Qulamhüseyn Kazımlı: “ABŞ-İran qarşıdurması müxtəlif təfəkkürlərin toqquşmasıdır”
Siyasət 09 Aprel 2026, 08:34
305
Sabiq deputat, siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ-İsrail və İran arasında baş verən hərbi qarşıdurma və əldə olunan atəşkəslə bağlı fikirlərini açıqlayıb.
Citypost.az xəbər verir ki, sabiq deputat bildirib ki, Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəs müsbət haldır və tərəflərin hərbi toqquşmadan danışıqlar masasına keçməsi mühüm addım kimi qiymətləndirilməlidir. Şərhçinin sözlərinə görə, raketlər və pilotsuz uçuş aparatları yerini müzakirələrə versə də, tərəflər arasında psixoloji gərginlik hələ uzun müddət davam edəcək və bu, atəşkəsin taleyinə təsir göstərə bilər.
Q.Əlibəyli qeyd edib ki, bu qarşıdurma yalnız geosiyasi və iqtisadi maraqlarla deyil, eyni zamanda fərqli dünyagörüşlərinin toqquşması ilə izah olunur. Onun fikrincə, ABŞ münaqişəyə “Böyük Amerika” təfəkkürü ilə qoşulub və bu yanaşma qlobal təsir dairəsini genişləndirmək məqsədi daşıyır. Şərhçi əlavə edib ki, bu siyasət bəzən iqtisadi və “sövdələşmə” yanaşması ilə müşayiət olunur.Eyni zamanda, İsrailin mövqeyinə toxunan analitik bildirib ki, bu ölkənin siyasətində yalnız özünüqoruma deyil, həm də regional gücünü artırmaq və strateji üstünlük əldə etmək məqsədi ön plandadır. Onun sözlərinə görə, İsrail regionda güclü dövlətlərin mövcudluğunu istəmir və xüsusilə İrana qarşı sərt siyasət yürüdür.İranın da özünəməxsus dünyagörüşü və siyasəti bu qarşıdurmanın dərinləşməsində rol oynayır. Onun sözlərinə görə, regionda baş verən proseslər müxtəlif ideoloji və siyasi yanaşmaların toqquşmasının nəticəsidir.
Q.Əlibəyli vurğulayıb ki, 40 gün davam edən müharibə tərəflərə ciddi itkilər gətirib, lakin eyni zamanda bəzi stereotipləri də dəyişib: “Bu qarşıdurma göstərdi ki, tərəflər barədə formalaşmış təsəvvürlər tam reallığı əks etdirmir”.
Həmçinin oxuyun
Siyasi şərhçi hesab edir ki, tərəflərin nə qazandığı və nə itirdiyi məsələsi ayrıca geniş təhlil tələb edir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Politoloq: “Hörmüz boğazında ‘tranzit haqqı’ iddiası təhlükəli presedent yaradır”
Politoloq Turan Rzayev ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında yayımladığı açıqlamaya münasibət bildirib.Citypost.az xəbər verir ki, Trampın paylaşımında Vaşinqton və Tehran arasında nüvə proqramı və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı razılaşma əldə olunduğu, İranın nüvə silahı əldə etməyəcəyi və boğazın açıq qalacağı qeyd olunub.Politoloq bildirib ki, atəşkəs dövründə Hörmüz boğazı ilə bağlı yayılan “tranzit haqqı” və icazə rejimi barədə iddialar ciddi hüquqi və geosiyasi risklər yaradır. Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq hüquqa əsasən açıq dəniz naviqasiyası üçün xüsusi rejimə malik strateji su yoludur və burada hər hansı birtərəfli məhdudiyyət beynəlxalq qaydalarla ziddiyyət təşkil edə bilər.T.Rzayev qeyd edib ki,...
09 Aprel 2026, 12:19
Şərhçi: “ABŞ-İran anlaşması üçün əsas şərtlər prinsipcə uyğundur”
Şərhçi Kənan Rövşənoğlu ABŞ Prezidenti Donald Trampın İranla sülh prosesinə dair irəli sürdüyü şərtləri dəyərləndirib.Citypost.az xəbər verir ki,O bildirib ki, Trampın irəli sürdüyü iki əsas tələb – İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazının açıq qalması – mahiyyət etibarilə mürəkkəb və danışıqlara qapalı şərtlər deyil.Şərhçinin sözlərinə görə, İran nüvə məsələsində razılaşmaya açıq tərəf kimi görünür və Hörmüz boğazının uzunmüddətli bağlanması da real ssenari deyil. Bu baxımdan, hazırkı şərtlər ümumi razılaşma üçün imkan yaradır.K.Rövşənoğlu qeyd edib ki, əvvəllər müzakirə olunan “proksi qüvvələr” və “ballistik raket proqramı” kimi əlavə tələblər hazırkı mərhələdə gündəmdə deyil. Onun fikrincə, bu da danışıqlar prosesində prinsipial...
