Afət Fərmanqızı toyda dalaşdı - VİDEO
Sənət aləmi 03 Oktyabr 2025, 15:13
5188
Müğənni Afət Fərmanqızı ilə toyda iştirak edən şəxs arasında gərgin anlar yaşanıb.
CityPost.az Oxu24.com -a istinadən xəbər verir ki,hadisə Rusiyanın Kirov vilayətində yerləşən,Kirov şəhərində baş verib.Məlumata görə,toyda iştirak edən qonaqlardan biri müğənni Afət Fərmanqızına irad bildirib.Həmin şəxs mikrofonu götürərək müğənninin ifasını dayandırmaq istəyib.
Qonağın bu hərəkətlərinə müğənni qarşılıq verib. İfaçı ona irad bildirən şəxsə "bir lafa baxaram,bir də lafı deyənə" cavabını verərək həmin şəxsin toydan uzaqlaşdırılmasını istəyib.Bu zaman qonaqlardan bir neçəsi həmin şəxsə yaxınlaşaraq mikrofonu onun əlindən alıb.Daha sonra həmin şəxs toy məclisindən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı Oxu24.com-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, həmin şəxs sərxoş vəziyyətdə olub.
Həmçinin oxuyun
"O,adam toya çağrılmamışdı. Mənə irad bildirirdi ki,ifa zamanı niyə "Ay Maşallah", "Super", "Bravo" sözlərindən istifadə edirəm.Bütün müğənnilər toyu şən,daha da qızışdırmaq üçün bu sözlərdən istifadə edir. Həmin adam bu sözlərə görə mənə yaxınlaşdı.Gördüm ki,bu kişi ayaqqabılarını da tərs geyinib... Sağı sola,solu sağa geyinmişdi...Ayaq üstə də dayana bilmirdi. Umumi mənzərədən hiss etdim ki, nəsə vəziyyəti yaxşı deyil...Videodan gördüyünüz kimi cavabını verdim.Bundan sonra onu toydan atdılar bayıra...Yazıblar ki,guya mənim ifamı bəyənmədikləri üçün bu hadisə baş verib. Bu məsələ yalandır...Mən həmin toyda canlı ifa etmişəm. Çox da şən və gözəl məclis keçib.Elə həmin toyda mənə yeni bir məclis də təklif olundu.Vaxtım olmadığı üçün imtina etdim...",-deyə müğənni saytımıza açıqlamasında bildirib.
Qeyd edək ki,müğənni Afət Fərmanqızı Rusiyada toy təklifi alan müğənnilər arasında ön sıralarda dayanan ifaçılardandır.O,həyat yoldaşı ilə Rusiyada yaşayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahverdi Yolçuyev İlham Əliyevə müraciət etdi
Allahverdi Yolçuyev maddi çətinliklərlə bağlı müraciət edibCitypost.az xəbər verir ki, tanınmış aktyor Allahverdi Yolçuyev sosial şəbəkə hesabında paylaşım edərək maddi vəziyyəti ilə bağlı müraciət ünvanlayıb.O bildirib ki, 50 ilə yaxın Azərbaycan mədəniyyətinə xidmət edib, bir sıra ilklərə imza atıb, uzun illər “Ovçu Pirim” obrazı ilə uşaqlara xidmət göstərib və məşhur aktyor Lui de Fünesin filmlərini dublyaj edib.Aktyor hazırda aldığı 367 manat təqaüdün dərman xərclərini qarşılamaqda çətinlik yaratdığını qeyd edib. O, bir neçə dəfə aidiyyəti qurumlara müraciət etdiyini, lakin nəticə əldə etmədiyini bildirib.Parkinson xəstəliyindən əziyyət çəkdiyini deyən Allahverdi Yolçuyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və mədəniyyət naziri Adil Kərimliyə...
