Alabaşlı-Qızılca dəmir yolu sahəsi əsaslı təmir olunub
Cəmiyyət 13 Aprel 2026, 11:00
481
"Azərbaycan Dəmir Yolları" QSC (ADY ) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparıb.
Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları"na istinadən xəəbər verir.
Həmçinin oxuyun
Məlumata görə, istismara verildiyi 1950-ci illərdən bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda daha iki ərazidə yollar təmir edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.Citypost.az bu barədə Agentliyə istinadən xəbər verir.Məlumata görə, təmir işləri ümumi hərəkətə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində) aparılıb.İşlər iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-a qədər icra olunub. Nəticədə vətəndaşlara minimum narahatlıq yaradılmaqla daha iki ərazidə rahat və təhlükəsiz hərəkət təmin edilib....
13 Aprel 2026, 12:52
DİM: 9 illik buraxılış imtahanlarının nəticələri 6 həftə sonra elan olunacaq
2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Qeyd edilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.
13 Aprel 2026, 12:35
Pensiyalar sabah ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
13 Aprel 2026, 12:05
Vəkil Rəhim Xoyski: Bağışlanma ilə bağlı risklər artır, vəsiyyət tövsiyə olunur
Tanınmış vəkil Rəhim Xoyski son vaxtlar daşınmaz əmlakın bağışlanması ilə bağlı yaranan hüquqi problemlərə dair açıqlama verib.Citypost.az xəbər verir ki, vəkil bildirib ki, son üç ay ərzində 3 nəfər ona müraciət edərək övladına və ya nəvəsinə evlərini notarial bağışlanma yolu ilə keçirdikdən sonra evdən qovulduqlarını və nalayiq rəftara məruz qaldıqlarını iddia ediblər. Vəkilin sözlərinə görə, bu işlər hazırda hüquqi baxımdan mürəkkəb mərhələdə araşdırılır.R.Xoyski qeyd edib ki, vətəndaşlar sağlıqlarında yeganə daşınmaz əmlaklarını bağışlamaqdan çəkinməlidirlər. Onun fikrincə, daha təhlükəsiz hüquqi mexanizm vəsiyyətin yazılmasıdır.Müraciət edən şəxslərin yaşı 65, 69 və 85-dir və bu yaşlarda hüquqi proseslərin yaratdığı çətinliklər daha ağır nəticələrə səbəb olur.O,...
13 Aprel 2026, 11:48
Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub
Balakən rayonunda intensiv yağışlar fəsadlara səbəb olub.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin yüksək dağlıq ərazilərində sulu qar və qar, düzənlik ərazilərinə isə intensiv yağışlar müşahidə olunur. Ötən gün axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarına yağan intensiv yağışlar çaylarda suyun səviyyəsi artırıb. Leysan xarakterli yağışlar səbəbindən Balakənin Meşəşambul kəndində 30-a yaxın evin həyətyanı sahəsi yağış suları ilə dolub. Sakinlər yaranmış vəziyyətlə bağlı aidiyyəti qrumlara müraciət ediblər.Bölgədə qeyri-sabit hava şəraiti davam edir....
13 Aprel 2026, 11:33
Naxçıvanda çağırışçıların hərbi xidmətə yolasalma mərasimi keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Naxçıvanda tədbirlər keçirilib.Dövlət Xidmətindən Citypost.az-a verilən məlumata görə, əvvəlcə Dövlət Xidmətinin Naxçıvan şəhəri və Babək rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib.Qetd edilib ki, yolasalma mərasimində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Vilayət Seyidov, həmçinin çağırışçı və valideynlər çıxış ediblər.Sonra Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının nümunəvi nümayişi göstərilib. Rəsmi hissə bitdikdən sonra hərbi xidmətə...
13 Aprel 2026, 11:19