Heydər Oğuz: ABŞ-ın enerji siyasəti qlobal neft bazarına təsir edir
İqtisadiyyat 13 Mart 2026, 10:52
219
Jurnalist və siyasi şərhçi Heydər Oğuz sosial şəbəkə hesabında ABŞ-ın Rusiya və Çinlə bağlı enerji siyasəti, eləcə də Yaxın Şərqdəki geosiyasi proseslər barədə fikir bildirib.
Citypost.az xəbər verir ki, O, qeyd edib ki, ABŞ-ın Rusiyaya tankerlər vasitəsilə neft satışı üçün müvəqqəti icazə verməsi və bunun gələcəkdə uzadıla bilməsi ehtimalı qlobal enerji bazarına təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.
Heydər Oğuzun fikrincə, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Rusiya və Çinin tutduğu mövqe də enerji maraqları fonunda izah oluna bilər. O, ABŞ-ın enerji bazarında atdığı addımların, o cümlədən strateji neft ehtiyatlarından (SPR) bazara əlavə həcmlərin çıxarılmasının qiymətlərin sabitləşməsinə yönəldiyini bildirib.
Şərhdə həmçinin Fars körfəzi regionunun neft ehtiyatlarının qlobal enerji təhlükəsizliyində rolu vurğulanıb və ABŞ-ın enerji siyasətinin dünya bazarında qiymət dinamikasına təsir etdiyi qeyd olunub.
Həmçinin oxuyun
O, hazırkı şəraitdə neft bazarında qiymətlərin sabitləşmə meyli göstərdiyini də əlavə edib.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,31% azalaraq 5 109.9 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 0,7% azalaraq 84,52 ABŞ dolları olub.
13 Mart 2026, 09:34
Neft və qaz bazarında böhran: Qətər fors major elan etdi
Politoloq Turab Rzayev facebook hesabında bildirir ki, Qətər ilk olaraq fors major elan edən ölkə olub. Məlumata görə, İranın LNG terminalına zərbə vurmasından sonra Qətər öhdəliklərini yerinə yetirə bilmir.Citypost.az xəbər verir ki, T.Rzayevin sözlərinə görə, Çinin LNG idxalının 30%-i, Hindistanın 42%-i, Cənubi Koreyanın 19%-i və Tayvanın 25%-i Qətərdən təmin olunurdu. Hazırda Avropada qaz qiymətləri artıq 5% artıb.Politoloq izah edib ki, Qətər LNG ixracının 82%-ni Asiyaya satsa da, tədarük zəncirində yaranan qırılma səbəbindən Asiya ölkələri məcburiyyət qarşısında digər istehsalçılara yönələcək ki, bu da qiymətlərin daha da qalxmasına səbəb olacaq.T.Rzayev əlavə edib ki, müharibə bugün başa çatsa belə, Qətər zərəri ən tez...
09 Mart 2026, 09:00
Neftin qiyməti 84 dolları ötüb
Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti bu səhər 3,5% artıb.CityPost.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti Bakı vaxtı ilə saat 8:02-də 2,87% artaraq bir barel üçün 83,74 dollara çatıb.Bakı vaxtı ilə saat 08:17-də Brent markalı xam neftin fyuçersləri artımını sürətləndirərək barel üçün 84,25 dollara (3,5% artım) satılıb.Bu arada, aprel ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 4,14% artaraq barel üçün 77,65 dollara çatıb...
05 Mart 2026, 09:04
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,56 ABŞ dolları və ya 8,2 % artaraq 86,16 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 84,87 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,14 ABŞ dolları və ya 8 % artaraq 82,93 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu...
04 Mart 2026, 09:58
Natiq Cəfərli: Yaxın Şərqdəki gərginlik qaz bazarına təsir edib
Son günlər Yaxın Şərqdə artan gərginlik dünya enerji bazarına təsirlərini göstərməyə başlayıb.Bu mövzu ilə bağlı Real Partiyasının sədri və iqtisadçı Natiq Cəfərli Citypost.az saytına açıqlama verib.“Neft bazarında vəziyyət nisbətən stabildir, çünki həmin region dünya neft hasilatının və daşınmasının mərkəzidir və qiymətlər hələ kəskin artmayıb. Lakin qaz bazarında ciddi dəyişikliklər müşahidə olunur. Son iki gün ərzində qaz qiymətləri təqribən 40–45% artıb. Bunun əsas səbəbi Qətərdən Avropaya ixrac olunan sıxılmış qazın azalmasıdır. Hazırda qaz tankerləri həmin regiondan keçə bilmir və yüklənmir, bu isə Avropaya daxil olan qazın azalmasına və qiymətlərin artmasına gətirib çıxarıb”, – deyə ekspert bildirib.O, həmçinin əlavə edib ki, geosiyasi...
03 Mart 2026, 10:58
Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb."APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 9,4% bahalaşaraq 79,6 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,75 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
03 Mart 2026, 09:56