Damar tutulması: Erkən xəbərdarlıq siqnalları
Tibb 23 Mart 2026, 16:27
310
Həkimlər xəbərdarlıq edirlər ki, damar sağlamlığına diqqət etməmək ciddi nəticələrə səbəb ola bilər.
Citypost.az-ın məlumatına görə, damar tutulması adətən damar divarındakı iltihabla başlayır və bu iltihabın əsas səbəbləri üç faktorla bağlıdır:
Siqaret – tərkibindəki zərərli maddələr damar divarını zədələyir və iltihab prosesini sürətləndirir.
Yüksək qan təzyiqi – damar divarına davamlı təzyiq damar toxumasını incidir və iltihabı artırır.
Şəkər və şəkərə meyillilik – qanda şəkərin yüksək olması damar divarını daha tez sərtləşdirir və iltihaba yol açır.
Həkimlər bildirirlər ki, damardakı iltihabı müəyyən etmək üçün high-sensitive CRP (yüksək həssaslıqlı seriaktiv zülal) analizindən istifadə olunur. Bu test ən adi CRP analizinin göstərmədiyi iltihabı belə erkən mərhələdə aşkarlaya bilir.
Əgər nəticə yüksək çıxarsa, bu artıq uzun illər öncə damar divarında iltihabın başladığını göstərir və infarkt, insult riskinin artdığını xəbər verir. Mütəxəssislər vaxtında müayinə və profilaktikanın həyati əhəmiyyət daşıdığını vurğulayırlar.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Eynək təyini niyə vacibdir? Həkim RƏYİ
Gözlərimizi gün ərzində daim yükləyirik, kompüter ekranına baxır, telefonla işləyir, sürətli həyat tərzi içində yoruluruq. Amma bəzən elə olur ki, baş ağrısı, göz yorğunluğu və görmə problemləri həyatımızın gündəlik ritmini pozur. Belə hallarda çoxlarımız düşünürük: “Bəs eynək taxsam görməm daha da zəifləyəcəkmi?”Citypost.az-ın məlumatına görə, həkimlər bildirirlər ki, görmə zəif olduqda gözlər daha çox gərginləşir və bu gərginlik gözün qan dövranına təsir edə bilər. Nəticədə, görmə qabiliyyəti daha da zəifləyə və baş ağrısı ilə yorğunluq yarana bilər.Təcrübələr göstərir ki, uzun illər nevroloq müalicəsi alan pasientlər belə baş ağrısından xilas ola bilmirlər, amma düzgün təyin olunmuş eynək sayəsində bu problem həll olunur....
23 Mart 2026, 17:30
Mütəxəssislər: Uşaqlıq stressi həzmə təsir edir
Uşaqlıq dövründə yaşanan stressin insanın yetkinlik həyatında həzm sistemi ilə bağlı müxtəlif problemlərə yol aça biləcəyi bildirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, erkən yaşlarda baş verən psixoloji gərginlik sonrakı dövrlərdə bağırsaq funksiyalarında və sinir sistemində ciddi dəyişikliklər yarada bilər.Bağırsaqla beyin arasında daimi əlaqə mövcuddur və bu sistemdə yaranan pozuntular qıcıqlanmış bağırsaq sindromu, qarın ağrısı, qəbizlik və ishal kimi problemlərlə özünü göstərə bilər. Mütəxəssislər hesab edirlər ki, erkən yaşlarda formalaşan stress reaksiyası uzunmüddətli təsir göstərərək həzm sisteminin işinə mənfi təsir edir.Aparılan müşahidələrə əsasən, uşaqlıq dövründə stressə məruz qalan fərdlərdə yetkinlik çağında həm psixoloji narahatlıq, həm də bağırsaq həssaslığı daha çox müşahidə...
23 Mart 2026, 10:08
Uşaqlarda sidik qaçırma: Nevroloq Qalib Əsədov izah edir
Nevroloq Qalib Əsədov bildirir ki, uşaqlarda sidik ifrazı sistemi beynin nəzarəti altında fəaliyyət göstərir və bu proses iradi idarəetməyə bağlıdır. Citypost.az xəbər verir ki, həkim bildirib ki, uşaqlarda sidik mərkəzi 5 yaşadək tam formalaşmadığından, bu yaşa qədər sidik ifrazının tam idarəsi mümkün olmur. 5 yaşdan sonra isə uşaqlar artıq sidiklərini iradə ilə tənzimləyə bilirlər.Həkim qeyd edir ki, bəzi hallarda 5 yaşdan sonra da sidik qaçırma müşahidə oluna bilər. Bunun səbəbləri arasında:Sinir sistemi xəstəlikləri – onurğa və ya beyin şişləri nəticəsində beyindən gələn siqnallar sidik kisəsinə çatmaya bilər;Hormon pozuntuları – gecə sidik ifrazını tənzimləyən vazopressin hormonunun kifayət qədər sintez olunmaması, şəkərli...
