Bizə yazın

Baku

-°C

USD

-

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

Hadisə 16 Oktyabr 2026, 09:35

576

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.

Citypost.az  xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kürdəmirdə yük maşını dayanmış avtomobilə çırpıldı, ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə çırpılıb.Qəza nəticəsində “Isuzu”nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.Faktla bağlı araşdırma aparılır....

16 Oktyabr 2026, 08:55

Qaradağda məktəbdə insident: Şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib.Citypost.az  xəbər verir ki, şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib.O, polis tərəfindən saxlanılaraq həbs edilib.

15 Oktyabr 2026, 19:07

Qusarda çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb 

Qusar rayonunda çaqqal sakinlərə hücum edib.Citypost.az"Report"a istinadən xəbər verir ki, rayonun İmamqulu kəndində günün müxtəlif saatlarında 2-si qadın, 1-i kişi olmaqla 3 nəfərə çaqqal hücum edib.Yerli sakinlərin verdiyi məlumata görə, yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib, zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.Yaralılar müalicə üçün evə buraxılıblar....

15 Oktyabr 2026, 16:25

10-a yaxın şəxs Bakıda məktəbə hücum etdi - Xəsarət alan var 

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.Citypost.az  Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.

14 Oktyabr 2026, 23:16

Bakıda müdir maaşını istəyən işçisini döydü

Hadisə Nəsimi rayonu ərazisində yerləşən “Dəniz Pub” restoranında qeydə alınıb.Citypost.az xəbər verir ki, restoranın inzibatçısı olan 45 yaşlı İ. Paxomovla ofisiant arasında əmək haqqının verilməməsi üstündə mübahisə yaranıb. Gecə saat 2 radələrində yaranan mübahisə zamanı Paxomov əməkhaqqı tələb edən işçinin başına əli ilə zərbələr vurub. Nəticədə zərərçəkənin gicgah nahiyələrində xəsarətlər yaranıb.Fakt əsasında inzibatçı barəsində cinayət işi başlanıb. pizza hutTəqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və zərərçəkəndən üzr istədiyini deyib. Zərərçəkən ofisiant da həmçinin inzibatçıya qarşı şikayət və tələbinin olmadığını bildirib.Məhkəmənin qərarı ilə cinayət işinə verilib və İ. Paxomov məsuliyyətdən azad olunub./Musavat.com...

14 Oktyabr 2026, 18:45

Məktəbdəki yanğına görə 5 şagird saxlanıldı

Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

13 Oktyabr 2026, 14:06