09 Aprel 2026, 12:08
Yazıçı: “Qısa atəşkəslər çoxqatlı geosiyasi strategiyanın tərkib hissəsidir”
Tarixi təcrübə göstərir ki, qısa müddətli atəşkəslər çox zaman “operativ pauza” funksiyasını yerinə yetirir. Xüsusilə ABŞ kimi hərbi-siyasi baxımdan çevik aktorlar üçün bu fasilələr logistik xətlərin bərpası, qüvvələrin rotasiyası, kəşfiyyat məlumatlarının yenilənməsi və ümumi əməliyyat planlamasının optimallaşdırılması baxımından əhəmiyyətlidir. Bu kontekstdə atəşkəsin “vaxt udmaq” məqsədi daşıması kifayət qədər rasional izahdır.Lakin bu yanaşma birtərəfli deyil. İran da eyni fasilədən paralel şəkildə istifadə edir. Qısa atəşkəs dövründə hər iki tərəf:döyüş itkilərini və zəif nöqtələri analiz edirhava hücumundan müdafiə və digər müdafiə sistemlərini gücləndirirdiplomatik kanallar vasitəsilə alternativ ssenariləri dəyərləndirir. Bu isə onu göstərir ki, atəşkəs tərəflərdən yalnız birinə üstünlük qazandıran alət deyil, əksinə qarşılıqlı...
09 Aprel 2026, 11:04
Politoloq: “Atəşkəs sadəcə ‘taym-aut’dur, gərginlik arta bilər”
Politoloq Rusif Məmmədsoy bölgədəki son vəziyyətlə bağlı fikirlərini açıqlayıb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, mövcud şəraitdə davamlı atəşkəsdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, əldə olunan razılaşma daha çox qısa müddətli fasilə xarakteri daşıyır və əsas məqsəd yaxın saatlarda gözlənilən şiddətli zərbələrin qarşısını almaq olub.R.Məmmədsoy qeyd edib ki, bu razılaşmanın uzunmüddətli olacağı şübhə altındadır və bunu “taym-aut” kimi qiymətləndirmək daha doğru olar.Politoloq əlavə edib ki, proseslərin gələcəkdə daha geniş miqyas alacağı ehtimalı yüksəkdir. Onun fikrincə, perspektivdə Səudiyyə Ərəbistanı başda olmaqla bəzi Körfəz ölkələrinin də münaqişəyə cəlb olunması mümkündür.Ekspert vurğulayıb ki, regionda gərginlik hələ uzun müddət davam edə və yeni...
09 Aprel 2026, 10:55
Nigar Sabirqızı: “Bu müharibədə əsas sual qalibin kim olması deyil”
Jurnalist Nigar Sabirqızı ABŞ-İsrail və İran arasında baş verən qarşıdurma ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, xanım jurnalist bildirib ki, müharibədə kimin qalib gəlməsi məsələsi onun üçün əsas deyil. Müəllif qeyd edib ki, onun üçün prioritet məsələ Azərbaycan və Türkiyənin maraqlarıdır, xüsusilə də Güney Azərbaycanda yaşayan azərbaycanlıların vəziyyətidir.Jurnalistin sözlərinə görə, İranda yaşayan azərbaycanlılar uzun illər müxtəlif təzyiqlərlə üzləşib və onların hüquqları tez-tez pozulub. Bununla belə, İran rejiminin dəyişməsi halında bu vəziyyətin yaxşılaşıb-yaxşılaşmayacağı da sual altındadır.N.Sabirqızı hesab edir ki, hazırkı vəziyyətdə əsas diqqət “müharibədə kim qalib gəldi” sualına deyil, bu qarşıdurmanın cəmiyyətə nəyi göstərdiyinə yönəlməlidir. Onun fikrincə, baş verənlər Azərbaycanda...
09 Aprel 2026, 10:50
Politoloq: “Trampın qələbə anlayışı klassik təsəvvürlərdən fərqlənir”
Politoloq Xəqani Cəfərli ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəs qərarı və ümumilikdə müharibəyə yanaşması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Trampın İrana qarşı müharibədə iki həftəlik atəşkəs elan etməsi müxtəlif rəylərə səbəb olub. Bunun əsas səbəbi isə Trampın “qələbə” anlayışının geniş yayılmış klassik təsəvvürlərdən kəskin fərqlənməsidir.Politoloqun sözlərinə görə, bir çox insanların düşüncəsində qələbə anlayışı İkinci Dünya Müharibəsi nümunəsində formalaşıb – yəni düşmənin tam kapitulyasiyası, simvolik zəfər və siyasi üstünlük kimi qəbul edilir. Lakin Trampın dünyagörüşü daha çox biznes və “sövdələşmə mədəniyyəti” üzərində qurulub.“Bu yanaşmada rəqibin tam məğlubiyyəti deyil, qarşılıqlı güzəştlər əsasında razılaşma əsas götürülür. Tramp...
09 Aprel 2026, 10:03