Xarici vətəndaşlar Azərbaycanda torpaq sahibi ola bilərmi?
Hüquq 23 İyun 2026, 09:32
474
Hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyi torpaq sahələri üzərində mülkiyyət hüququ məsələsində xarici vətəndaşlar və xarici hüquqi şəxslər üçün müəyyən məhdudiyyətlər nəzərdə tutur.
Qanunvericiliyə əsasən, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, eləcə də xarici hüquqi şəxslər Azərbaycan Respublikasında torpaq sahələrini birbaşa mülkiyyət hüququ əsasında əldə edə bilməzlər. Onlar torpaqdan yalnız istifadə və ya icarə hüququ əsasında yararlana bilərlər.
Lakin bu qaydanın müəyyən istisnaları da mövcuddur.
Hüquqşünaslar bildirirlər ki, xarici fiziki və hüquqi şəxslər torpaq sahəsi üzərində mülkiyyət hüququnu vərəsəlik, bağışlama müqaviləsi və ya ipoteka öhdəliklərinin icrası nəticəsində əldə edə bilərlər. Ancaq bu halda həmin şəxslər torpaq sahəsinin daimi sahibi kimi qala bilməzlər.
Mütəxəssislərin izahına görə, xarici vətəndaş və ya xarici hüquqi şəxs belə əsaslarla torpaq üzərində mülkiyyət hüququ əldə etdikdə, qanun ona həmin torpaq sahəsini bir il müddətində özgəninkiləşdirmək öhdəliyi qoyur. Yəni torpaq sahəsi satılmalı, bağışlanmalı və ya qanunla nəzərdə tutulan digər üsullarla başqa şəxsin mülkiyyətinə verilməlidir.
Hüquqşünaslar qeyd edirlər ki, burada məqsəd Azərbaycan torpaqlarının mülkiyyət hüququ baxımından ölkə qanunvericiliyinin müəyyən etdiyi qaydalara uyğun idarə olunmasını təmin etməkdir.
Həmçinin oxuyun
Əgər xarici fiziki və ya hüquqi şəxs qanunla müəyyən edilmiş bir illik müddət ərzində torpaq sahəsini özgəninkiləşdirməzsə, həmin torpaq sahəsinin taleyi ilə bağlı dövlət orqanları müdaxilə etmək hüququna malikdir. Bu halda müvafiq yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada məcburi satın ala bilərlər.
Mütəxəssislər vurğulayırlar ki, xarici vətəndaşların və xarici şirkətlərin Azərbaycanda daşınmaz əmlak əldə etməsi ilə torpaq üzərində mülkiyyət hüququ məsələləri fərqli hüquqi institutlardır. Buna görə də xarici şəxslərin torpaq sahələri ilə bağlı hər hansı əməliyyat həyata keçirməzdən əvvəl hüquqi məsləhət almaları məqsədəuyğundur.
Hüquqşünasların fikrincə, bu sahədə qanunvericiliyin tələblərini bilmək gələcəkdə yarana biləcək hüquqi mübahisələrin və əlavə maliyyə itkilərinin qarşısını almağa kömək edir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Diqqət! Qeydiyyatsız yaşamaq cərimə ilə nəticələnə bilər
Mütəxəssislərin sözlərinə görə, hazırda bir çox vətəndaşın faktiki yaşadığı ünvanla rəsmi qeydiyyatda olduğu ünvan fərqlənir. Lakin qanunvericilik hər bir şəxsin daimi və ya müvəqqəti yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, yaşayış yeri üzrə qeydiyyat təkcə statistik məlumatların aparılması üçün deyil, həm də vətəndaşla dövlət arasında mövcud olan hüquq və vəzifələrin düzgün icrası baxımından mühüm əhəmiyyət daşıyır.Dövlət orqanlarının bildirişlərinin çatdırılması, sosial xidmətlərin göstərilməsi, seçki hüquqlarının həyata keçirilməsi və digər bir sıra məsələlər məhz yaşayış yeri üzrə qeydiyyatla əlaqəlidir.Mütəxəssislərin izahına görə, vətəndaş faktiki olaraq başqa ünvanda yaşayırsa, qanunvericiliyin müəyyən etdiyi qaydada həmin ünvanda qeydiyyata düşməlidir....
23 İyun 2026, 10:34
Ər-arvad bir-birinin avtomobilini etibarnaməsiz idarə edə bilərmi?
Vətəndaşları maraqlandıran məsələlərdən biri də həyat yoldaşının adına olan avtomobilin etibarnamə olmadan idarə edilməsinin mümkün olub-olmamasıdır. Hüquqşünasların sözlərinə görə, qanunvericilik müəyyən hallarda ər və arvadın bir-birinin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə imkan verir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, nikah dövründə əldə edilmiş əmlak, o cümlədən nəqliyyat vasitəsi Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən ər və arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən də avtomobil yalnız bir tərəfin adına qeydiyyatda olsa belə, həmin nəqliyyat vasitəsi üzərində digər həyat yoldaşının da mülkiyyət hüququ yarana bilər.Hüquqşünasların qeyd etdiyi kimi, həyat yoldaşları avtomobil üzərində ümumi mülkiyyət hüquqlarını rəsmiləşdirərək notariat qaydasında nəqliyyat vasitəsinə...
