Bizə yazın

Baku

-°C

USD

-

Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir 

Sənət aləmi 11 May 2026, 13:55

355

Türkiyədə keçirilən Azərbaycan Kino Günləri çərçivəsində Bursa şəhərinin Mudanya Universitetində “Zəfər Rəqsi” və “Oriondan Sevgilərlə” qısametrajlı filmlərinin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, tamaşaçılar arasında universitetin rektoru, professor Ahmet Kesik, ali təhsil müəssisəsinin akademik heyəti, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, film heyəti və çoxsaylı mədəniyyət-incəsənət xadimləri yer alıblar.

Nümayişdən əvvəl Mudanya Universitetinin prorektoru Serdar Kipdemir, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zəfər Rəqsi” filminin prodüseri Şəfəq Mehraliyeva çıxış ediblər.

Natiqlər Azərbaycanın zəngin mədəniyyətinin Türkiyədə tanıdılmasının əhəmiyyətini vurğulayıb, mədəniyyət və incəsənətin iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər. Xüsusilə Türkiyənin önəmli mədəniyyət mərkəzlərindən olan Bursa şəhərində Azərbaycan filmlərinin nümayişinin mədəni əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Azərbaycanın Qarabağ Zəfərinin beşilliyinə həsr edilən “Zəfər rəqsi” filmi elmi-fantastika və dram janrlarını özündə birləşdirir. “Oriondan Sevgilərlə” filmi isə Azərbaycan kinosunun janr müxtəlifliyini nümayiş etdirir.

Hər iki film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, filmlərimiz İzmir universitetlərində də nümayiş etdirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əməkdar artist mərhum anasından yazdı: “Sənin yanında hər zaman bahar idi”

Tanınmış teatr və kino aktrisası, əməkdar artist Gülzar Qurbanova mərhum anası ilə bağlı duyğusal paylaşımı ilə diqqət çəkib. Əməkdar artist şəxsi “Facebook” hesabında anasına həsr etdiyi təsirli sözlərlə izləyicilərini kövrəldib.Citypost.az xəbər verir ki, aktrisa paylaşımında anasının onun həyatındakı yerindən bəhs edərək bildirib:“Ana, sən mənim həyatda gördüyüm ən gözəl qadın idin. Mən sənin insanlığını sevmişəm, ruhunu sevmişəm, qayğını sevmişəm. Sənin yanında elə bil dünyanın bütün qışı qapının çölündə qalırdı. Sənin yanında fəsillər dəyişmirdi, hər zaman bahar idi...”Gülzar Qurbanova anasının məzarını ziyarət etdiyini də qeyd edib. O, paylaşımında güllərlə yanaşı, ürəyindəki böyük həsrəti də anasına apardığını vurğulayıb:“Ana, bu gün sənə gəlmişdim... Güllərlə...

11 May 2026, 11:34

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib 

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.APA-nın əldə etdiyi məlumata görə, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir....

11 May 2026, 11:30

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində möhtəşəm konsert proqramı baş tutub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir “Saat Meydanı” Turistik İstirahət Mərkəzinin ərazisində təşkil olunub.Açıq havada keçirilən konsert proqramı həm şəhər sakinləri, həm də qonaqlar üçün əsl bayram əhval-ruhiyyəsi yaradıb. Gecədə Naxçıvan Dövlət Filarmoniyasının peşəkar solistləri ilə yanaşı, Azərbaycan musiqi sənətinin tanınmış simaları çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, “Muğam” televiziya müsabiqəsinin qalibi Sərxan Bünyadzadə...

11 May 2026, 10:17

Mükafat alan əməkdar artist: “İstedada dəyər verilməsi hər şeydən qiymətlidir”

Xəbər verdiyimiz kimi, ötən gün bir qrup incəsənət xadimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına layiq görülüb.Citypost.az-ın məlumatına görə, siyahıda Sumqayıt Dövlət Dram Teatrının əməkdar artisti Sədaqət Nuriyeva da yer alıb.Mükafata layiq görülən sənətçi Oxu24.com-a açıqlamasında sevincini bölüşüb və qərarın onun üçün gözlənilməz olduğunu bildirib.O qeyd edib ki, onu ilk təbrik edən teatrın mətbuat katibi Turan Etibaroğlu olub:“Bu mükafat ölkəmizin sənət fədailərinə dövlət başçısı tərəfindən göstərilən qayğı və ehtiramın böyük təcəssümüdür”.Sədaqət Nuriyeva 2018-ci ildə Əməkdar artist fəxri adına layiq görüldüyünü xatırladaraq, bu gün Prezident mükafatı almasının onun üçün böyük qürur olduğunu bildirib:“Sənətkar üçün əməyinə və istedadına dəyər...

08 May 2026, 10:33

Xalq artisti “Çarəsiz” serialını tənqid etdi

Xalq artisti Məzahir Süleymanov ATV kanalında yayımlanan “Çarəsiz” serialı ilə bağlı sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, aktyor serialın quruluşçu rejissorunu tənqid edərək ekran işində süjet və ssenari xəttinin zəif olduğunu bildirib. O, paylaşımında serialın daha çox klip estetikasını xatırlatdığını vurğulayıb.“Mən belə başa düşdüm ki, ATV kanalında gedən “Çarəsiz” serialının quruluşçu rejissoru sanki unudub ki, klip yox, serial çəkməlidir. Nə olub dostlar, ssenari yazan tapmırsınız?” – deyə Xalq artisti qeyd edib.Qeyd edək ki, “Çarəsiz” serialında əri tərəfindən şiddətə məruz qalan, xəyanət görən və övladını itirən bir ananın həyat hekayəsindən bəhs olunur. Serialda qadının çarəni başqa bir körpədə tapması, eyni...

08 May 2026, 09:49

Akif İslamzadənin ürəyinə stent qoyulub 

Akif İslamzadə xəstəxanaya yerləşdirilib.Bu barədə APA-ya onun oğlu Ayxan İslamzadə məlumat verib.Onun sözlərinə görə, Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.“Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər”, - Ayxan İslamzadə bildirib

08 May 2026, 09:14