Bizə yazın

Baku

-°C

USD

-

Vərəsəlikdə ev payı: Hüquqi iddia mümkündürmü? 

Hüquq 31 Mart 2026, 16:49

266

Vərəsəlik və daşınmaz əmlakla bağlı mübahisələr cəmiyyət arasında ən çox sual doğuran hüquqi məsələlərdən biridir. Xüsusilə nikah dövründə əldə olunan, lakin bir tərəfin adına rəsmiləşdirilən əmlaklar boşanma və ya ölüm hallarında hüquqi mübahisələrə səbəb olur.

Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, əgər ev yalnız ananın adına rəsmiləşdirilibsə, ilkin olaraq mülkiyyət hüququ həmin şəxsə məxsus sayılır. Lakin əmlak nikah dövründə birgə vəsait hesabına əldə olunubsa, bu zaman mərhum atanın da həmin əmlakda pay hüququnun olub-olmaması hüquqi qaydada araşdırıla bilər.

Belə hallarda mərhum şəxsin övladları məhkəməyə müraciət edərək əvvəlcə atanın əmlak üzərində pay hüququnun tanınmasını tələb edə bilərlər. Əgər məhkəmə bu hüququ təsdiqləyərsə, daha sonra həmin pay üzrə vərəsəlik hüquqları tətbiq olunur və övladlar, o cümlədən bacı və ya qardaşlar həmin hissəyə iddia edə bilirlər.

Mütəxəssislər bildirirlər ki, pay tələbinin təmin olunması üçün əsas şərt əmlakın nikah dövründə birgə vəsait hesabına əldə olunmasının sübut edilməsidir. Əks halda, yalnız mülkiyyətçinin adına olan əmlak üzərində digər şəxslərin iddiası hüquqi əsas sayılmaya bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Boşanma zamanı əmlak və aliment tələbləri necə müəyyən olunur?  

Boşanma prosesləri zamanı tərəflər arasında həm əmlak bölgüsü, həm də aliment öhdəlikləri ilə bağlı yaranan mübahisələr hüquqi qaydalarla həll olunur. Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, nikah dövründə birgə əldə edilən əşyalar və əmlak ümumi mülkiyyət hesab olunur və boşanma zamanı bərabər qaydada bölünməlidir.Qeyd olunur ki, tərəflərdən biri evdən çıxarkən birgə nikah dövründə alınmış məişət əşyalarını özü ilə aparırsa, bu halda digər tərəf həmin əşyaların dəyərinin yarısını tələb etmək hüququna malikdir. Çünki qanunvericiliyə əsasən, bölünməsi mümkün olmayan əşyalar naturada deyil, onların bazar dəyəri üzrə kompensasiya edilir.Eyni zamanda aliment məsələsi də məhkəmə qərarı ilə müəyyən olunur. Mütəxəssislərin sözlərinə görə, aliment...

31 Mart 2026, 12:51

63 yaşlı tək yaşayan vətəndaş sosial yardıma hüququ varmı?  

Ölkəmizdə sosial müdafiə sistemindən xəbərsiz qalan vətəndaşların sayı az deyil. Hüquq mütəxəssisləri bu məsələdə aydınlıq gətirir.Citypost.az xəbər verir ki, mütəxəssislərə görə, 63 yaşlı, tək yaşayan və sabit gəliri olmayan vətəndaşın sosial yardım almaq hüququ vardır. Lakin yardımın verilməsində əsas meyar şəxsin yaşayış səviyyəsi və məişət şəraitidir.Qanunvericiliyə əsasən, ailə üzvü başına düşən gəlir müəyyən edilmiş minimum məişət həddindən — təxminən 250 manat — aşağı olarsa, həmin şəxs sosial yardıma layiq görülür. Məsələn, tək yaşayan qadının aylıq gəliri 150 manat təşkil edirsə, bu həddə uyğun gəlir və yardım almaq imkanı yaranır.Mütəxəssislər xüsusilə vurğulayır ki, pensiya yaşına çatmış, lakin məvacib almayan vətəndaşların böyük...

30 Mart 2026, 15:00

Qarabağ qazisi veteranlıq statusunu necə təsdiq etdirə bilər?  

