Bizə yazın

Baku

-°C

USD

-

Politoloq: “Atəşkəs sadəcə ‘taym-aut’dur, gərginlik arta bilər”  

Siyasət 09 Aprel 2026, 10:55

303

Politoloq Rusif Məmmədsoy bölgədəki son vəziyyətlə bağlı fikirlərini açıqlayıb.

Citypost.az xəbər verir ki, politoloq bildirib ki, mövcud şəraitdə davamlı atəşkəsdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, əldə olunan razılaşma daha çox qısa müddətli fasilə xarakteri daşıyır və əsas məqsəd yaxın saatlarda gözlənilən şiddətli zərbələrin qarşısını almaq olub.

R.Məmmədsoy qeyd edib ki, bu razılaşmanın uzunmüddətli olacağı şübhə altındadır və bunu “taym-aut” kimi qiymətləndirmək daha doğru olar.

Politoloq əlavə edib ki, proseslərin gələcəkdə daha geniş miqyas alacağı ehtimalı yüksəkdir. Onun fikrincə, perspektivdə Səudiyyə Ərəbistanı başda olmaqla bəzi Körfəz ölkələrinin də münaqişəyə cəlb olunması mümkündür.

Ekspert vurğulayıb ki, regionda gərginlik hələ uzun müddət davam edə və yeni mərhələyə keçə bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Politoloq: “Hörmüz boğazında ‘tranzit haqqı’ iddiası təhlükəli presedent yaradır”  

Politoloq Turan Rzayev ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında yayımladığı açıqlamaya münasibət bildirib.Citypost.az xəbər verir ki, Trampın paylaşımında Vaşinqton və Tehran arasında nüvə proqramı və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı razılaşma əldə olunduğu, İranın nüvə silahı əldə etməyəcəyi və boğazın açıq qalacağı qeyd olunub.Politoloq bildirib ki, atəşkəs dövründə Hörmüz boğazı ilə bağlı yayılan “tranzit haqqı” və icazə rejimi barədə iddialar ciddi hüquqi və geosiyasi risklər yaradır. Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq hüquqa əsasən açıq dəniz naviqasiyası üçün xüsusi rejimə malik strateji su yoludur və burada hər hansı birtərəfli məhdudiyyət beynəlxalq qaydalarla ziddiyyət təşkil edə bilər.T.Rzayev qeyd edib ki,...

09 Aprel 2026, 12:19

Şərhçi: “ABŞ-İran anlaşması üçün əsas şərtlər prinsipcə uyğundur”  

Şərhçi Kənan Rövşənoğlu ABŞ Prezidenti Donald Trampın İranla sülh prosesinə dair irəli sürdüyü şərtləri dəyərləndirib.Citypost.az xəbər verir ki,O bildirib ki, Trampın irəli sürdüyü iki əsas tələb – İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazının açıq qalması – mahiyyət etibarilə mürəkkəb və danışıqlara qapalı şərtlər deyil.Şərhçinin sözlərinə görə, İran nüvə məsələsində razılaşmaya açıq tərəf kimi görünür və Hörmüz boğazının uzunmüddətli bağlanması da real ssenari deyil. Bu baxımdan, hazırkı şərtlər ümumi razılaşma üçün imkan yaradır.K.Rövşənoğlu qeyd edib ki, əvvəllər müzakirə olunan “proksi qüvvələr” və “ballistik raket proqramı” kimi əlavə tələblər hazırkı mərhələdə gündəmdə deyil. Onun fikrincə, bu da danışıqlar prosesində prinsipial...

09 Aprel 2026, 12:08

Yazıçı: “Qısa atəşkəslər çoxqatlı geosiyasi strategiyanın tərkib hissəsidir”

Tarixi təcrübə göstərir ki, qısa müddətli atəşkəslər çox zaman “operativ pauza” funksiyasını yerinə yetirir. Xüsusilə ABŞ kimi hərbi-siyasi baxımdan çevik aktorlar üçün bu fasilələr logistik xətlərin bərpası, qüvvələrin rotasiyası, kəşfiyyat məlumatlarının yenilənməsi və ümumi əməliyyat planlamasının optimallaşdırılması baxımından əhəmiyyətlidir. Bu kontekstdə atəşkəsin “vaxt udmaq” məqsədi daşıması kifayət qədər rasional izahdır.Lakin bu yanaşma birtərəfli deyil. İran da eyni fasilədən paralel şəkildə istifadə edir. Qısa atəşkəs dövründə hər iki tərəf:döyüş itkilərini və zəif nöqtələri analiz edirhava hücumundan müdafiə və digər müdafiə sistemlərini gücləndirirdiplomatik kanallar vasitəsilə alternativ ssenariləri dəyərləndirir. Bu isə onu göstərir ki, atəşkəs tərəflərdən yalnız birinə üstünlük qazandıran alət deyil, əksinə qarşılıqlı...

