Deputat: “İranın davamlılığının əsas səbəblərindən biri ideologiyadır”
Siyasət 09 Aprel 2026, 09:00
231
Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İranın gücü və davamlılığı ilə bağlı fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, Deputat bildirib ki, dövlətlərin güclü və uzunömürlü olmasında ideologiyanın rolu danılmazdır. Onun sözlərinə görə, ideologiya yalnız nəzəri çərçivə deyil, həm də cəmiyyəti birləşdirən, çətin dövrlərdə səfərbər edən və dövlətin strateji mövqeyini qoruyan əsas dayaqlardan biridir.İran nümunəsinə diqqət çəkən deputat qeyd edib ki, bu ölkə uzun illərdir müxtəlif siyasi, iqtisadi və hərbi gərginliklər fonunda fəaliyyət göstərsə də, daxili sabitliyini qoruyub saxlaya bilir. Onun fikrincə, bu davamlılıq təsadüfi deyil və əsas səbəblərdən biri məhz formalaşmış ideoloji sistemdir.
“İranda ideologiya cəmiyyət daxilində vahid baxış yaradır, müxtəlif təbəqələri ümumi məqsədlər ətrafında birləşdirir və xüsusilə gərgin dövrlərdə dövlətin arxasında dayanmağı təmin edir”, – deyə deputat vurğulayıb.
C.Məmmədov əlavə edib ki, ideologiya bu ölkədə yalnız siyasi alət kimi deyil, həm də effektiv səfərbərlik mexanizmi kimi çıxış edir. Bu mexanizm sayəsində cəmiyyət çağırışlara daha təşkilatlanmış və dözümlü reaksiya verir, dövlət isə bu birliyə söykənərək mövqeyini qoruyur.İdeologiya eyni zamanda dövlətin təhlükəsizlik yanaşmasına və xarici siyasət kursuna da təsir göstərir. Bu isə bəzi hallarda daha sərt və prinsipial mövqelərin ortaya çıxmasına, uzunmüddətli strateji xəttin qorunmasına şərait yaradır.Bununla yanaşı, o qeyd edib ki, dövlətin real gücü yalnız ideologiya ilə məhdudlaşmır: “İqtisadiyyat, texnologiya, idarəetmə və sosial rifah kimi amillər də bu gücün formalaşmasında mühüm rol oynayır. İdeologiya isə bu sistemin birləşdirici və istiqamətverici elementi kimi çıxış edir”.
Həmçinin oxuyun
Deputat hesab edir ki, İran nümunəsi göstərir: düzgün qurulan və cəmiyyət tərəfindən qəbul edilən ideologiya xüsusilə çətin dövrlərdə dövlətin daxili birliyini və davamlılığını təmin edən əsas faktorlardan birinə çevrilə bilər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yazıçı: “Qısa atəşkəslər çoxqatlı geosiyasi strategiyanın tərkib hissəsidir”
Tarixi təcrübə göstərir ki, qısa müddətli atəşkəslər çox zaman “operativ pauza” funksiyasını yerinə yetirir. Xüsusilə ABŞ kimi hərbi-siyasi baxımdan çevik aktorlar üçün bu fasilələr logistik xətlərin bərpası, qüvvələrin rotasiyası, kəşfiyyat məlumatlarının yenilənməsi və ümumi əməliyyat planlamasının optimallaşdırılması baxımından əhəmiyyətlidir. Bu kontekstdə atəşkəsin “vaxt udmaq” məqsədi daşıması kifayət qədər rasional izahdır.Lakin bu yanaşma birtərəfli deyil. İran da eyni fasilədən paralel şəkildə istifadə edir. Qısa atəşkəs dövründə hər iki tərəf:döyüş itkilərini və zəif nöqtələri analiz edirhava hücumundan müdafiə və digər müdafiə sistemlərini gücləndirirdiplomatik kanallar vasitəsilə alternativ ssenariləri dəyərləndirir. Bu isə onu göstərir ki, atəşkəs tərəflərdən yalnız birinə üstünlük qazandıran alət deyil, əksinə qarşılıqlı...
09 Aprel 2026, 11:04
Politoloq: “Atəşkəs sadəcə ‘taym-aut’dur, gərginlik arta bilər”
Politoloq Rusif Məmmədsoy bölgədəki son vəziyyətlə bağlı fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, mövcud şəraitdə davamlı atəşkəsdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, əldə olunan razılaşma daha çox qısa müddətli fasilə xarakteri daşıyır və əsas məqsəd yaxın saatlarda gözlənilən şiddətli zərbələrin qarşısını almaq olub.R.Məmmədsoy qeyd edib ki, bu razılaşmanın uzunmüddətli olacağı şübhə altındadır və bunu “taym-aut” kimi qiymətləndirmək daha doğru olar.Politoloq əlavə edib ki, proseslərin gələcəkdə daha geniş miqyas alacağı ehtimalı yüksəkdir. Onun fikrincə, perspektivdə Səudiyyə Ərəbistanı başda olmaqla bəzi Körfəz ölkələrinin də münaqişəyə cəlb olunması mümkündür.Ekspert vurğulayıb ki, regionda gərginlik hələ uzun müddət davam edə və yeni...
