Bizə yazın

Baku

-°C

USD

-

Bakıda bu ərazilərdə işıq olmayacaq

Cəmiyyət 16 Oktyabr 2026, 08:17

562

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan tələbatın qarşılanması məqsədilə oktyabrın 16-da Bakının Yasamal və Xəzər rayonlarında təmir və yenidənqurma işləri aparılacaq.

Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisinə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivlərində, eləcə də Buzovna qəsəbəsinin Abşeron küçəsindəki bəzi ərazilərdə də elektrik enerjisinin verilişində fasilə yaranacaq. 35/6 kV-luq 491 saylı yarımstansiyada aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi qısa müddətə dayandırılacaq.

İşlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səməd Hətəmovdan Bakıdakı tıxaclarla bağlı narazılıq: “Yollar, tıxac yeyir ömrümüzü”

Aktyor və bədii qiraət ustası Səməd Hətəmov Bakıda nəqliyyat sıxlığından şikayətlənib. O, 20 Yanvar dairəsindən Dərnəgül yolu ilə 8-ci kilometr qəsəbəsinə qədər olan məsafəni üç saata qət etdiyini bildirib.Citypost.az xəbər verir ki, Səməd Hətəmov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“20 Yanvar dairəsindən Dərnəgül yolu ilə 8-ci kilometr qəsəbəsinə qədər məsafəni düz 3 saata gəldim. 3 saat. Bu müddətə Yevlaxa getmək olardı. Yollar, tıxac yeyir ömrümüzü”, – deyə aktyor qeyd edib.Turan ...

16 Oktyabr 2026, 08:22

XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü bir sıra mühüm qərarların qəbulu ilə yekunlaşıb.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.Qeyd olunub ki, sammit çərçivəsində Bakı Bəyannaməsi və Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul edilib.Eyni zamanda, Laos AQEM-in tamhüquqlu üzvü olub.Azərbaycanın təşkilata sədrliyi səmərəli rəhbərliyinin tanınması olaraq 2026–2028-ci illər üçün uzadılıb.Bundan başqa, səfir Sultan Hacıyev 2026–2030-cu illər üçün AQEM-in Baş katibi təyin edilib.Kambocanın müvafiq konvensiyanı ratifikasiya etməsi ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan proses tamamlanıb.XİN-in məlumatında Asiyada çoxtərəfli...

16 Oktyabr 2026, 08:00

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb.Bu barədə Citypost.az  prezidentin mətbuat xidmətinə istinadən xəbər verir."Prezident Şavkat Mirziyoyev Azərbaycana məhsuldar işgüzar səfərini başa çatdırıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar. Özbəkistan Prezidenti Daşkəndə yola düşüb", - məlumatda bildirilib.

15 Oktyabr 2026, 21:00

Bu şəxslər 40 manat CƏRİMƏLƏNƏCƏK

Oktyabrın 20-də bir sıra vergi bəyannamələrinin təqdim edilməsi üçün son müddət başa çatır. Müəyyən edilmiş vaxtda hesabat təqdim etməyən vergi ödəyicilərini 40 manat maliyyə sanksiyası gözləyir.Bu barədə Citypost.az Dövlət Vergi Xidmətindən məlumat verilib.Bildirilib ki, 2026-cı il oktyabrın 20-si cari ilin üçüncü rübü üzrə aşağıdakı bəyannamələrin təqdim edilməsinin son günüdür: pizzaSadələşdirilmiş vergi bəyannaməsi;Xüsusi notariuslar üzrə gəlir vergisi bəyannaməsi;Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi;Dövlət rüsumu haqqında hesabat və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə.Həmçinin sentyabr ayı üzrə aşağıdakı bəyannamələrin də oktyabrın 20-dək təqdim edilməsi tələb olunur:Uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəmə mənbəyində tutulan vergi;Əlavə dəyər vergisi;Aksizlər;Yol vergisi;Mədən vergisi;Daşınmaz əmlak...

15 Oktyabr 2026, 20:02

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.Citypost.az xəbər verir ki, "Gununsesi.info"nun məlumatına görə, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında şahidlərin dindirilməsi nəzərdə tutulur.Məlumata əsasən, həmin gün cinayət işi üzrə bir neçə şahidin ifadəsi dinləniləcək....

15 Oktyabr 2026, 19:28

Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib

Nazirlər Kabineti 14 mart 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, Nazirlər Kabinetindən əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna "Azərişıq" ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürüləcək və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat veriləcək. İndiyə qədər bu addım Nazirlər Kabineti yanında yaradılmış...

15 Oktyabr 2026, 19:15