Türkiyənin illərdir axtardığı məşhur terrorçu yaxalandı
Cəmiyyət 15 Oktyabr 2026, 16:33
523
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda 2013-cü ildə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının təqsirləndirilən şəxslərindən biri olan Mihraç Uralın Suriyada saxlanıldığı bildirilir.
Citypost.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “Əli Kiyali” adı ilə də tanınan Mihraç Uralın Suriyadan qaçmağa çalışarkən tutulduğu öyrənilib.
1956-cı ildə Antakyada anadan olan Mihraç Ural qanunsuz təşkilat fəaliyyəti ilə əlaqədar Türkiyədə həbsdə olarkən 1982-ci ildə Suriyaya qaçıb.
Mihraç Uralın həyat yoldaşı Malak Fadel vasitəsilə o dövrdə Suriyanın prezidenti Hafiz Əsədin qardaşı Cəmil Əsədlə yaxın münasibətlər qurduğu bildirilir. Məlumata görə, bu əlaqələr və əldə etdiyi imtiyazlar sayəsində Mihraç Ural Suriyada varlı şəxslərdən birinə çevrilib.
Reyhanlı terror aktının planlaşdırılması və təşkilində iştirak etməkdə ittiham olunan, İnterpolun qırmızı bülleteni ilə axtarılan Ömər əl-Xatibin də bir neçə gün əvvəl Avropaya qaçmağa çalışarkən saxlanıldığı bildirilir.
Həmçinin oxuyun
Xatırladaq ki, 2013-cü il mayın 11-də Hatayın Reyhanlı rayonunda bələdiyyə binasının yaxınlığında və poçt binasının qarşısında iki avtomobil partladılmışdı. Terror aktı nəticəsində 53 nəfər həlak olmuş, 146 nəfər yaralanmışdı.
Partlayışlar nəticəsində 912 yaşayış evinə, 891 iş yerinə və 148 nəqliyyat vasitəsinə ziyan dəymişdi. İstintaq çərçivəsində 32 şübhəli saxlanılmış, onlardan 20-si həbs edilmişdi.
İş üzrə əsas şübhəli Nasır Eskiocak polisə ifadəsində hücumu törətdiklərini etiraf etmiş və əmri Yusuf Nazikdən aldığını bildirmişdi.
Terror aktından beş il sonra Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyat nəticəsində hücumun planlaşdırıcısı olmaqda ittiham edilən Yusuf Nazik saxlanılaraq Türkiyəyə gətirilmişdi. O, 53 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilmişdi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda gənc əsgər vəfat edib.
Əsgər Orxan Şabanov hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.Citypost.az xəbər verir ki, o, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.Bildirilib ki, əsgərin ölümü ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.Oxu az
15 Oktyabr 2026, 17:27
Din xadiminə sui-qəsd işi: Elvin Əhmədov 3 il 6 ay azadlıqdan məhrum edilib
Din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Nərminə Şabanova, Naib İsmiyev 10 il, Elvin Əhmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.İttihama görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında müəyyən məbləğdə pul almağa razılaşıb. Daha sonra...
15 Oktyabr 2026, 16:41
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
15 Oktyabr 2026, 16:21
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.
15 Oktyabr 2026, 16:19
AQEM-in Baş katibi dəyişib
AQEM-in Baş katibi Kayrat Sarıbay təşkilatın son illərdə əhəmiyyətli institusional inkişaf əldə etdiyini, üzv dövlətlər arasında praktiki əməkdaşlığın genişləndiyini bildirib.Citypost.az xəbər verir ki, bunu Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında çıxışı zamanı deyib.Baş katib qeyd edib ki, 2022-ci ildən bəri AQEM çərçivəsində dörd yeni məsləhətçi orqan və mexanizm yaradılaraq fəaliyyətə başlayıb. Onun sözlərinə görə, son dörd il ərzində təşkilatın etimad quruculuğunun beş istiqaməti üzrə 100-ə yaxın tədbir keçirilib.Kayrat Sarıbay AQEM üzv dövlətlərinin ümumi razılığa gəlmək, danışıqlar yolu ilə nəticələr əldə etmək, siyasi bəyannamələr və tematik sənədlər qəbul etmək bacarığını nümayiş...
15 Oktyabr 2026, 16:10
Azərbaycan və Qazaxıstanı birləşdirən rəqəmsal körpü açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.Citypost.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirildi.Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edildi.Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirildi.Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi apardılar.Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn...
15 Oktyabr 2026, 15:56