BDYPİ sürücülərə müraciət etdi
Cəmiyyət 27 Mart 2026, 16:00
314
Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı şərait yol hərəkəti üçün əlavə çətinliklər yaradır.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Citypost.az-a verilən məlumata görə, görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Məlumatda qeyd olunub ki, BDYPİ bütün hərəkət iştirakçılarını mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmağa çağırır:
Həmçinin oxuyun
"Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini idarə edərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr və ötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texniki baxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin saz vəziyyətdə olması diqqətdə saxlanılmalıdır. Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun təhlükəsiz olduğuna əmin olmalı, xüsusilə məhdud görünmə şəraitində özlərinin daha aydın görünməsinə diqqət yetirməlidirlər".
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, mürəkkəb hava şəraitində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından birbaşa asılıdır", - məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik etdi
Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə teatrın kollektivinə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda qeyd edilib:"Əziz dostlar.Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində...
27 Mart 2026, 17:25
FHN əhaliyə müraciət edib: Bu ərazilərdən uzaq olun
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.Citypost.az xəbər verir ki, bu barədə FHN-in ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.Vurğulanıb ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır."Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel...
27 Mart 2026, 16:42
Azərbaycanda zəlzələ oldu
Lənkəranda zəlzələ qeydə alınıb.Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, Lənkaran stansiyasından 12 km qərbdə, Lənkaran rayonunda 3.1maqnitudalı zəlzələ qeydə alınıb.Zəlzələ hiss olunmayıb.
27 Mart 2026, 15:15
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir
Martın 27-si saat 14:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Şahdağ və Qrıza isə qar yağır.Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 mm (aylıq normanın 81 %-i), Ağdam, Göygöl, Neftçalada 14, Zərdab, Bərdə, Astarada 13, Xızı, Lənkəranda 12, Beyləqan, Cəlilabad, Daşkəsəndə 11, Goranboy, Kürdəmir, Şamaxıda 10, Lerik, Cəbrayıl, Sabirabadda 9, Şirvanda 8, Xaltan, Yardımlı, Mingəçevir, Gədəbəy, Gəncədə 7, Göyçayda 6, Şəmkir, Oğuzda 5, Ağstafada 4, Tovuz, Qubada 3, Culfa, Şabran, Qax, Qusarda 2, Balakən, Zaqatalada 1 mm-dir....
27 Mart 2026, 14:16
Sabah Azərbaycanda hava necə olacaq?
Martın 28-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.Rayonlarda hava necə olacaq?Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv...
27 Mart 2026, 12:44
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verdi
Prezident İlham Əliyev martın 27-də Gürcüstanın Azərbaycandakı səfirliyində olub, bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.Citypost.az xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb.Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.Sonra dövlət başçısı səfirlə söhbət edib.Prezident İlham Əliyev bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb.Dövlət başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İliya həzrətlərinin roluna toxunub.Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib....
27 Mart 2026, 11:47