09 Aprel 2026, 10:55
Nigar Sabirqızı: “Bu müharibədə əsas sual qalibin kim olması deyil”
Jurnalist Nigar Sabirqızı ABŞ-İsrail və İran arasında baş verən qarşıdurma ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, xanım jurnalist bildirib ki, müharibədə kimin qalib gəlməsi məsələsi onun üçün əsas deyil. Müəllif qeyd edib ki, onun üçün prioritet məsələ Azərbaycan və Türkiyənin maraqlarıdır, xüsusilə də Güney Azərbaycanda yaşayan azərbaycanlıların vəziyyətidir.Jurnalistin sözlərinə görə, İranda yaşayan azərbaycanlılar uzun illər müxtəlif təzyiqlərlə üzləşib və onların hüquqları tez-tez pozulub. Bununla belə, İran rejiminin dəyişməsi halında bu vəziyyətin yaxşılaşıb-yaxşılaşmayacağı da sual altındadır.N.Sabirqızı hesab edir ki, hazırkı vəziyyətdə əsas diqqət “müharibədə kim qalib gəldi” sualına deyil, bu qarşıdurmanın cəmiyyətə nəyi göstərdiyinə yönəlməlidir. Onun fikrincə, baş verənlər Azərbaycanda...
09 Aprel 2026, 10:50
Politoloq: “Trampın qələbə anlayışı klassik təsəvvürlərdən fərqlənir”
Politoloq Xəqani Cəfərli ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəs qərarı və ümumilikdə müharibəyə yanaşması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Trampın İrana qarşı müharibədə iki həftəlik atəşkəs elan etməsi müxtəlif rəylərə səbəb olub. Bunun əsas səbəbi isə Trampın “qələbə” anlayışının geniş yayılmış klassik təsəvvürlərdən kəskin fərqlənməsidir.Politoloqun sözlərinə görə, bir çox insanların düşüncəsində qələbə anlayışı İkinci Dünya Müharibəsi nümunəsində formalaşıb – yəni düşmənin tam kapitulyasiyası, simvolik zəfər və siyasi üstünlük kimi qəbul edilir. Lakin Trampın dünyagörüşü daha çox biznes və “sövdələşmə mədəniyyəti” üzərində qurulub.“Bu yanaşmada rəqibin tam məğlubiyyəti deyil, qarşılıqlı güzəştlər əsasında razılaşma əsas götürülür. Tramp...
09 Aprel 2026, 10:03
Heydər Oğuz: “Qısa müddətli atəşkəslər müharibənin bitməsi demək deyil”
Jurnalist Heydər Oğuz son dövrlərdə müzakirə olunan atəşkəslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, atəşkəslərin formal xarakter daşıması yeni hal deyil və buna İkinci Qarabağ müharibəsi dövründə də tez-tez rast gəlinirdi. Jurnalistin sözlərinə görə, həmin vaxt elan olunan atəşkəslər qısa müddətli olur, tez-tez pozulur və real nəticə vermirdi.H.Oğuz bildirib ki, bu proses Şuşanın işğaldan azad olunmasına qədər davam edib. O əlavə edib ki, yalnız sonrakı mərhələlərdə və xüsusilə 2023-cü ildə keçirilən anti-terror əməliyyatından sonra bölgədə nisbətən sabitlik yaranıb.Jurnalist hazırda İran-ABŞ/İsrail qarşıdurması fonunda da oxşar vəziyyətin müşahidə olunduğunu vurğulayıb. Onun fikrincə, qısa müddətli və tez-tez pozulan atəşkəslər...
09 Aprel 2026, 09:15
Qulamhüseyn Kazımlı: “ABŞ-İran qarşıdurması müxtəlif təfəkkürlərin toqquşmasıdır”
Sabiq deputat, siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ-İsrail və İran arasında baş verən hərbi qarşıdurma və əldə olunan atəşkəslə bağlı fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, sabiq deputat bildirib ki, Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəs müsbət haldır və tərəflərin hərbi toqquşmadan danışıqlar masasına keçməsi mühüm addım kimi qiymətləndirilməlidir. Şərhçinin sözlərinə görə, raketlər və pilotsuz uçuş aparatları yerini müzakirələrə versə də, tərəflər arasında psixoloji gərginlik hələ uzun müddət davam edəcək və bu, atəşkəsin taleyinə təsir göstərə bilər.Q.Əlibəyli qeyd edib ki, bu qarşıdurma yalnız geosiyasi və iqtisadi maraqlarla deyil, eyni zamanda fərqli dünyagörüşlərinin toqquşması ilə izah olunur. Onun fikrincə, ABŞ münaqişəyə...
09 Aprel 2026, 08:34