Gəncədə ağır qəza olub
Hadisə 09 Aprel 2026, 08:00
261
Gəncədə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet” və “VAZ” markalı minik avtomobilləri toqquşub, nəticədə 1953-cü il təvəllüdlü M.Məmmədov hadisə yerində həyatını itirib, sərnişini 2010 -cü il təvəllüdlü M.Qədimov isə xəsarət alıb.
Həmçinin oxuyun
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Aprelin 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança və 7 tüfəng aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən məlumat veilib.Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
09 Aprel 2026, 10:20
Saatlıda su kanalından 2 avtomat tapılıb
Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalından odlu silahlar tapılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 2 avtomat aşkarlanaraq götürülüb.Faktla bağlı araşdırma aparılır.
09 Aprel 2026, 09:45
Nəsimi rayonunda 72 kiloqram narkotik dövriyyədən çıxarılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.Bu barədə Citypost.az DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial...
09 Aprel 2026, 09:15
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.DİN-dən Citypost.az-a verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır....
08 Aprel 2026, 13:02
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.APA-nın əldə etdiyi məlumata görə, Xəzər rayonu ərazisində voleybol oyunu zamanı Mühammədhəsən Bağırzadə münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirib.Hadisə ilə bağlı xəsarət alan şəxsin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.Faktla bağlı polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.Qeyd edək ki, Taleh Bağırzadə 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət çevrilişinə cəhd, terrorçuluq cinayətlərində ittiham olunub....
08 Aprel 2026, 12:18
9 yaşlı uşaq gölməçəyə düşərək boğuldu
Qobustanda azyaşlı gölməçəyə düşərək boğulub.Modern.az xəbər verir ki, Qobustan rayonu ərazisində yerləşən qış otlaq sahəsində yaşayan, 2017-ci il təvəllüdlü H.H. həmin qış otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə ehtiyatsızlıqdan yıxılaraq orada boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.
08 Aprel 2026, 09:38