Bizə yazın

Baku

-°C

USD

-

Paytaxtda tıxaclara qarşı 3 yeni yol layihəsi icra olunur

Cəmiyyət 23 Mart 2026, 14:10

199

Sürətli urbanizasiya və paytaxtətrafı qəsəbələrin genişlənməsi mövcud infrastrukturun qarşısında yeni əngəllər yaradır. Gündəlik olaraq on minlərlə vətəndaşın eyni saatlarda şəhər mərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət etməsi əsas magistral yollarda ciddi sıxlıq yaradır. Hazırda ətrafdan, xüsusilə də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardan gələn, lakin əslində şəhər mərkəzinə daxil olmaq istəməyən sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraq mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli olurlar. Mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçün sürücülər məcburiyyət qarşısında onsuz da həddindən artıq yüklənmiş mərkəzi arteriyalardan istifadə edirlər.

Bu barədə Citypost.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Belə ki, Dövlət Proqramında nəzərdə tutulan layihələrin əsas hədəflərindən biri də yol hərəkəti iştirakçılarının şəhər mərkəzinə və sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahat və fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə hazırda 3 yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.

Birinci vacib layihə Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadan birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı ilə birləşdirəcək. Beləliklə, şimal və qərb zonası ilə daha səmərəli nəqliyyat əlaqəsi qurulacaq.

İkinci mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu rayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətli nəqliyyat əlaqəsi yaradacaq. Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpə və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yol yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axını mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili tıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

Üçüncü istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur. Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçün M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür. Bu birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn nəqliyyat axını "20 Yanvar" dairəsinə daxil olmadan birbaşa metronun "Koroğlu" stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu da həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmağa kömək edəcək.

Məsələn, Respublikanın şəhər və rayonlarından, xüsusilə də Müşfiqabad, 28 May qəsəbələrindən Bilgəh istiqamətinə getmək istəyən sürücülər Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolundan istifadə etməklə şəhərə daxil olmadan bu səfəri yerinə yetirə biləcəklər.

Sulutəpədən Aeroport şosesinə çıxmaq istəyənlər isə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunu seçərək tıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər.

Yaxud, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun “Koroğlu” və ya “Əhmədli” stansiyaları istiqamətinə və ya əksinə getmək istəyən vətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən, birbaşa və kəsintisiz şəkildə mənzilbaşına çatacaqlar.

Artıq Bilgəh–M4 avtomobil yolunun inşası aparılır, 2027-ci ildə isə bu magistralın istifadəyə verilməsi planlaşdırılır. Bu yolun ümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və 6 zolaqlı olacaq.

Dövlət Proqramında nəzərdə tutulan bu 3 layihə vətəndaşların ümumi şəhər yollarına daxil olmadan və mərkəzi küçələrdən istifadə etmədən istədikləri istiqamətə rahat gediş-gəlişini təmin edəcək. Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin və əsas magistralların yükü kəskin şəkildə azalacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıtda tonqalda partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb 

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 1 nəfərin müalicəsi davam etdirilir.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir.Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan və vəziyyəti stabil olan 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ambulator müalicə üçün evə buraxılıb.Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunan bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) isə ambulator müalicə üçün evə...

23 Mart 2026, 15:44

Azərbaycan XİN Pakistanı milli bayram münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı milli bayram münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə XİN-in paylaşımında qeyd edilib."Qardaş Pakistan xalqını və hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!Milli bayramınız mübarək, Pakistan!" - deyə, paylaşımda vurğulanıb.

23 Mart 2026, 13:43

Ölkədə kərə yağı istehsalı 10% azalıb 

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 882,9 ton kərə yağı istehsal edilib.“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalıb.Mart ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 67,3 ton təşkil edib.Hesabat dövründə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 42,8 faiz azalaraq 5 816,4 ton, duru bitki yağının istehsalı isə 30,2% artaraq 9 391,4 ton təşkil edib.Bundan başqa, ötən iki ayda Azərbaycanda 589,1 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə və tərəvəz şirələri, 23 min 410,8 ton meyvə-tərəvəz konservləri, 8 436,9 ton pendir və kəsmik istehsal olunub...

23 Mart 2026, 12:57

Sabah Azərbaycanda hava necə olacaq?

Martın 24-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim...

23 Mart 2026, 12:32

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib 

Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.Citypost.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi.Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə...

23 Mart 2026, 12:02

İlham Əliyev “Şirvan Aqro”nun açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına kompleks barədə məlumat verdi.Bildirildi ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.Kompleksdə 9000 baş heyvanın - 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.Ən son texnologiyalarla təchiz edilən...

23 Mart 2026, 11:55