13 Mart 2026, 12:10
Leyla Əliyeva yeni şeirini təqdim etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi "Instagram" hesabında paylaşıb.Citypost.az həmin paylaşımı təqdim edir:İstəyin nə qədər güclü də olsa,Uzatma əlini o çiçəyə sən.Qazandım dediyin hər nəyin varsa,Özün öz əlinlə məhv edəcəksən!Qoparma, izin ver, qoy o yaşasın,Sehrli gözəllik ruhu oxşasın.Əlçatmaz olanda könül sevdası,Qəlbində əbədi arzutək qalsın.Açıq, təmənnasız, tərtəmiz yenə,Ruhun pıçıldayır sirrini mənə.Onunla tək qalmaq bir səadətdir,Yalana bürünməz bir həqiqətdir. Elə rahatam ki, qoynunda sənin…Həsrətin qəlbimə çökdüyü zamanYuxusuz gecəyə nəfəs verirəm,Başqa birisini arzulamadan! Qıyma bu çiçəyə, toxunma ona, Belə kövrəkliyi mən də bilmirdim.Qoy bu sətirlərdən süzülsün zaman,Sevgidir sirr kimi əbədi qalan! Şeir: Leyla Əliyeva Tərcümə: Sevinc Əliyeva...
12 Mart 2026, 17:26
Süleyman Rüstəm haqqında maraqlı bir xatirə - Etibar Əbiliov
Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı.Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi.Atan həmin şeiri hər deyəndə kövrələrdi.Uzum şeir idi.O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də,həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim: Ömür keçdi,hicran quşu can evimdən köçmədi, İki qardaş Arazımdan yan- yana su ...
12 Mart 2026, 12:10
Gəncədə kino günləri başlayıb
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.AKİ-dən Citypost.az-a bildirilib ki, layihə çərçivəsində növbəti kino günləri Gəncədə təşkil olunub.Bildirilib ki, martın 11-dən 13-dək davam edəcək kino günləri çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin...
11 Mart 2026, 17:24
Müğənni xiristanlığı qəbul etdi
56 yaşlı məşhur müğənni Qven Stefani xristianlıq səyahətinə üçüncü uşağının dünyaya gəlməsindən sonra başladığını açıqlayıb və bu hadisəni özünün “ilk möcüzəsi” adlandırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Hallow: Prayer and Meditation” jurnalına verdiyi müsahibədə Stefani mənəvi ilhamın yəhudiliyi qəbul etmiş keçmiş ateistlə söhbətlərdən gəldiyini bildirib. O, bu müzakirələrin ona imanını yenidən nəzərdən keçirməyə və ruhani “oyanmağa” kömək etdiyini deyib.2013-cü ildə böyük oğlu Kinqston başqa bir uşaq istədiyini bildirəndə Stefani hamilə qalmaq imkanını real hesab etmədiyini xatırlayır. Lakin cəmi dörd həftə sonra o, 44 yaşında Apollon adlı üçüncü uşağı dünyaya gətirib və hamiləliyi “tam bir hədiyyə” kimi qiymətləndirib.Stefani həmin dövrdə...
11 Mart 2026, 14:18
Məşhur aktyor kirayə borcu üzündən evdən çıxarıldı
Los-Anceles Şəhər Məhkəməsi aktyor Mikki Rurkun ev sahibi Erik T. Qoldinin Drexel prospektindəki əmlakın ödənilməmiş kirayə haqqı ilə bağlı iddiasını təmin edərək, Rurkun evdən çıxarılması barədə qərar qəbul edib.Ciypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rurk 59.100 dollar kirayə borcunu ödəməyib. Qanuni bildirişə cavab vermədiyi üçün məhkəmə evin dərhal sahibinə qaytarılmasına və icarə müqaviləsinin ləğv olunmasına qərar çıxarıb.Rurkun pərəstişkarları ona borcu ödəmək üçün GoFundMe platformasında təxminən 100.000 dollar toplamağa çalışıblar. Kampaniya Rurkun köməkçi meneceri Kimberli Hayns tərəfindən başlansa da, aktyor vəsait toplamağa qarşı çıxıb və bunu “qəddar bir alçaqlıq” adlandırıb.Qeyd edək ki, məhkəmə qərarı yalnız əmlaka sahib...
11 Mart 2026, 14:15