Bizə yazın

Baku

-°C

USD

-

Yubileyini qeyd edən Xalq artisti: “Təbrik edən hər kəsə təşəkkür edirəm”  

Sənət aləmi 24 Fevral 2026, 12:46

317

Bu gün görkəmli muğam ifaçısı, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Səkinə İsmayılovanın 70 yaşı tamam olur.

Sənətkar yubileyi münasibətilə Citypost.az-a təəssüratlarını bölüşərək bildirib ki, özünü çox xoşbəxt hiss edir:“Özümü çox yaxşı hiss edirəm. Həmkarlarıma, dostlarıma və məni sevən hər kəsə təşəkkür edirəm. Çoxlu səmimi zənglər, mesajlar və xoş sözlər alıram. Hər zaman milli muğamımızın təbliğinə xidmət etmişəm. Bu gün gördüyüm dəyər məni məmnun edir”.

Xanəndə yubileyini ailə üzvləri ilə birlikdə qeyd edəcəyini vurğulayıb.

Məlumat üçün bildirək ki, 24 fevral 1956-cı ildə anadan olan Səkinə İsmayılova Asəf Zeynallı adına Musiqi Məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1989-cu ildə Əməkdar artist, 1992-ci ildə Xalq artisti adına layiq görülüb.Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində aparıcı partiyalar ifa edən sənətkar muğamı qavalla oxuyan ilk qadın xanəndə kimi tanınır. Muğam sənətini xarici ölkələrdə uğurla təmsil edib, pedaqoji fəaliyyətlə də məşğuldur. 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan teatrının ilk qadın aktrisaları: Səhnəyə çıxan cəsarət  

Azərbaycan teatr tarixində qadınların səhnəyə çıxışı təkcə sənət hadisəsi deyil, həm də ictimai dönüş nöqtəsi kimi qiymətləndirilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində qadının səhnəyə çıxması cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Buna baxmayaraq, bir neçə cəsarətli xanım bu stereotipləri sındıraraq milli teatr tarixində iz qoydu.Citypost.az-ın məlumatına görə, Azərbaycan peşəkar teatrının əsası 1873-cü ildə qoyulsa da, ilk illərdə qadın rollarını kişilər ifa edirdi. Yalnız XX əsrin əvvəllərində qadınlar səhnəyə çıxmağa başladılar.Milli səhnəmizin ilk qadın aktrisalarından biri Gövhər Qazıyeva hesab olunur. O, 1900-cü illərin əvvəllərində Tiflisdə fəaliyyət göstərərək Azərbaycan qadınının səhnəyə çıxışında öncüllərdən olub. Onun fəaliyyəti cəmiyyətdə böyük rezonans doğurmuşdu.Azərbaycan teatr tarixində...

24 Fevral 2026, 12:31

“Əjdaha evi”in 3-cü mövsümünün ilk treyleri yayımlandı  

HBO fantastik serial "House of the Dragon"un (Əjdaha evi) üçüncü mövsümünün ilk treylerini təqdim edib. Yeni mövsümün iyun ayında yayımlanması planlaşdırılır və layihənin nəzərdə tutulan dörd mövsümlük hekayə xəttində sondan əvvəlki hissə olacaq.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Serial Fire & Blood əsasında çəkilib və Game of Thrones hadisələrindən təxminən 200 il əvvəl Tarqaryen nəslinin tarixini nəql edir.Treylerdə Aemon Tarqaryenin qardaşı Eqonun əvvəlki mövsümdə ağır yaralanmasından sonra Dəmir Taxtda əyləşdiyi görünür. Kraliça Alisent Haytauer isə gizli şəkildə Kral Torpağını Renira Tarqaryenin qüvvələrinə təslim etmək üçün şəhəri tərk edir. Renira isə ordusuna yeni əjdahalar qataraq Haytauerlər üçün ciddi təhlükə yaradır.Kadrlarda...

20 Fevral 2026, 15:16

Aqşin Fatehin restoranı bağlandı 

Tanınmış meyxanaçı Aqşin Fatehin restoranı "By Fateh" bağlanıb.Citypost.az xəbər verir ki, bu barədə meyxanaçı özü məlumat verib.Xatırladaq ki, sözügedən məkanda bir müddət əvvəl müştərilərə saxta içki verildiyi məlum olmuşdu.Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilmişdi. (Modern.az)

20 Fevral 2026, 10:39

Azərbaycanda 9 yeni film çəkiləcək 

Bu il Azərbaycanda 10-a yaxın film çəkiləcək.Citypost.az  xəbər verir ki, Azərbaycan Kino Agentliyinin direktoru Rəşad Əzizov "Report"a müsahibəsində il ərzində 8-9 tammetrajlı filmin istehsal ediləcəyini deyib. "İstehsal nöqteyi-nəzərdən hədəfimiz prosesi sürətləndirmək idi və buna nail olduğumuzu düşünürəm. Bununla yanaşı, təbliğat xarakterli tədbirlər, o cümlədən beynəlxalq fəaliyyətlər istiqamətində aktivlik əvvəlki illərlə müqayisədə artırılıb. Cari ilin ilk rübü üzrə uşaqlar üçün tarixi-macəra filmi olan "Akinak", daha sonra "Buzlar əriyəndə" filminin premyerasının təşkili nəzərdə tutulur.Eləcə də ən çox gözlənilən "44" bədii filminin təqdimatı da yaxın zamanlar üçün gözlənilir. Digər böyük layihələr də artıq yaxınlaşır. Məsələn, "Mənə bənzər adam", "Borc", "Nəsrəddin Hoca" filmlərinin də bu...

19 Fevral 2026, 17:16

Hollivud ulduzu çıxışı zamanı AĞLADI

Hollivud ulduzu 64 yaşlı aktrisa Michelle Yeoh öz ulduzunu Hollywood Walk of Fame-də aldı. “Wicked” filmindəki rolu ilə tanınan Yeoh, mərasim zamanı fanatlar və həmkarları qarşısında göz yaşlarını saxlaya bilməyərək, emosional anlar yaşadı.Citypost.az ABŞ mətbuatına istinadən xəbər verir ki, çıxışında Yeoh ailəsinə təşəkkür etdi və həyat yoldaşı Jean Todt-un Hindistanda olduğu üçün tədbirdə iştirak edə bilmədiyini bildirdi. Gülümsəyərək, onun bu anı buraxmaq üçün “icazə aldığını” şərh etdi.Ən təsirli anlar isə Yeoh-un valideynlərinə həsr olunmuşdu. O, 2014-cü ildə vəfat etmiş atası Yeoh Kian Teik-i və 97 yaşlı anası Janet-i xatırlayaraq, “Ata, bilirəm ki, mənə baxırsan. Ana, sən hələ də uğurum üçün...

19 Fevral 2026, 14:05

Berlində Azərbaycan Kino Günləri keçirilib 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, Azərbaycanın Almaniyadakı Səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Berlində Azərbaycan Kino Günləri keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, bu çərçivədə "Zəfər rəqsi" filmi nümayiş olunub.Azərbaycan Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən İsa Məmmədov çıxış edərək tədbirin məqsədi, Azərbaycan kinosunun beynəlxalq məkanda tanıdılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyəti barədə məlumat verib.Xalq artisti Mehriban Zəki Azərbaycan kinosunun son illərdə qazandığı uğurlardan və müasir kino nümunələrinin beynəlxalq auditoriya ilə təmasının vacibliyindən danışıb.Filmin ideya müəllifi, "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək ekran əsərinin beynəlxalq nümayişinin Berlində başlamasının əhəmiyyətini...

16 Fevral 2026, 11:13