Dərmansız halda bədəni sakitləşdirməyin yolu
Maraqlı 24 Yanvar 2026, 18:23
3149
Təsəvvür edin: axşamüstü halınız pisləşib, gecə saatlarıdır və dərman yoxdur. Panika artır, ürək döyüntüsü sürətlənir, gərginlik daha da güclənir. Belə məqamda çıxış yolu varmı? Mütəxəssislər bildirir ki, bəzi sadə üsullarla orqanizmi sakitləşdirmək mümkündür.
Citypost.az məlumatına görə tibbi izaha görə, bu cür vəziyyətlərdə əsas məqsəd simpatik sinir sisteminin həddindən artıq aktivliyini azaltmaq və parasimpatik sinir sistemini gücləndirməkdir. Parasimpatik sistem bədənin “sakitləşdirici mexanizmi” kimi fəaliyyət göstərir və ürək döyüntüsünün normallaşmasına kömək edir.
Bu məqsədlə ən effektiv üsullardan biri düzgün nəfəs məşqləridir. Məktəb illərindən xatırladığımız kimi, qaçışdan sonra dərindən nəfəs alıb-verməklə bədən rahatlaşırdı. Eyni üsul tutma zamanı da faydalı ola bilər. Şəxs dərin nəfəs alır, nəfəsini bir neçə saniyə saxlayır və sonra yavaş-yavaş buraxır. Bu hərəkət bir neçə dəfə təkrarlandıqda bədən tədricən sakitləşir, ürək döyüntüsü normaya düşməyə başlayır.
Digər bir üsul isə göz nahiyəsi ilə bağlıdır. Göz bəbəklərinin arxa hissəsində parasimpatik sinir sistemi ilə əlaqəli nöqtələr mövcuddur. Bu nahiyəyə çox güclü olmamaq şərti ilə yüngül təzyiq göstərildikdə parasimpatik sistemin tonusu artır və insan özünü daha rahat hiss edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu zaman gözə zərər verməmək üçün təzyiq mütləq zəif və ehtiyatlı olmalıdır.
Həkimlər qeyd edir ki, bu üsullar dərmanı əvəz etməsə də, xüsusilə gecə saatlarında və dərman əlçatan olmadıqda insanın vəziyyətini yüngülləşdirməyə və panikanı azaltmağa kömək edə bilər.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pişiklər şirin dadı hiss edə bilmir: Bunun elmi səbəbi nədir?
Pişiklərin insanlardan fərqli xüsusiyyətlərindən biri də şirin dadı hiss edə bilməmələridir. İnsanlar şokolad, tort, konfet və digər şirin qidalardan zövq aldıqları halda, pişiklərin dad duyğusu bu baxımdan fərqlənir. Bunun səbəbi isə onların dad reseptorlarının quruluşu və təkamül prosesində formalaşan qidalanma xüsusiyyətləri ilə bağlıdır.Citypost.az xəbər verir ki, elmi araşdırmalara görə, pişiklər şirin dadı normal şəkildə qəbul etmək üçün lazım olan funksional dad reseptorlarına malik deyillər. İnsanlarda şirin dadın tanınmasında iştirak edən reseptor sistemi, əsasən, TAS1R2 və TAS1R3 adlı zülalların birləşməsi ilə fəaliyyət göstərir. Pişiklərdə isə bu reseptor sisteminin işləməsi üçün vacib olan TAS1R2 geni funksional deyil. Nəticədə onlar şəkərin yaratdığı şirinliyi...
13 Oktyabr 2026, 09:30
Kinoteatr oturacaqları niyə qırmızı rəngdə olur?
Kinoteatra gedərkən yəqin ki, zalda oturacaqların əksəriyyətinin qırmızı rəngdə olduğunu fərq etmisiniz. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox kinoteatrda məhz bu rəngə üstünlük verilir. Bəs bunun səbəbi nədir? Qırmızı rəng sadəcə gözəl göründüyü üçün seçilir, yoxsa bu seçimin arxasında insan gözünün işləmə prinsipi ilə bağlı maraqlı bir elmi izah dayanır? Maraqlıdır ki, kinoteatr oturacaqlarının qırmızı rəngdə olmasının səbəblərindən biri tamaşaçıların diqqətinin ekranda cəmlənməsinə kömək etməkdir. Kinoteatrda film nümayiş etdirilərkən zalın işıqları söndürülür və ya minimum səviyyəyə endirilir. Bu zaman ətrafdakı əşyaların görünməsi zəifləyir, tamaşaçıların diqqəti isə əsasən ekrana yönəlir. Qırmızı rəngin zəif işıq şəraitində qavranılması ilə bağlı xüsusiyyətlər də...
