Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 23 Mart 2026, 12:48
271
2025-ci ildə Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 46 milyon 375 min ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 20 % azdır.
Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 11 %-dən 9,2 %-ə düşüb.
İl ərzində Rusiyadan Azərbaycana isə fiziki şəxslər 479 milyon 263 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 3,5 % azdır.
Həmçinin oxuyun
Hesabat dövründə Rusiyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 45,9 %-dən 40,7 %-ə düşüb.
Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Neftimiz bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Oxu24.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,63 ABŞ dolları və ya 8,9% artaraq 117,79 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 108,16 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
19 Mart 2026, 09:57
Qızıl 5 000 dollardan yuxarı səviyyədə ticarət olunur
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,76% artaraq 5 040,46 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,78% aartaraq 82,12 ABŞ dolları olub.
17 Mart 2026, 09:37
Əmtəə bazarlarında qızıl və gümüş uzlaşır
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,98% azalaraq 5 012,15 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,63% azalaraq 80,015 ABŞ dolları olub.
16 Mart 2026, 09:46
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın məlumatına görə, martın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0385 manat təşkil edib. Öz növbəsində, Rusiyanın 100 rublu 2.1208 manata kimi, Avro isə 1.9453 manatadək ucuzlaşıb.
16 Mart 2026, 09:16
Heydər Oğuz: ABŞ-ın enerji siyasəti qlobal neft bazarına təsir edir
Jurnalist və siyasi şərhçi Heydər Oğuz sosial şəbəkə hesabında ABŞ-ın Rusiya və Çinlə bağlı enerji siyasəti, eləcə də Yaxın Şərqdəki geosiyasi proseslər barədə fikir bildirib.Citypost.az xəbər verir ki, O, qeyd edib ki, ABŞ-ın Rusiyaya tankerlər vasitəsilə neft satışı üçün müvəqqəti icazə verməsi və bunun gələcəkdə uzadıla bilməsi ehtimalı qlobal enerji bazarına təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.Heydər Oğuzun fikrincə, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Rusiya və Çinin tutduğu mövqe də enerji maraqları fonunda izah oluna bilər. O, ABŞ-ın enerji bazarında atdığı addımların, o cümlədən strateji neft ehtiyatlarından (SPR) bazara əlavə həcmlərin çıxarılmasının qiymətlərin sabitləşməsinə yönəldiyini bildirib.Şərhdə həmçinin Fars körfəzi...
13 Mart 2026, 10:52
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,31% azalaraq 5 109.9 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 0,7% azalaraq 84,52 ABŞ dolları olub.
13 Mart 2026, 09:34