09 Aprel 2026, 11:04

Nigar Sabirqızı: “Bu müharibədə əsas sual qalibin kim olması deyil”  

Jurnalist Nigar Sabirqızı ABŞ-İsrail və İran arasında baş verən qarşıdurma ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, xanım jurnalist bildirib ki, müharibədə kimin qalib gəlməsi məsələsi onun üçün əsas deyil. Müəllif qeyd edib ki, onun üçün prioritet məsələ Azərbaycan və Türkiyənin maraqlarıdır, xüsusilə də Güney Azərbaycanda yaşayan azərbaycanlıların vəziyyətidir.Jurnalistin sözlərinə görə, İranda yaşayan azərbaycanlılar uzun illər müxtəlif təzyiqlərlə üzləşib və onların hüquqları tez-tez pozulub. Bununla belə, İran rejiminin dəyişməsi halında bu vəziyyətin yaxşılaşıb-yaxşılaşmayacağı da sual altındadır.N.Sabirqızı hesab edir ki, hazırkı vəziyyətdə əsas diqqət “müharibədə kim qalib gəldi” sualına deyil, bu qarşıdurmanın cəmiyyətə nəyi göstərdiyinə yönəlməlidir. Onun fikrincə, baş verənlər Azərbaycanda...

09 Aprel 2026, 10:50

Politoloq: “Trampın qələbə anlayışı klassik təsəvvürlərdən fərqlənir”  

Politoloq Xəqani Cəfərli ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəs qərarı və ümumilikdə müharibəyə yanaşması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq  bildirib ki, Trampın İrana qarşı müharibədə iki həftəlik atəşkəs elan etməsi müxtəlif rəylərə səbəb olub. Bunun əsas səbəbi isə Trampın “qələbə” anlayışının geniş yayılmış klassik təsəvvürlərdən kəskin fərqlənməsidir.Politoloqun sözlərinə görə, bir çox insanların düşüncəsində qələbə anlayışı İkinci Dünya Müharibəsi nümunəsində formalaşıb – yəni düşmənin tam kapitulyasiyası, simvolik zəfər və siyasi üstünlük kimi qəbul edilir. Lakin Trampın dünyagörüşü daha çox biznes və “sövdələşmə mədəniyyəti” üzərində qurulub.“Bu yanaşmada rəqibin tam məğlubiyyəti deyil, qarşılıqlı güzəştlər əsasında razılaşma əsas götürülür. Tramp...

09 Aprel 2026, 10:03

Heydər Oğuz: “Qısa müddətli atəşkəslər müharibənin bitməsi demək deyil”  

Jurnalist Heydər Oğuz son dövrlərdə müzakirə olunan atəşkəslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, atəşkəslərin formal xarakter daşıması yeni hal deyil və buna İkinci Qarabağ müharibəsi dövründə də tez-tez rast gəlinirdi. Jurnalistin sözlərinə görə, həmin vaxt elan olunan atəşkəslər qısa müddətli olur, tez-tez pozulur və real nəticə vermirdi.H.Oğuz bildirib ki, bu proses Şuşanın işğaldan azad olunmasına qədər davam edib. O əlavə edib ki, yalnız sonrakı mərhələlərdə və xüsusilə 2023-cü ildə keçirilən anti-terror əməliyyatından sonra bölgədə nisbətən sabitlik yaranıb.Jurnalist hazırda İran-ABŞ/İsrail qarşıdurması fonunda da oxşar vəziyyətin müşahidə olunduğunu vurğulayıb. Onun fikrincə, qısa müddətli və tez-tez pozulan atəşkəslər...

09 Aprel 2026, 09:15