Tovuz döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etmiş, lakin veteranlıq statusunu rəsmiləşdirə bilməyən vətəndaşların sayı az deyil. Citypost.az xəbər verir ki, hüquq mütəxəssisləri bu məsələdə konkret addımlar atılmasını tövsiyə edir. Mütəxəssislərə görə, status almaq istəyən şəxs ilk növbədə tibbi komissiyadan keçməlidir. Bu, prosedurda mühüm ilkin addımdır.Qeyd etmək lazımdır ki, vəsiqələr iki növdür — imtiyazlı və imtiyazsız. Əgər şəxsdə əlillik, yaxud hərbi xidmət zamanı alınmış zədə qeydə alınmayıbsa, imtiyazlı vəsiqə verilməkdən imtina edilə bilər. Lakin bu, prosesin tam bağlı olduğu anlamına gəlmir.Mütəxəssislər vurğulayır ki, müharibə iştirakçılarının böyük əksəriyyətində — fiziki zədə olmasa belə — psixoloji travma mövcuddur. Döyüş şəraitinin özü...

30 Mart 2026, 13:00

Xaricdə olan valideyndən alimenti necə almaq olar?  

Boşanma və ya ayrılıq hallarında alimentin ödənilməməsi bir çox valideyn üçün ciddi sosial və hüquqi problemə çevrilir. Xüsusilə borclu tərəfin xaricdə olması vəziyyəti daha da çətinləşdirir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda ilk növbədə alimentin rəsmi şəkildə təyin olunub-olunmadığı dəqiqləşdirilməlidir.Əgər alimentlə bağlı məhkəmə qərarı yoxdursa, vətəndaş məhkəməyə müraciət edərək alimentin təyin olunmasını tələb etməlidir.Əgər artıq məhkəmə qərarı mövcuddursa, növbəti addım həmin qərarın icrası üçün icra məmuruna müraciət etməkdir. Hər məhkəmə qərarının icrasına nəzarət edən icra orqanı olur və onların vəzifəsi qərarın yerinə yetirilməsini təmin etməkdir.Borclu şəxs xaricdə – məsələn, Rusiyada olduğu halda isə məsələ beynəlxalq hüquqi mexanizmlər vasitəsilə...

27 Mart 2026, 12:02

Paylı mülkiyyətdə olan evin satışı necə həyata keçirilir?

Vərəsəlik yolu ilə əmlak əldə edən vətəndaşlar arasında ən çox müzakirə olunan məsələlərdən biri də ortaq mülkiyyətin satışı və payın necə reallaşdırılmasıdır. Xüsusilə paylı mülkiyyətdə olan evlərin satışı hüquqi prosedur tələb edir.Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, əgər vətəndaş vərəsəlik yolu ilə əmlakın, məsələn evin ½ (iki bərabər paydan biri) hissəsinə sahib olub çıxarış əldə edibsə, bu zaman o, öz payını satmaq hüququna malikdir. Lakin bu hüquq müəyyən qaydalarla məhdudlaşdırılır.Belə ki, paylı mülkiyyətdə üstünlük hüququ (şəfa hüququ) mövcuddur. Yəni əmlakın digər pay sahibləri həmin payı almaqda birinci prioritetə sahibdirlər. Bu səbəbdən satmaq istəyən şəxs əvvəlcə öz payını rəsmi qaydada...

27 Mart 2026, 09:57

Süt pulu boşananda geri qaytarılır? 

Son günlər sosial müzakirələrdə və ailə mübahisələri kontekstində “süt pulu” və ya toyqabağı verilən maddi hədiyyələrin boşanma zamanı geri tələb olunub-olunmaması məsələsi gündəmə gəlib. Xüsusilə “2 min manat süt pulu məhkəmə yolu ilə geri qaytarıla bilərmi?” sualı cəmiyyətdə maraq doğurur.Citypost.az xəbər verir ki, hüquqşünasların fikrincə, “süt pulu” adlandırılan ödəniş ənənəvi olaraq toy ərəfəsində gəlin tərəfinə verilən maddi və ya simvolik hədiyyə kimi qəbul edilir. Lakin bu anlayışın Azərbaycan qanunvericiliyində ayrıca hüquqi statusu yoxdur.Məsələyə hüquqi baxımdan yanaşıldıqda, əsas meyar həmin vəsaitin hədiyyə (bağışlama) kimi verilib-verilməməsidir. Əgər pul və ya digər maddi dəyər qarşı tərəfə hədiyyə kimi təqdim olunubsa, bu halda Mülki...

26 Mart 2026, 12:33