Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Qazaxıstanı birləşdirən rəqəmsal körpü açıldı

Cəmiyyət 15 Oktyabr 2026, 15:56

556

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

Citypost.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirildi.

Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edildi.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirildi.

Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi apardılar.

Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər.

Dövlət başçılarına layihə barədə məlumat verildi.

Bildirildi ki, “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.

Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır.

x x x

Azərbaycan və Qazaxıstan prezidentləri layihənin rəsmi açılışını bildirən düyməni basdılar.

X X X

Sonra Prezident Kasım-Jomart Tokayev dedi:

- Bu, sözsüz ki, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir. Amma ən əsası odur ki, bu, yeni dəhliz növüdür. Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür.

Prezident İlham Əliyev dedi:

- Bəli. O cümlədən Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində daha bir addımdır. Hamıya yaxşı məlumdur ki, ötən ilin noyabrında Azərbaycan Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edildi və artıq bu il mən yaxın vaxtlarda birliyin tamhüquqlu üzvü kimi iştirak etdim. Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik.

Prezident Kasım-Jomart Tokayev dedi: Bəli, bu, rəqəmsal formatda Orta Dəhlizdir.

X X X

Daha sonra dövlət başçılarının iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə etdilər.

Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Samruk-Kazına” Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinq ilə “Samruk-Kazına” SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə etdilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Din xadiminə sui-qəsd işi: Elvin Əhmədov 3 il 6 ay azadlıqdan məhrum edilib

Din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Nərminə Şabanova, Naib İsmiyev 10 il, Elvin Əhmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.İttihama görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında müəyyən məbləğdə pul almağa razılaşıb. Daha sonra...

15 Oktyabr 2026, 16:41

Türkiyənin illərdir axtardığı məşhur terrorçu yaxalandı 

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda 2013-cü ildə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının təqsirləndirilən şəxslərindən biri olan Mihraç Uralın Suriyada saxlanıldığı bildirilir.Citypost.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “Əli Kiyali” adı ilə də tanınan Mihraç Uralın Suriyadan qaçmağa çalışarkən tutulduğu öyrənilib.1956-cı ildə Antakyada anadan olan Mihraç Ural qanunsuz təşkilat fəaliyyəti ilə əlaqədar Türkiyədə həbsdə olarkən 1982-ci ildə Suriyaya qaçıb.Mihraç Uralın həyat yoldaşı Malak Fadel vasitəsilə o dövrdə Suriyanın prezidenti Hafiz Əsədin qardaşı Cəmil Əsədlə yaxın münasibətlər qurduğu bildirilir. Məlumata görə, bu əlaqələr və əldə etdiyi imtiyazlar sayəsində Mihraç Ural Suriyada varlı şəxslərdən birinə çevrilib.Reyhanlı terror aktının planlaşdırılması və...

15 Oktyabr 2026, 16:33

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

15 Oktyabr 2026, 16:21

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib 

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.

15 Oktyabr 2026, 16:19

AQEM-in Baş katibi dəyişib 

AQEM-in Baş katibi Kayrat Sarıbay təşkilatın son illərdə əhəmiyyətli institusional inkişaf əldə etdiyini, üzv dövlətlər arasında praktiki əməkdaşlığın genişləndiyini bildirib.Citypost.az xəbər verir ki, bunu Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında çıxışı zamanı deyib.Baş katib qeyd edib ki, 2022-ci ildən bəri AQEM çərçivəsində dörd yeni məsləhətçi orqan və mexanizm yaradılaraq fəaliyyətə başlayıb. Onun sözlərinə görə, son dörd il ərzində təşkilatın etimad quruculuğunun beş istiqaməti üzrə 100-ə yaxın tədbir keçirilib.Kayrat Sarıbay AQEM üzv dövlətlərinin ümumi razılığa gəlmək, danışıqlar yolu ilə nəticələr əldə etmək, siyasi bəyannamələr və tematik sənədlər qəbul etmək bacarığını nümayiş...

15 Oktyabr 2026, 16:10

Mətbuat Şurası İdarə Heyətinə namizədlərin adları açıqlandı 

Sabah 16 oktyabr 2026-cı il tarixdə saat 09.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək.Bu barədə Citypost.az-a Mətbuat Şurasından məlumat verilib.Bildirilib ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib.Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlərdir.Jurnalist namizədlər1. Hacıbəy Heydərli – "Azxeber.com" saytı;2. Orxan Amaşov – AnewZ;3. Səadət Məmmədova – ATV;4. Nurşən Quliyev – APA;5. Vüqar Rəhimzadə - "İki sahil" qəzeti;6. Elşad Eyvazlı – Modern Media Qrupu;7. Vəfa Həmzəyeva – Real TV;8. Elmira Musazadə - CBC;9. Seyfəddin Hüseynli – "525-ci qəzet";10. Qalib İbrahimoğlu – "Bakivaxti.az" saytı;11. Fərid Şahbazlı...

15 Oktyabr 2026, 15:50