22 İyun 2026, 10:44
Hansı malları geri qaytarmaq mümkün deyil?
İstehlakçılar arasında geniş yayılmış fikirlərdən biri də odur ki, alınan istənilən mal müəyyən müddət ərzində satıcıya qaytarıla bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu qayda bütün məhsullara aid deyil və bəzi malların geri qaytarılması qanunvericiliklə məhdudlaşdırılıb.Hüquqşünasların sözlərinə görə, geri qaytarılması və ya dəyişdirilməsi mümkün olmayan malların siyahısı insanların düşündüyü kimi mağazaların daxili qaydaları ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilir. Söhbət Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıdan gedir.Citypost.az-ın məlumatına əsasən, mütəxəssislər qeyd edirlər ki, həmin siyahıya daxil edilən məhsullar istehlakçı tərəfindən istifadə edilməsə belə, müəyyən hallarda geri qaytarıla bilməz. Bunun əsas səbəbi həmin məhsulların...
22 İyun 2026, 09:42
Köhnə binaların həyətində şlaqbaum quraşdırmaq qanunidirmi?
Son illər avtomobillərin sayının artması ilə əlaqədar olaraq yaşayış binalarının həyətlərində parklanma yerlərinin qorunması məqsədilə şlaqbaumların quraşdırılması halları geniş yayılıb. Lakin bir çox sakinləri maraqlandıran əsas sual budur: köhnə binaların həyətində şlaqbaum quraşdırılması qanunidirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ ilk növbədə həmin ərazinin hüquqi statusundan asılıdır. Belə ki, şlaqbaum yalnız sakinlərə məxsus olan həyətətrafı torpaq sahəsində və qanunvericiliyin tələblərinə uyğun şəkildə quraşdırıla bilər. Əgər nəzərdə tutulan ərazi dövlət torpağı, ümumi istifadədə olan yol sahəsi və ya hər kəsin sərbəst istifadə hüququ olan ərazi hesab edilirsə, həmin yerdə şlaqbaumun quraşdırılması qanunsuz sayılır.Mütəxəssislər bildirirlər ki, yeni tikili yaşayış komplekslərində...
22 İyun 2026, 08:45
Torpağın çıxarışı varsa, ev tikmək üçün icazə almaq lazımdırmı?
Torpaq sahəsinin çıxarışı olan vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də həmin ərazidə yaşayış evi tikmək üçün əlavə icazənin tələb olunub-olunmamasıdır. Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, evin kiçik və ya böyük olmasından asılı olmayaraq, yaşayış təyinatlı tikinti aparılarkən qanunvericiliklə müəyyən edilmiş prosedurlara əməl olunmalıdır.Mütəxəssislər bildirirlər ki, fərdi yaşayış evlərinin tikintisi üçün ilk növbədə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın olması vacibdir.Bundan sonra tikinti prosesi məlumatlandırma icraatı qaydasında həyata keçirilir. Bu zaman torpaq sahibinin müvafiq sənədlərlə birlikdə aidiyyəti dövlət qurumlarına müraciət etməsi tələb olunur.Qeyd edilir ki, müraciət zamanı torpaq sahəsinin çıxarışı ilə yanaşı, tikilməsi nəzərdə tutulan evin memarlıq-planlaşdırma sənədləri və...
19 İyun 2026, 10:50
Doğulmamış uşağa aliment təyin edilə bilərmi?
Ailə hüququ ilə bağlı vətəndaşların ən çox ünvanladığı suallardan biri hamiləlik dövründə boşanma və aliment məsələləri ilə əlaqədardır. Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, bu məsələlər qanunvericilikdə xüsusi qaydada tənzimlənir və tərəflərin hüquqları müəyyən çərçivədə qorunur.Mütəxəssislər bildirirlər ki, əgər boşanmaq istəyən tərəf ərdirsə, onun imkanları müəyyən məhdudiyyətlərlə əhatə olunur. Belə ki, Azərbaycan ailə qanunvericiliyinə əsasən, qadın hamilə olduğu dövrdə və uşağın doğulmasından sonra müəyyən müddət ərzində qadının razılığı olmadan nikahın pozulması tələb edilə bilməz. Bu norma ana və uşağın sosial müdafiəsinin təmin olunması məqsədilə nəzərdə tutulub.Lakin boşanma təşəbbüsü qadından gəlirsə, qanunvericilik buna mane olmur. Qadın hamilə olduğu dövrdə də məhkəməyə müraciət...
19 İyun 2026, 09:49