Bizə yazın

Baku

-°C

USD

-

Qulu Məhərrəmli Xəyyam Mirzəzadəni yad edib: “Qüdrətli sənətkarımız”

Sənət aləmi 06 Oktyabr 2026, 10:00

573

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Xəyyam Mirzəzadəni doğum günü münasibətilə yad edib.

Citypost.az xəbər verir ki, Q.Məhərrəmli bildirib ki, geniş auditoriya Xəyyam Mirzəzadəni daha çox “Yeddi oğul istərəm” filminin bəstəkarı kimi tanısa da, sənətkar çoxsaylı simfonik əsərlərin, süitaların, balet və mahnıların müəllifidir.

“Azərbaycanın görkəmli bəstəkarı, uzun müddət Konservatoriyanın kompozisiya kafedrasının müdiri, professor, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatıdır”, – deyə professor qeyd edib.

Onun sözlərinə görə, “Yeddi oğul istərəm” filmi ilə yanaşı, “Bakıda küləklər əsir”, “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Arxada qalmış gələcək” kimi filmlərin də musiqisi Xəyyam Mirzəzadəyə məxsusdur.

Q.Məhərrəmli qeyd edib ki, bəstəkar ümumilikdə 40-a yaxın bədii və sənədli filmə musiqi yazıb, Tofiq Tağızadə, Arif Babayev, Məmməd Dadaşov, Əlisəttar Atakişiyev və Yuli Qusman kimi rejissorlarla əməkdaşlıq edib.

“Bu adam Maestro deyib sevgi ilə xatırladığımız qüdrətli sənətkarımız Xəyyam Mirzəzadədir. Azərbaycan musiqi tarixində xüsusi yeri olan Xəyyam müəllim, həm də şəxsiyyəti, həqiqətpərəstliyi, tənqidi düşüncəsi ilə fərqlənirdi. Çox prinsipial və cəsarətli adam idi, nazirin üzünə ‘sən bunu düz eləmirsən’, TV sədrinə isə ‘sən yerində olan adam deyilsən’ sözlərini şax deyə bilirdi. Həm də bu cəhətinə görə böyük şəxsiyyət idi”, – deyə professor yazıb.

Q.Məhərrəmli Xəyyam Mirzəzadənin doğum gününün 5 oktyabr olduğunu xatırladıb.

“Bu gün (5 oktyabr) Maestronun doğum (1935–2018) günüdür. Sevgi və sayğı ilə yad edirik. Allah rəhmət eləsin, ruhu şad olsun!” – deyə o əlavə edib.

Turan 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zeynəb Xanlarova ilə görüşən Sevil Nuriyeva: “Çox kövrəldim”

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.Citypost.az  xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb.“Bu gün İstanbulda Türk dünyasının əfsanəvi sənətkarı, hörmətli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım. Ona kiçik yaşlarımdan heyranlıq duyuram. İllər keçdi və aramızda ailəvi bir dostluq başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi.Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərini uca tutan əfsanəvi bir şəxsiyyət... Uzun söhbətimizdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O mənə...

05 Oktyabr 2026, 14:00

Dövlət dəstəyi ilə çəkiləcək filmlərin pitçinqinin birinci mərhələsi keçirilib 

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyində dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi baş tutub.Citypost.az xəbər verir ki, bu mərhələdə Ekspert Şurası tərəfindən tammetrajlı və qısamerajlı bədii film layihələrinə baxış keçirilib.Xatırladaq ki, 2026-cı il üzrə dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin müsabiqəsinə ümumilikdə 93 layihə təqdim olunmuşdu. Onların 34-ü tammetrajlı, 21-i qısametrajlı bədii film layihəsi idi. Seçim Komissiyasının qərarına uyğun olaraq, 31 layihə pitçinq mərhələsinə buraxılıb ki, onların da 8-i tammetrajlı, 7-si qısametrajlı bədii film layihəsidir.Pitçinqə çıxarılmış tammetrajlı bədii film layihələri və onları təqdim edən şirkətlər bunlardır: “İsanın evi” (Aydəmir Entertainment), “İki Xaqan”...

30 Sentyabr 2026, 15:06

Zülfiyyə Qurbanovadan “Narahatsan”la bağlı SƏMİMİ ETİRAF

Tanınmış jurnalist Zülfiyyə Qurbanova günlərdir müzakirə olunan Əməkdar artist Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin “Narahatsan” mahnısı və klipi ilə bağlı təəssüratlarını bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, mahnının nəqarətini daha əvvəl dinləsə də, klipə bu gün baxmaq imkanı əldə edib. O, ekran işindən təsirləndiyini və göz yaşlarına hakim ola bilmədiyini qeyd edib.“Bu gün sənətkar Alim Qasımovla Üzeyir Mehdizadənin günlərdir müzakirə olunan “Narahatsan” mahnısını tam dinlədim. Nəqarəti dinləmişdim, xoşuma gəlmişdi. Klipi bu gün izləmək imkanım oldu. Təsirlənmədən, göz yaşlarıma boğulmadan alınmadı”, - deyə Zülfiyyə Qurbanova yazıb.O qeyd edib ki, mahnının sözləri, ata ilə oğulun dialoqunu xatırladan məzmun, musiqi və...

23 Sentyabr 2026, 09:36

“Hayıf yaşım keçdi...” – Nəsibə Eldarovadan maraqlı paylaşım

Əməkdar artist, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarova hərbiçi geyimində süni intellekt vasitəsilə hazırlanmış fotosunu sosial şəbəkə hesabında paylaşıb.Aktrisa paylaşımına “Ah, həyatım boyu hərbiçi roluna çəkilmək arzusunda olmuşam. Hayıf yaşım keçdi...” sözlərini əlavə edib.Əli

23 Sentyabr 2026, 09:26

Alim Qasımov DUETDƏN DANIŞDI: “Bu qədər reaksiyanı gözləmirdim”

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duetindən danışıb.Citypost.az xəbər verir ki, Xalq artisti “Kulis”ə müsahibəsində deyib ki, mahnının sözlərini, musiqisini bəyənib və ifa edib.“Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”, - Alim Qasımov bildirib.Onun sözlərinə görə, Üzeyir Mehdizadə ilə duetinin belə qarşılanacağını təxmin edirmiş:“Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”....

21 Sentyabr 2026, 15:40

Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi

Xalq artisti Nazpəri Dostəliyeva uzun illik fasilədən sonra Heydər Əliyev adına Sarayda böyük konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq.Citypost.az "Yeni Sabah"a istinadən xəbər verir ki, sənətçinin “Belə ayrılmayaydıq” adlı konserti 20 fevralda baş tutacaq.20 ildən sonra Saray səhnəsinə qayıdan Nazpəri Dostəliyevanın konsert gecəsində sevənlərini bir sıra sürprizlər gözləyir. Gecənin xüsusi qonaqlarının kimlər olacağı, səhnədə hansı fərqli təqdimatların və yeniliklərin yer alacağı maraq doğurur. pizza mizzaArtıq konsert proqramı üçün ilk fotosessiyasını təqdim edən sənətçinin səhnə hazırlıqları da diqqət çəkib.Nazpəri Dostəliyevanın konsert gecəsində baş verəcək bütün sürprizlər isə 20 fevralda bəlli olacaq....

19 Sentyabr 2026, 10:45