlik kimi göstəriciləri qiymətləndiriblər.Nəticələr göstərib ki, bu psixososial faktorların heç biri ümumi xərçəng riskini artırmır. Ən çox rast gəlinən xərçəng növləri, o cümlədən süd vəzin xərçəngi, prostat xərçəngi və kolorektal xərçəng ilə də heç bir əlaqə aşkarlanmayıb.Ağciyər xərçəngi ilə bağlı bəzi ilkin statistik əlaqələr müşahidə olunub. Məsələn, yaxın itkinin yaşanması və ya aşağı sosial dəstək səviyyəsi olan şəxslərdə müəyyən zəif əlaqələr görünsə də, risk faktorları—xüsusilə siqaret çəkilməsi və...
24 Mart 2026, 09:45