Kukla Teatrı sığınacaq sakinlərinin qonağı olub
Sənət aləmi 06 May 2026, 17:22
2193
Azərbaycan Dövlət Kukla Teatrı nümayəndələri sənət ocağının 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar.
Teatrından Citypost.az-a bildirilib ki, kuklaçılar sığınacaq sakinləri üçün repertuarın sevilən nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını nümayiş etdiriblər.
Tamaşa Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan, nəsillər boyu uşaqların sevimlisinə çevrilmiş məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında hazırlanıb. Eyniadlı səhnə əsərinə yaradıcı heyət tərəfindən yeni səhnə baxışı gətirilib, tamaşa daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim olunub. Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunmaqla müəyyən dramaturji ixtisarlar aparılıb və səhnə uyğunlaşdırmaları edilib. Bu yanaşma klassik folklor nümunəsinin müasir səhnə dili ilə təqdiminə, tamaşaçının nağılın sehrli dünyasına daha asan daxil olmasına şərait yaradır.
Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini artırır. Bu da səhnə işinin yalnız əyləncəli deyil, eyni zamanda, maarifləndirici və tərbiyəvi məzmun daşımasına xidmət edir. Tamaşanın əsas məqsədi uşaqlara maraqlı teatr ab-havası yaşatmaqla yanaşı, xalq nağıllarımızın zəngin irsini onların vizual zövqünə uyğun formada təqdim etməkdir.
Səhnə əsərinin quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı, birhissəli kukla tamaşasında bütün obrazları istedadlı aktrisa Ülviyyə Əliyeva canlandırır.
Həmçinin oxuyun
Balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə işi uşaqlara xoş və unudulmaz anlar yaşadıb.
Mərkəzin sədri Kəmalə Ağazadə bu xeyirxah təşəbbüsə görə teatr rəhbərliyinə və kollektivə təşəkkür edib. O bildirib ki, bu cür layihələrin davamlı olması, xüsusilə qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, həmçinin onların incəsənətə və teatra marağının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, yubiley ili çərçivəsində teatr paytaxt və bölgələrdə fəaliyyət göstərən uşaq evləri və internat məktəblərinə səfərlərini davam etdirəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azər Qismət: Mehriban Xanlarova teatra qaytarılmalıdır
Tanınmış jurnalist Azər Qismət aktrisa Mehriban Xanlarovanın teatrdan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Jurnalist bildirib ki, yaradıcı kollektivlərdə fikir ayrılığı və emosional müzakirələr normal haldır və bunu adi istehsalat müəssisələri ilə müqayisə etmək düzgün deyil. O qeyd edib ki, dünya teatr təcrübəsində də yaradıcı şəxslərin fərqli davranışlarına daha həssas yanaşılıb.Azər Qismət yazıb ki, Lenkom teatrının Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov aktyorlar Aleksandr Abdulov və Oleq Yankovskinin çətin xarakterinə baxmayaraq, onların sənətinə görə münasibətdə anlayış nümayiş etdirirdi.Jurnalist Mehriban Xanlarovanın heç kimə xəsarət yetirmədiyini, teatrın fəaliyyətini pozmadığını vurğulayaraq, onun sadəcə irad bildirdiyini qeyd edib. O hesab edir ki, bu cür məsələlər...
23 İyun 2026, 10:07
Bəhram Bağırzadədən Cabir İmanovun 50 illiyində duyğusal paylaşım
Əməkdar artist Bəhram Bağırzadə mərhum dostu Cabir İmanovun 50 illik yubileyi münasibətilə təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, bu gün Cabir İmanovun 50 yaşı tamam olacaqdı. Bəhram Bağırzadə dostunun vaxtsız itkisini dərin kədərlə xatırlayaraq, onun yoxluğunun hələ də qəbul edilməsinin çətin olduğunu qeyd edib.“Bu günü çox gözləmişdik. Bir araya gəlməyi, səni qucaqlamağı, xoş sözlər deməyi, birlikdə gülməyi və gözəl yubileyini qeyd etməyi arzulayırdıq. Amma tale başqa cür qərar verdi. Sənin aramızdan ayrılmağından bir ilə yaxın vaxt keçir”, – deyə o yazıb.Əməkdar artist vurğulayıb ki, zaman insanın ağrısını azaltmır, sadəcə onunla yaşamağı öyrədir. O, Cabir...
22 İyun 2026, 09:00
Şakira "Linkoln ilə Vəkil" serialının ulduzu ilə romantik münasibətə başlayıb?
Şakira "The Lincoln Lawyer" serialının ulduzu Manuel Qarsiya-Rulfo ilə görüşdə göründüyü zaman şəxsi həyatı ilə bağlı yeni şayiələr dalğasına səbəb olub .Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 48 yaşlı qlobal ulduz çərşənbə axşamı gecəsi 44 yaşlı meksikalı aktyorla birlikdə Qərbi Hollivuddakı məşhur Sunset Tower Otelindən çıxarkən görüntüləndikdən sonra romantik münasibətlər şayiələrinə səbəb olub.Və bu, sadəcə iki məşhurun eyni anda səhnədən çıxması deyil. Cütlük eyni maşına minərkən paparassilər tərəfindən görüntülənib: Qarsiya-Rulfo maşın sürür, Şakira isə sərnişin oturacağında oturub.İkisi də bir-birinin yanında özlərini tamamilə rahat hiss edirdilər, dayanacaqda maşınlarını gözləyərkən zarafatlaşıb səmimi şəkildə gülümsəyirdilər.Qarsiya-Rulfo müğənni üçün otelin qapısını tutaraq əsl centlmen...
18 İyun 2026, 10:40
“Avroviziya” qalibi Bakıya gəlir
“Avroviziya-2026”nın qalibi, bolqarıstanlı müğənni Dara Bakıya gəlir.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu ilin ən çox danışılan ifaçılarından olan Dara beynəlxalq musiqi festivalı olan DREAM FEST 2026-da səhnəyə çıxacaq.Festival 23-26 iyul tarixlərində Bakının “Sea Breeze” sahilində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən tanınmış sənətçiləri bir araya gətirəcək.Dara bu il Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstana tarixi qələbə qazandıran “Bangaranga” mahnısını canlı ifa edəcək. Vyanada keçirilən finalda səsləndirilən mahnı həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq ölkəyə ilk “Avroviziya” qalibiyyətini gətirib....
17 İyun 2026, 17:37
Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti...
02 İyun 2026, 12:55
Roza Zərgərli Kadırovla görüşdü
Müğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.Citypost.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.“Səmimi qarşılamalarına, Azərbaycan musiqisinə olan sevgisinə görə Çeçenistan rəhbəri Ramzan Kadırova dərin minnətdarlığımı bildirirəm.Bu, mənim üçün böyük şərəf və fəxrdir” , - deyə paylaşımda qeyd edib.
01 İyun 2026, 08:55