Bakı-Qazax yolunda yanacaqdaşıyan yük maşını yandı
Hadisə 01 Oktyabr 2024, 14:36
12659
Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verib.
CityPost.az FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Həmçinin oxuyun
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.Bildirilib ki, BDYPİ-nin Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Khazar" markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.Araşdırma zamanı məlum olub ki, E.Əhmədov əhalinin dincliyini nümayişkaranə şəkildə pozan qanunsuz əməllərini narkotik vasitənin təsiri altında idarə etdiyi kirayə götürülmüş avtomobillə törədib.Faktiki olaraq faciənin bir addımlığında olduqlarını nəzərə almayan sərnişinlər isə E.Əhmədovu hüquqazidd davranışlardan çəkindirmək əvəzinə, baş verənləri videogörüntüyə almaqla, onu daha da həvəsləndirməyə çalışıblar.E.Əhmədov barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və o, 1 il müddətinə...
24 İyun 2026, 13:18
Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşüb
Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur.Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib.Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
23 İyun 2026, 11:48
Mərdəkanda dənizdə 4 nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək....
22 İyun 2026, 15:13
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Həsənov, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyeva xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....
22 İyun 2026, 14:06
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
22 İyun 2026, 09:58
SEPAH: Hörmüz boğazı bağlanıb
SEPAH Hərbi Dəniz Qüvvələri Livana hücumların davam etməsinə görə Hörmüz boğazının bağlandığını açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Livanda İsrailin hücumlarının davam etməsi və ABŞ-ın atəşkəsin təmin olunması ilə bağlı öhdəliklərini pozmasına cavab olaraq Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını bəyan edib.SEPAH Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, Hörmüz boğazı bağlıdır və gəmilər bu bölgəyə yaxınlaşmamalıdır. Əks halda onların təhlükəsizliyi risk altına düşəcək.Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Xatəmül-Ənbiya qərargahı Livanın cənubunda atəşkəsin pozulmasına cavab olaraq Hörmüz boğazında gəmi hərəkətinin yenidən dayandırıldığını açıqlamışdı....
20 İyun 2026, 20:08