Eldəniz Əmirov: Vətəndaşın hiss etdiyi inflyasiya daha dəqiq əks olunmalıdır
İqtisadiyyat 07 May 2026, 11:05
309
İqtisadçı ekspert Eldəniz Əmirov dünən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun dəvəti ilə ölkənin tanınmış iqtisadçıları ilə keçirilən görüşünü şərh edib
Citypost.az xəbər verir ki, Eldəniz Əmirov sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, görüş zamanı pul siyasəti, inflyasiya, maliyyə sabitliyi və vətəndaşları narahat edən bir sıra iqtisadi məsələlər ətrafında açıq müzakirələr aparılıb.
Ekspert qeyd edib ki, müzakirələr zamanı Azərbaycanda inflyasiyanın hesablanması üçün 528 adda mal və xidmətin istifadə olunmasının müəyyən metodoloji suallar yaratdığını diqqətə çatdırıb. O, müqayisə üçün Gürcüstanda təxminən 300 məhsul və xidmət səbətindən istifadə edildiyini vurğulayıb.
Eldəniz Əmirovun sözlərinə görə, səbətin həddindən artıq geniş olması vətəndaşların gündəlik hiss etdiyi inflyasiyanın rəsmi göstəricilərdə tam əks olunmasına təsir göstərə bilər.
Həmçinin oxuyun
İqtisadçı ekspert eyni zamanda vətəndaşlardan cərimə və digər məcburi ödənişlər zamanı əlavə komissiya haqqının tutulmasının doğru olmadığını bildirib. O qeyd edib ki, ödənişlərin banklar üzərindən həyata keçirildiyi halda, xidmət xərclərinin vətəndaşların deyil, ödənişi qəbul edən aidiyyəti qurumların hesabına qarşılanması daha ədalətli yanaşma olardı.
Eldəniz Əmirov Mərkəzi Bank rəhbərliyinin kommunikasiya yanaşmasını da yüksək qiymətləndirərək bunu müasir institusional idarəetmənin gücləndirilməsi baxımından dəyərli praktika adlandırıb.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Eldəniz Əmirov: Bahalaşmanın səbəbi tarladan bazara qədər olan zəncirdir
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, rayonlarda kəndli və fermerlərin məhsulu ucuz satmasından narazı qalması, Bakıda isə alıcıların eyni məhsulu daha baha qiymətə alması aqrar tədarük və satış modelindən qaynaqlanır.Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, bu modeldə bir sıra xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən əsas amillər mövcuddur. Ekspert qeyd edib ki, ilk problem topdansatış və paylama kanallarında rəqabətin məhdud olmasıdır. Alternativ satış və paylama platformaları kifayət qədər inkişaf etmədikdə bazar gücü müəyyən kanallarda cəmlənir.Eldəniz Əmirov vurğulayıb ki, ikinci əsas problem logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Tarladan bazara qədər daşınma, saxlanma, sənədləşmə və digər mərhələlər məhsulun son qiymətinə əlavə...
04 May 2026, 09:55
Birjalarda neft bahalaşdı
Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri 111.09 dollara yüksəlib.Citypost.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti 0.63% artıb.WTI xam neftinin fyuçerslərinin qiyməti isə 0.16% artaraq barel üçün 105.23 dollara bərabər olub.
01 May 2026, 09:20
Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,43 ABŞ dolları və ya 5,55 % artaraq 122,32 ABŞ dolları təşkil edib.Citypost.az xəbər verir ki,hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 122,94 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,33 ABŞ dolları və ya 5,62 % artaraq 119,02 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə...
30 Aprel 2026, 09:33
Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,04 dollar və ya 1,79 faiz artaraq 115,89 dollar olub.Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
29 Aprel 2026, 08:51
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları və ya 0,11 % azalaraq 113,85 ABŞ dolları təşkil edib.Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 113,79 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,02 % azalaraq 110,75 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda...
28 Aprel 2026, 09:34
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1% azalaraq 112,02 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,11 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
24 Aprel 2026, 09:33