Borca görə həbs varmı? – İcra bildirişi alanlar üçün hüquqi izah
Hüquq 07 May 2026, 11:15
1470
İcra orqanlarından daxil olan bildirişlərdə adətən göstərilir ki, borclu şəxs 10 gün ərzində öhdəliyini könüllü şəkildə yerinə yetirməlidir. Əks halda, qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirləri tətbiq ediləcək və bu barədə inzibati və ya digər məsuliyyət növləri ilə bağlı xəbərdarlıq edilir.
Citypost.az xəbər verir ki, Bu cür bildirişlər bir çox insanlarda narahatlıq yaradır və əsas sual belə olur: “Ödəniş edə bilməsəm, həbs oluna bilərəmmi?”
Məsələyə hüquqi baxımdan aydınlıq gətirək. Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına əsasən, borca görə birbaşa azadlıqdan məhrum etmə – yəni həbs – tətbiq edilə bilməz. Bu prinsip Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində də təsbit olunub. Yəni sadəcə borcunuzun olması və onu ödəyə bilməməyiniz sizi cinayət məsuliyyətinə və ya həbsə məruz qoymur.
Lakin burada mühüm bir fərq var: məsuliyyət borca görə deyil, icra prosesində qanuni tələblərə əməl olunmamasına görə yarana bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nin 528-ci maddəsinə əsasən, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmək inzibati məsuliyyət yaradır. Bu, cərimə və ya digər inzibati tədbirlər şəklində ola bilər.
Daha ciddi hallar isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 306-cı maddəsi ilə tənzimlənir.
Əgər şəxs məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınırsa və ya onun icrasına maneçilik törədirsə, bu zaman cinayət məsuliyyəti yarana bilər. Burada artıq məsələ sadəcə borcun ödənilməməsi deyil, qanuni qərarın qəsdən icra olunmamasıdır.
Nəticə etibarilə, ödəniş qabiliyyətinin olmaması səbəbindən borcun icra edilməməsi birbaşa həbsə səbəb olmur. Amma icra prosesindən yayınmaq, icra məmurunun qanuni tələblərini görməzlikdən gəlmək və ya qəsdən maneələr yaratmaq hüquqi məsuliyyət doğura bilər.
Həmçinin oxuyun
Bu səbəbdən belə hallarda ən doğru addım icra orqanı ilə əlaqə saxlamaq, vəziyyəti izah etmək və mümkün olduqda borcun hissə-hissə ödənilməsi və ya digər qanuni həll yollarını araşdırmaqdır.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Söküntü zamanı evdə qeydiyyatda olan şəxslərin hüququ varmı?
Söküntü zamanı evdə qeydiyyatda olan şəxslərin hüququ varmı? – Hüquqşünas açıqladıPaytaxtın “Sovetski” kimi tanınan ərazilərində aparılan söküntü və yenidənqurma işləri fonunda vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də mənzildə qeydiyyatda olan şəxslərin hüquqları ilə bağlıdır. Xüsusilə evin mülkiyyətçisi ilə yanaşı orada yaşayan ailə üzvlərinin kompensasiya və ya yeni mənzil üzərində hüququnun olub-olmaması tez-tez müzakirə olunur.Citypost.az xəbər verir ki, Mövzu ilə bağlı hüquqşünaslar bildirirlər ki, belə hallarda əsas hüquqi məsələ daşınmaz əmlakın kimin adına rəsmiləşdirilməsidir. Əgər mənzilin çıxarışı və mülkiyyət hüququ bir şəxsin adınadırsa, söküntü zamanı aparılan bütün rəsmi prosedurlar məhz həmin mülkiyyətçi ilə həyata keçirilir.Hüquqşünasların sözlərinə görə, bina sökülərkən tikinti...
16 May 2026, 10:14
Hansı fərdi yaşayış evlərinin tikintisi üçün icazə tələb olunmur?
Hüquqşünasların sözlərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsi fərdi yaşayış evlərinin tikintisi ilə bağlı müəyyən sadələşdirilmiş qaydalar nəzərdə tutur. Xüsusilə kiçik ölçülü yaşayış evlərinin inşası zamanı bəzi hallarda ayrıca tikinti icazəsinin alınması tələb olunmur.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, Məcəllənin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən çox olmayan, hündürlüyü 12 metri keçməyən və aşırımlarının uzunluğu 6 metrdən artıq olmayan fərdi yaşayış evlərinin tikintisi üçün bir sıra hallarda xüsusi icazə tələb edilmir.Lakin hüquqşünaslar vurğulayırlar ki, bu, tikintinin tamamilə nəzarətsiz həyata keçirilməsi anlamına gəlmir. Belə evlərin tikintisi zamanı torpaq sahəsinin təyinatı, şəhərsalma normaları, təhlükəsizlik qaydaları və digər texniki tələblər mütləq şəkildə gözlənilməlidir.Ekspertlərin...