20 Mart 2026, 14:25
Yaddaş və diqqət: Mütəxəssislər izah edir
Mütəxəssislər bildirirlər ki, yaş irəlilədikcə, xüsusilə 60–70 yaşdan sonra beyin qabığında atrofiya nəticəsində yaddaş pozuntuları yarana bilər və bəzi hallarda Alzheimer xəstəliyi riski də artır.Citypost.az xəbər verir ki, həkimlər vurğulayır ki, yaddaş pozuntusunu diqqət pozuntusu ilə qarışdırmaq olmaz. Məsələn, “Mətbəxə getdim, amma nəyə getdiyimi unutdum” deyən şəxsdə əslində yaddaş deyil, diqqətin yönəlməsində qısamüddətli fasilə müşahidə olunur. Oxuyarkən və ya dərs zamanı məlumatın yadda qalması üçün isə onun şəxsi maraq obyekti ilə əlaqəli olması və emosional yük daşıması vacibdir.Ekspertlər tövsiyə edirlər ki, öyrənilən məlumatı yadda saxlamaq üçün:Məlumatı personallaşdırmaq, real həyatdan nümunələrlə əlaqələndirmək;Vizual materiallardan (filmlər, sənədli videolar) istifadə etmək;Oxuduğunu başqalarına izah etmək...
20 Mart 2026, 11:19
Erkən süddən ayrılma bağırsaq immunitetini gücləndirir
Süddən erkən ayrılma və bərk qidaya keçid uşağın orqanizmində təkcə qidalanma dəyişikliyi yaratmır, eyni zamanda bağırsaq immun sistemini yenidən proqramlaşdıraraq gələcəkdə iltihabi xəstəliklərə qarşı daha dayanıqlı müdafiə formalaşdırır.Citypost.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, bu keçid dövrü bağırsaqda yaşayan faydalı mikroorqanizmlərin tərkibini dəyişir və bağırsaq kök hüceyrələrini gələcəkdə mikroblara qarşı daha çevik reaksiya verməyə hazırlayır. Nəticədə, orqanizmdə uzunmüddətli qoruyucu təsir yaranır və bu təsir yetkin yaşlarda da özünü göstərə bilir.Mütəxəssislərin fikrincə, süddən ayrılma dövrü orqanizm üçün ani və həssas bir mərhələdir. Çünki bu zaman bağırsaq əvvəlkindən daha müxtəlif mikrob mühiti ilə qarşılaşır. Məhz bu dəyişiklik fonunda qısa müddətli və...
20 Mart 2026, 09:25
Uşaqlarda sağlam yuxu və yuxu pozğunluqları – Mütəxəssis açıqlaması
Uşaqların sağlam inkişafı üçün yuxu rejimi vacib şərtdir. Mütəxəssislər bildirirlər ki, yuxu pozğunluqları çox vaxt düzgün yuxu rejiminin olmamasından qaynaqlanır. Bu, xüsusilə uşaqlar açıq havada az vaxt keçirirsə, kifayət qədər fiziki fəaliyyət göstərmirsə, gec saatlarda yatırsa və səhər gec oyanırsa baş verir.Citypost.az-ın məlumatına görə, valideynlərə tövsiyə olunur ki, uşaqları hər gün eyni saatda yatızdırsınlar və səhər vaxtında oyandırsınlar. Bu, uşağın bədən saatının tənzimlənməsinə və sağlam yuxu rejiminin formalaşmasına kömək edir. Axşam saatlarında uşaqların aktiv oyunlardan uzaq durması, sakit fəaliyyətlə məşğul olması da yuxu keyfiyyətini artırır.Bəzi hallarda yuxu pozğunluğu nevroloji xəstəliklərin xəbərdarlığı ola bilər. Belə uşaqlarda yuxuda qışqırmaq, ağlama, epileptik və...
19 Mart 2026, 11:38