13 Oktyabr 2026, 08:30
Niyə bir otağa keçəndə nə üçün gəldiyimizi unuduruq? Alimlər AÇIQLADI
Gündəlik həyatda bir çox insanın qarşılaşdığı maraqlı hallardan biri də bir otağa daxil olduqdan sonra ora nə üçün gəldiyini unutmasıdır. Məsələn, insan mətbəxə su götürmək, başqa otaqdan telefonunu gətirmək və ya hər hansı əşyanı götürmək üçün gedir, lakin qapıdan keçən kimi məqsədi yadından çıxır. Bir neçə saniyə dayanıb düşünür, bəzən isə əvvəlki otağa qayıtdıqdan sonra nə etmək istədiyini xatırlayır. Mütəxəssislərin diqqət çəkdiyi bu hadisə psixologiyada “qapı effekti” (doorway effect) adlandırılır.Citypost.az-ın məlumatına görə, bu hadisə beynin ətraf mühitdəki dəyişikliklərə və yaddaş proseslərinə reaksiyası ilə əlaqələndirilir. İnsan müəyyən bir məkanda olarkən konkret məqsəd haqqında düşünür. Başqa otağa keçdikdə isə mühit dəyişir, yeni...
12 Oktyabr 2026, 11:00
Yuxularımız təsadüfidirmi? Alimlərdən maraqlı izah
Hər gecə yuxuya getdiyimiz zaman zehnimiz bizi bəzən reallıqdan daha qəribə görünən hadisələrin içinə aparır. Bir anda özümüzü uşaqlığımızda, başqa bir şəhərdə, tanımadığımız insanların arasında və ya fizika qanunlarının belə işləmədiyi bir dünyada görə bilirik. Ən maraqlısı isə odur ki, yuxu zamanı baş verən ən qeyri-adi hadisələr belə bizə tamamilə normal görünə bilər. Bəs insan beyni niyə yuxu görür? Biz yatarkən beynimizdə hansı proseslər baş verir?Citypost.az xəbər verir ki, alimlər uzun illərdir bu sualların cavabını araşdırırlar. Müasir elmi araşdırmalar göstərir ki, yuxu zamanı beyin fəaliyyətini tamamilə dayandırmır. Əksinə, yuxunun müəyyən mərhələlərində beynin bəzi sahələri olduqca aktiv olur. Yaddaşın möhkəmlənməsi, emosiyaların...
12 Oktyabr 2026, 10:00
Albert Eynşteynin qəribə vərdişi: Niyə həmişə eyni paltarı geyinirdi?
Dünyanın ən məşhur alimlərindən biri olan Albert Eynşteyn yalnız fizika sahəsindəki inqilabi kəşfləri ilə deyil, sadə həyat tərzi və düşüncə tərzi ilə də insanların diqqətini çəkib. Onun gündəlik vərdişləri ilə bağlı yayılan maraqlı hekayələrdən biri isə geyim seçiminə münasibəti ilə əlaqədardır. İddialara görə, dahi alim hər gün nə geyinəcəyini düşünərək vaxt itirməməyə çalışır, diqqətini daha vacib hesab etdiyi məsələlərə yönəltməyə üstünlük verirdi.Bəs görəsən, gündəlik həyatda kiçik görünən seçimlər həqiqətən insanın zehni enerjisinə təsir edə bilərmi? Eynşteynlə əlaqələndirilən bu hekayə müasir psixologiyada müzakirə olunan hansı anlayışı xatırladır?Citypost.az-ın məlumatına görə, Albert Eynşteyn 20-ci əsrin elminə böyük təsir göstərmiş alimlərdən biridir. Onun nisbilik...
12 Oktyabr 2026, 09:00
Diş məcununun 5 min illik tarixi: İlk dəfə harada istifadə olunub?
Hər səhər istifadə etdiyimiz diş məcununun tarixinin minlərlə il əvvələ gedib çıxdığını bilirdinizmi? Bu gün hamımız üçün adi gigiyena vasitəsi olan diş məcununun ilkin formaları müasir məhsullardan olduqca fərqli olub. İnsanlar min illər əvvəl də dişlərini təmizləməyin və ağız sağlamlığını qorumağın yollarını axtarıblar.Citypost.az-ın məlumatına əsasən, təxminən e.ə. III minillikdə qədim misirlilərin ağız və diş gigiyenasına xüsusi diqqət yetirdiyi məlumdur. Təmiz dişlər yalnız sağlamlıq baxımından deyil, həm də xarici görünüş və sosial status baxımından əhəmiyyətli hesab olunurdu. Qədim misirlilər dişləri təmizləmək üçün müxtəlif təbii maddələrdən istifadə edirdilər.Hazırlanan qarışıqlar müasir diş məcununa heç bənzəmirdi. Onlar əsasən toz formasında olur, dişlərin üzərinə çəkilərək...
09 Oktyabr 2026, 11:00