Bizə yazın

Baku

-°C

USD

-

 Eldəniz Quliyevdən tanınmış aparıcıya İRAD

Sənət aləmi 11 Fevral 2026, 10:18

247

Ssenarist və kinodramaturq Eldəniz Quliyev sosial şəbəkə hesabında İctimai Televiziyada yayımlanan “Kim milyonçu olmaq istəyir?” verilişi ilə bağlı iradını bölüşüb.

Citypost.az xəbər verir ki, ssenarist paylaşımında İctimai Televiziyada çalışan həmkarlarına müraciət edərək bildirib ki, aparıcı Fateh bəyə oyun başa çatdıqdan sonra qonağa hörmətlə yanaşmağın vacibliyi çatdırılsın.

E.Quliyev qeyd edib ki, oyunçu hələ kreslodan qalxmadan və kadrdan çıxmadan aparıcının arxasını ona çevirərək getməsi etik qaydalara uyğun deyil və sayğısızlıq kimi qiymətləndirilə bilər.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kamandan oxatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb 

Fevralın 16-21-i aralığında Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçiriləcək Avropa çempionatında iştirak edəcək kamandan oxatma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.Bu barədə "Report"a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.​Turnirdə ölkəni Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov təmsil edəcəklər.İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaq.

10 Fevral 2026, 18:00

Sahra Şaşın dekoltesi GÜNDƏM oldu

Türkiyənin məşhur aktrisası Sahra Şaş jurnal çəkilişi zamanı verdiyi dekolte ilə diqqət mərkəzinə düşüb.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın paylaşdığı backstage görüntülərində çəkiliş zamanı yaşanan çətin anlara komandanın dərhal müdaxilə etdiyi anlar əks olunub.Qısa video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyicilər Sahra Şaşın paylaşımına “Parlamağa davam et”, “Çox cəlbedicidir”, “Baxışları üzərində topladı” kimi şərhlər yazıblar.Turan

10 Fevral 2026, 15:39

Murad Dadaşovdan Mehirban Ələkbərzadəyə TƏBRİK

Xəzər Media Mərkəzinin ( Xəzər TV )baş direktoru, Xalq artisti Murad Dadaşov Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəni “Azərbaycan Dövlət Televiziyası” QSC-nin ( AZTV )Bədii rəhbəri təyin olunması münasibəti ilə təbrik edib. Citypost.az xəbər verir mi, Mehirban Ələkbərzadə təbrik məktubunu sosial hesabında paylaşan Mehriban Ələkbərzadə Murad Dadaşova təşəkkürünü bildirib.Məlumat üçün bildirək ki, Mehriban Ələkbərzadə ötən həftə "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub.Turan...

10 Fevral 2026, 12:24

Asena İbrahim Tatlıseslə 25 illik küsülülüyün səbəbini açıqladı  

Müğənni və rəqqasə Asena “İbo Show” proqramında İbrahim Tatlıseslə 25 illik küsülülüyünə son qoyduqdan sonra ilk dəfə açıqlama verib. O, barışmanın əsas səbəbinin “daxili yüklərdən azad olmaq və hesabları bağlamaq” olduğunu bildirib.Citypost.az Türkiyə mətbuata istinadən xəbər verir ki, Asena jurnalistlərə verdiyi açıqlamada Tatlıseslə eyni proqramda yer almasının şəxsi bir qərar olduğunu vurğulayaraq, “Heç kimlə incikliyim yoxdur, heç kimlə də yarışım yoxdur” deyib.Sənətçi yaxın vaxtlarda yeni layihələrin olacağını, tamaşaçıları üçün sürprizlər hazırladığını da qeyd edib. O, “hazırda çox həyəcanlı və xoşbəxtəm” sözləri ilə əhvalını ifadə edib.Asena, proqramdan sonra sosial şəbəkələrdə yayılan videolara güldüyünü, xüsusilə gənc nəslin göstərdiyi maraqdan məmnun qaldığını da...

04 Fevral 2026, 15:53

Mədəniyyət naziri Yusif Seyxovu təbrik edib  

Mədəniyyət naziri Adil Kərimli tanınmış ssenarist, rejissor və Əməkdar mədəniyyət işçisi Yusif Seyxovu doğum günü  münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, Adil Kərimli Yusif Seyxovun mədəniyyət sahəsindəki xidmətlərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Məlumat üçün bildirək ki, ötən gün Yusif Şeyxovun 75 yaşı tamam olmuşdur. Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. O, 23 saylı orta məktəbi bitirdikdən sonra Neft-Kimya İnstitutunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.Yusif Şeyxov kinoya 13 yaşında — “Sehrli xalat” filmində pioner Eldar rolunu canlandırmaqla gəlib. Sonrakı illərdə “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Kinematoqrafiya Komitəsində, eləcə də “Azərkinoprokat” və “Azərkinovideo” qurumlarında...

04 Fevral 2026, 13:25

Toğrul Qasımov  “İlin Gənci” mükafatına layiq görülüb  

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təsisçiliyi ilə keçirilən “İlin Gənci” mükafatlandırma mərasimi 2026-cı il üçün “Gənclər Paytaxtı” elan olunmuş Goranboy şəhərində baş tutub. Tədbir “Gənclər Paytaxtı” layihəsinin rəsmi açılışı çərçivəsində təşkil edilib.Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları gənclər siyasətinin həyata keçirilməsində fəallığı və nümunəvi fəaliyyəti ilə seçilən gənclərə təqdim olunub.Mükafata layiq görülənlər sırasında Toğrul Qasımov da yer alıb. O, mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi layihələr, gənclərin yaradıcılıq potensialının inkişafına verdiyi töhfələr və aktiv ictimai fəaliyyəti ilə seçilərək Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif olunub. Toğrul Qasımov hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət...

04 Fevral 2026, 09:00