15 May 2026, 10:59
Hüquqşünaslardan açıqlama: müəllif hüququ ömürlükdürmü?
Son dövrlər xüsusilə musiqi və şou-biznes sahəsində müəllif hüquqları ilə bağlı mübahisələr ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Müğənnilər, bəstəkarlar və ifaçılar arasında mahnıların icazəsiz istifadəsi, müəllifin adının göstərilməməsi və əsərlərin paylaşılması ilə bağlı yaranan müzakirələr bu mövzunu yenidən aktuallaşdırıb.Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, müəllif hüquqları Azərbaycan qanunvericiliyində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunla tənzimlənir. Qanunda qeyd olunur ki, müəllif dedikdə əsəri yaradan şəxs nəzərdə tutulur və həmin şəxs yaratdığı əsər üzərində müəyyən hüquqlara malik olur.Mütəxəssislər bildirirlər ki, cəmiyyətdə ən çox verilən suallardan biri müəllif hüququnun ömürlük olub-olmamasıdır. Hüquqşünasların fikrincə, müəllif hüququ müddətsiz deyil və qanunvericilikdə bunun konkret müddəti müəyyən...
15 May 2026, 09:22
Bağışlanan əmlaka digər övladlar etiraz edə bilərmi?
Valideynlərin sağlığında bağışlama müqaviləsi ilə daşınmaz əmlakı övladlarından birinin adına keçirməsi halları praktikada tez-tez rast gəlinən məsələlərdəndir. Lakin bir çox hallarda digər övladlar düşünür ki, həmin əmlak sonradan vərəsəlik qaydasında bölünməli idi və buna görə də bağışlama müqaviləsini mübahisələndirmək hüquqları yaranır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bağışlama müqaviləsi ilə verilmiş əmlak, bir qayda olaraq, artıq vərəsəlik kütləsinə daxil edilmir. Çünki şəxs sağlığında öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququna malikdir və istədiyi şəxsin adına əmlakı bağışlaya bilər.Mütəxəssislər bildirirlər ki, bu halda digər övladların avtomatik olaraq həmin əmlakdan “məcburi pay” tələb etmək hüququ yaranmır. Çünki məcburi vərəsəlik payı yalnız...
15 May 2026, 08:18
Azərbaycanda bunu edənlər 1500 manat cərimə olunacaq — VƏKİL DETALLARI AÇIQLADI
Azərbaycanda bu şəxslər CƏRİMƏLƏNƏCƏK!—Yeni qaydalar AÇIQLANDI Xüsusi icra məmurları ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif edilir. Təklif olunan qaydalara əsasən, and içmədən və rəsmi reyestrə daxil olunmadan fəaliyyət göstərən şəxslər 1500 manatadək cərimələnəcək.Bundan başqa, xüsusi icra məmuruna məxsus geyim formasını və ya rəsmi nişanını qanunsuz şəkildə istifadə edən şəxslər 700 manatadək cərimə ediləcək. Reyestrdəki məlumatlarda dəyişiklik olduqda bu barədə vaxtında məlumat verməyən xüsusi icra məmurlarına isə 500 manat məbləğində cərimə tətbiqi nəzərdə tutulur.Vəkil Emil Aslanov mövzu ilə bağlı Oxu24.com-a verdiyi açıqlamada bildirib ki, həmin qanunla xüsusi icra məmuru məhkəmələrin və digər orqanların qərarlarının icrasını həyata keçirmək üçün şəhadətnamə almış fiziki şəxslər...
14 May 2026, 12:01
Bütün əmlak bir uşağa vəsiyyət edilibsə, digər uşaqların hüququ varmı?
Vərəsəlik məsələlərində ən çox mübahisə doğuran hallardan biri vəsiyyət edən şəxsin bütün əmlakını yalnız bir uşağa vəsiyyət etməsidir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu halda belə digər ailə üzvlərinin hüquqları tamamilə aradan qalxmır.Mütəxəssislər bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəllə-nə əsasən “məcburi pay” institutu mövcuddur. Bu norma müəyyən yaxın qohumların — xüsusilə uşaqların, valideynlərin və həyat yoldaşının — vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan müəyyən hissəni tələb etməsinə imkan verir.Hüquqşünasların izahına görə, əgər vəsiyyət edən şəxs bütün əmlakını yalnız bir övladına vəsiyyət edibsə, digər uşaqlar qanunla nəzərdə tutulmuş “məcburi pay” hüququndan istifadə edə bilərlər. Bu hüquq onların tamamilə mirasdan məhrum edilməsinin...
14 May 2026, 10:35