I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq
Hərbi 28 Avqust 2025, 10:34

422
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
CityPost.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur.
R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşkül və Ağdərədə 25-29 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq"....
25 Avqust 2025, 10:28

Praqa Ukrayna Silahlı Qüvvələrinə bir milyon mərmi ötürdü
Çexiya Çex Sursat Təşəbbüsü çərçivəsində bu il Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük edib. CityPost.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Petr Fiala məlumat verib.Fiala qeyd edib ki, 2024-cü ilin sonuna qədər təşəbbüs çərçivəsində 1,5 milyondan çox mərmi toplanaraq Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün çatdırılıb.Çexiya təşəbbüsü 2024-cü ilin aprelində başlayıb və anonim olaraq üçüncü ölkələrdə artilleriya mərmilərinin alınmasını, sonradan Ukraynaya çatdırılmasını nəzərdə tutur. İlk belə partiya ötən ilin iyununda gətirilib. Bundan əvvəl Çexiya prezidenti Petr Pavel 2025-ci ildə bu proqram çərçivəsində ən azı 1,8 milyon mərmi çatdırılmasının planlaşdırıldığını bildirmişdi.Nigar...
14 Avqust 2025, 14:22

Bəxtiyar Ersay Türkiyənin Birinci Ordu Komandanı təyin olunub
Ordu generalı Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı təyin olunub.CityPost.az xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində çıxıb.Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir. Ona bir neçə gün əvvəl ordu generalı rütbəsi verilmişdi.
14 Avqust 2025, 11:36

Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.CityPost.az-ın məlumatına görə, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 5 il ötür.2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.Eyni zamanda,...
12 İyul 2025, 00:02

Rusiyanın Hindistandan helikopter almaq arzusu puç oldu
Rusiya və Hindistanın Ka-226T helikopterlərinin istehsalı üzrə birgə layihəsi faktiki olaraq dondurulub.CityPost.az xəbər verir ki, “The Moscow Times” Hindistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, bu təşəbbüs sanksiya təzyiqi və pandemiyanın nəticələri səbəbindən özünü doğrultmayıb.Nəşrin məlumatına görə, Hindistan tərəfi hazırkı şəraitdə işi bərpa etmək üçün heç bir perspektiv görmür.Ka-226T-nin istehsalı ölkələr arasında ən böyük hərbi-texniki əməkdaşlıq layihələrindən biri olmalı idi: 200 helikopterin yığılması planlaşdırılırdı, onlardan 140-ı Hindistanda Hindustan Aeronautics Limited (HAL) zavodunda hazırlanmalı idi. “Hind-Rusiya Helikopterləri” birgə müəssisəsinin yaradılması haqqında memorandum 2016-cı ildə imzalanıb, 2019-cu ildə isə Tumakuru şəhərində müəssisənin tikintisi üçün ilk addım atılıb. Bununla belə, Hindistanın müdafiə departamentindəki...
09 İyul 2025, 22:27

Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir:“Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti...
28 İyun 2025, 14:48