Bizə yazın

Baku

-°C

USD

-

“Araşdırın!” filmi 48 il sonra Dövlət Film Fondunun arxivinə daxil edilib 

Sənət aləmi 06 May 2026, 17:06

277

“Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olunub.

Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Film Fondu məlumat yayıb.

Qeyd edilib ki, film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub. Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir.

Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilib. Aktyor Fazil Salayevin kinoda son işidir.

Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilib və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.

Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Şekspir” tamaşası yenidən  təqdim olunub 

Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub.Bu barədə Citypost.az-a teatrdan məlumat verilib.Bildirilib ki, tədbirdə çıxış edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib.Daha sonra qonaqlar tamaşanı izləyiblər.Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personajhətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar.Rejissor Mərahim Fərzəlibəyov “Şekspir” əsəri vasitəsilə Elçinin dərin fəlsəfi fikirləri ilə tanış edib.Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət...

06 May 2026, 17:34

Kukla Teatrı sığınacaq sakinlərinin qonağı olub

Azərbaycan Dövlət Kukla Teatrı nümayəndələri sənət ocağının 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar.Teatrından Citypost.az-a bildirilib ki, kuklaçılar sığınacaq sakinləri üçün repertuarın sevilən nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını nümayiş etdiriblər.Tamaşa Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan, nəsillər boyu uşaqların sevimlisinə çevrilmiş məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında hazırlanıb. Eyniadlı səhnə əsərinə yaradıcı heyət tərəfindən yeni səhnə baxışı gətirilib, tamaşa daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim olunub. Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunmaqla müəyyən dramaturji ixtisarlar aparılıb və səhnə uyğunlaşdırmaları edilib. Bu yanaşma klassik...

06 May 2026, 17:22

Türkiyədə Azərbaycan Kinosu Günlərinə başlanılıb 

Türkiyədə təşkil olunan Azərbaycan Kinosu Günləri çərçivəsində silsilə tədbirlər başlayıb.Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Kino Agentliyindən (ARKA) məlumat verilib.Bildirib ki, layihə Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ARKA və Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.Kino günlərinin açılış mərasimi və ilk film nümayişi Ege Universitetində reallaşıb. Açılışda tamaşaçılara yeni Azərbaycan filmi olan “Nargin: Sonadək sirli” təqdim edilib. Bədii-sənədli ekran əsəri Azərbaycan tarixinin mühüm, lakin az öyrənilmiş səhifələrindən birinə işıq salır.Filmdə xüsusilə Birinci Dünya müharibəsi dövründə Bakı yaxınlığında – Xəzər dənizindəki Nargin adasında baş verən hadisələr və orada saxlanılan Osmanlı əsirlərinin ağır yaşam...

05 May 2026, 18:00

 Heydər Əliyevə həsr edilən “Bir səfərin izi ilə” filmi nümayiş olunub

Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Bir səfərin izi ilə” adlı sənədli filmin nümayişi olub.AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl çıxış edən layihənin müəllifi, tanınmış səyyah və jurnalist Azər Qərib film barədə məlumat verib.O qeyd edib ki, layihə silsiləsindən iki film təqdim edilib. “Həmin ekran əsərləri Ümummilli Liderin İtaliyaya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunub. Mayın 6-da isə Ulu Öndər Heydər Əliyevin fərqli coğrafiyaları - Fransa, Böyük Britaniya, Belçika və Lüksemburq, Çin, Yaponiya və Türk dünyası istiqamətləri üzrə rəsmi səfərlərini əks etdirən ekran işlərinin nümayişi nəzərdə tutulub. Ekran əsəri “Heydər Əliyev və...

05 May 2026, 09:08

Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib 

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) nəzdində fəaliyyət göstərən “Şuşa” Azərbaycan Musiqi Mərkəzi Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc azərbaycanlı musiqi ifaçılarının müsabiqəsinə ərizələrin qəbulunun başlandığını elan edib.AZƏRTAC xəbər verir ki, müsabiqə vokal, instrumental ifaçılıq və Azərbaycan rəqsi də daxil olmaqla bir neçə kateqoriya üzrə gənc ifaçılar üçün açıqdır. İştirakçılar xalq mahnılarını, Azərbaycan bəstəkarlarının əsərlərini, instrumental kompozisiyaları və rəqs proqramlarını təxminən bir dəqiqəlik video formatında təqdim etməyə dəvət olunurlar.Ərizələr 15 may tarixinə qədər qəbul ediləcək və [email protected] ünvanına göndəriləcək. İştirakçının adı və soyadını, təhsil müəssisəsini, əsərin müəllifini və ya rəqsin adını, eləcə də əlaqə telefon nömrəsini qeyd etmək tələb olunur.Müsabiqədən...

04 May 2026, 14:00

Yazıçı Nihat Pirin ilk hekayələr kitabı nəşr olunub 

Yazıçı Nihat Pirin ilk hekayələr kitabı nəşr olunub.Citypost.az xəbər verir ki, "Miraj" adlı hekayələr toplusunun redaktoru yazıçı Həmid Piriyev, korrektoru Arifə Kərimzadə, rəssamı Aynur Aydın, dizayneri isə Vüsal Abdullazadədir.Müəllifin ilk kitabı "Çardaq" nəşriyyatında işıq üzü görüb.Kitabın yaxın günlərdə təqdimat mərasimi və imza gününün keçirilməsi də nəzərdə tutulur.

04 May 2026, 13:05