Politoloqdan açıqlama: Epşteyn qalmaqalı kimlərin nüfuzuna təsir etdi?
Siyasət 04 Fevral 2026, 14:05
430
Son illərdə Jeffrey Epşteynin adı dünya mediasında tez-tez hallanır. Onun müxtəlif siyasətçilər və tanınmış şəxslərlə yaxın münasibətləri, öz villalarında baş verən hadisələr və üzə çıxan sənədlər böyük qalmaqala səbəb olub. Epşteyn dosyaları həm ABŞ, həm də beynəlxalq səviyyədə siyasi dairələrdə ciddi rezonans yaradıb. Faktlar göstərir ki, bu qalmaqal yalnız bir şəxsin əməlləri ilə bitmir, həm də yüksək səviyyəli siyasətçilərin nüfuzuna təsir göstərir və siyasi oyunlarda yeni mübahisə mövzusu kimi istifadə olunur.
Bu mövzuda Citypost.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Epşteyn dosyaları Wikileaks qalmaqalına bənzər təsir göstərib:“Epşteyn müxtəlif siyasətçilər və tanınmış şəxslərlə münasibət qurmuş, onları öz villalarına dəvət etmişdi. Bu villarda baş verən hadisələr indi üzə çıxır və bir sıra siyasətçilərin imicinə təsir göstərir. Məsələn, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Epşteynin villasındakı fotoları mövcuddur. Prezident səlahiyyətinə malik olmasa da, bu hərəkət onun və Demokratlar Partiyasının nüfuzuna təsir edə bilər. Hətta Klinton xanımı və digər şəxslər Konqresdə dinləmələrə çağırılıb,” – deyə Elxan Şahinoğlu bildirib.
O əlavə edib ki, Böyük Britaniya kral ailəsi də bu qalmaqaldan yan keçməyib: “Kral ailəsinə mənfi təsir dəyib, Tramp isə Epşteynlə yaxın dostluq etmədiyini vurğulayıb. Əslində, Epşteyn ölməsəydi, məhkəmədə daha çox ifşaedici faktlar üzə çıxa bilərdi.”
Politoloq qeyd edib ki, müxtəlif siyasi qüvvələr Epşteyn dosyalarını rəqiblərinin nüfuzunu zəiflətmək üçün istifadə etməyə çalışacaqlar, amma bu qalmaqal uzun müddət gündəmdə qalmayacaq: “Adları hallanan siyasətçilər məsələnin uzanmasında maraqlı olmayacaqlar. Epşteyn dosyaları bir müddət müzakirə olunacaq, sonra isə digər qalmaqallı hadisələr kimi arxa plana keçəcək.”
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Asif Nərimanlı: Epşteyn dosyaları qlobal siyasət və güc oyunlarını üzə çıxarır
Son illərdə Jeffrey Epşteynin adı dünya mediasında tez-tez hallanır. Onun villalarında baş verən hadisələr, yüksək səviyyəli siyasətçilər və iş adamları ilə yaxın münasibətləri, həmçinin yayılan sənədlər geniş rezonans yaradıb. Araşdırmalar göstərir ki, bu qalmaqal təkcə şəxsi münasibətlər və əyləncə məclisləri ilə bağlı deyil, həm də qlobal siyasət və biznes maraqlarını əhatə edir. Epşteyn dosyaları yalnız ifşaedici faktlar təqdim etmir, həm də siyasi və iqtisadi güc oyunlarının açıq nümunəsi kimi qiymətləndirilir.Bu mövzuda Citypost.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Epşteyn qalmaqalı yalnız iddialar səviyyəsində qalmayıb, yayılan sənədlər bir çox həqiqətləri üzə çıxarıb:“Epşteyn məsələsi indiyə qədər irəli sürülən iddiaların təsiri hesab...
04 Fevral 2026, 14:57
İlham Əliyevlə Nikol Paşinyan görüşdü
Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
04 Fevral 2026, 09:53
ABŞ–İran gərginliyi: regionu gözləyən təhlükəli ssenarilər AÇIQLANDI
“Birləşmiş Ştatlarla İran arasında gərginliyin getdikcə artması artıq öz mənfi təsirini həm qlobal, həm də regional müstəvidə açıq şəkildə göstərməkdədir. Qlobal baxımdan gəlincə, bu gərginliyin üçüncü dünya müharibəsinə yol aça biləcəyinə dair ehtimallar səsləndirilir. Son günlər bu mövzuda səslənən fikirlərin artması isə ciddi narahatlıq doğurur. Təbii ki, biz bu cür ehtimalların reallığa çevrilməməsini arzu və ümid edirik. Çünki belə bir ssenarinin gerçəkləşməsi bəşəriyyət üçün fəlakət, sözün əsl mənasında dünyanın sonu ola bilər”. Bunu Citypost.az saytına Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib. ABŞ - İran qarşıdurmasının regional müstəvidə yarada...
03 Fevral 2026, 11:21
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistan səfiri Qurbanmamet Elyasovla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Məlumata görə, Hikmət Hacıyev və Qurbanmamet Elyasov ikitərəfli əməkdaşlıq üzrə maraq doğuran məsələləri müzakirə ediblər, 2025-ci ilin nəticələrinə dair fikir mübadiləsi aparıblar.Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində ölkələr arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.Görüş zamanı 2026-cı ildə Azərbaycan və Türkmənistanda keçiriləcək tədbirlər, beynəlxalq forumlar, görüşlər və digər mövzular haqqında da danışılıb.2026-cı ilin payızında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycanın bu formatda...
30 Yanvar 2026, 17:14
Elxan Şahinoğlu Aİ-nin SEPAH addımını şərh etdi
Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Qərar İranda son dövrlər baş verən qanlı hadisələr və dinc nümayişçilərə qarşı zorakılıqlar fonunda qəbul edilib. Bu addımın regional və qlobal təsirlərini politoloq Elxan Şahinoğlu Citypost.az-a şərh edib.Politoloqun sözlərinə görə, İranda yaşanan son hadisələr artıq beynəlxalq ictimaiyyətin gözardı edə biləcəyi həddi çoxdan keçib:“İranda baş verən qətliamlar təkcə ABŞ-ı deyil, Avropa İttifaqını da ciddi şəkildə narahat edir. ABŞ İrana qarşı hərbi zərbə ehtimalını gündəmdə saxlayır. Avropa İttifaqı isə Amerikanın mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək. Ancaq bu, Aİ-nin İranda baş verən qətliamlara səssiz qalacağı anlamına...
30 Yanvar 2026, 12:13
Sahibə Qafarova Əbu-Dabidə forumda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Sessiyanın açılış mərasimində çıxış edən spiker Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib.Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir.Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha...
27 Yanvar 2026, 15:21