Bizə yazın

Baku

-°C

USD

-

Tural İrfan: Müsəlman xalqların birliyi hədəfə alınır

Siyasət 12 May 2026, 08:55

587

Qərbdəki bəzi siyasi institutlar davamlı olaraq Şərqi, əsasən də zəngin sərvətləri və mədəniyyəti olan müsəlman aləmini istila və istismar etmək üçün ideyalar üzərində işləyir, yeni metodlar ortaya qoyurlar. Qədimdən öz köklərinə, inancına sadiq xalqları bütövləşdirən, həmrəyliyinə bünövrə təşkil edən özülləri, bağları sarsıtmaq üçün müxtəlif adlar altında cürbəcür təsirlər göstərilir. Bu xalqları birləşdirən, hətta dövlətlərin arasında ittifaqa səbəb olan amilləri aradan qaldırmağa çalışırlar ki, parçalayıb, üz-üzə qoyub asan istismar edə bilsinlər.

"Demokratiya", "insan haqları", "qadın hüquqları" adı altında müsəlman Şərqinə müəllimlik edir, əvvəlcə səddamlar, qəddafilər yetişdirirlər. Sonra onları öz xalqı ilə üz-üzə qoyurlar yaxud buna təhrik edirlər, imkan yaradırlar. Daha sonda onların devrilməsi üçün xalqların "yalvarışları"na guya səs verib mələk obrazında xilaskara çevrilirlər. Avropa bu gün müsəlman aləmində konkret olaraq fahişəlik, homoseksualizm, faizçilik, pozğunluq yaymaqdadır. Dəyərləri məhv etməklə insanları öz köklərindən ayırdıqda onları istismar etmək daha asan olur. İtaliya Liviyada, Fransa Əlcəzairdə, Suriyada, İngiltərə əli çatan bütün müsəlman ölkələrində milyonlarla məsum müsəlmanı qətl edib, işgəncə və istismara məruz qoyub. İndi guya mələyə çevrilib müsəlmanlara azadlıq gətirmək istəyirlər? Sadəcə buna inananlara adamın yazığı gəlir. 

Bəzən sual edirlər ki, niyə bəziləri xristianlığı, iudaizmi yaxud buddizmi deyil məhz İslamı hədəf götürürlər. Cavabı aydındır... Çünki Qərbin müəyyən etdiyi hədəfə doğru addım atılır. 

Bu gün dünyada türk millətinə ən dəhşətli zülm Çində olunur. İslamı hədəf alanlar Çinin ünvanına nəsə deyə bilir? Xeyr. Demək səmimi türk deyillər. Məqsəd bir millətin hüququnu qorumaq deyil, bu ad altında manipulyasiya etməkdir.

Rusiya əsasən Qafqazda xalqları separatçılığa sövq etməklə parçalayıb idarə edirdi. Qərbin bəzi səlibçi məfkurədə olan ideoloji institutları da müsəlmanların millətçilik damarından geniş istifadə edirlər. İslam kimə xoş gəlib gəlməməsindən asılı olmayaraq xalqları, etnik qrupları öz inanc sistemi və mədəniyyəti ətrafında birləşdirən ideologiya rolunu oynayır. Müəyyən ziddiyyətlərdə xalqlar, millətlər, etnik qruplar vahid dinin daşıyıcıları olmaları səbəbi ilə ortaq məxrəc tapır, vəhdətə gəlirlər. İndi bu birləşdirici dəyərə ona görə hücum edilir ki, xalqları parçalayıb üz-üzə qoysunlar.

Yəni, Qərbin istila hədəflərini müəyyən edən ideoloqlar da bunu istəyir. Parçala hökm sür. Müsəlman xalqların qədim, pərakəndə və indiyə heç tam olaraq gəlib çatmamış əski inanclarına qayıtmasına təşviq etməkdə məqsəd yalnız parçalamaqdır.

İslamdan əvvəl türklərin bir qismi tanrıçılığa, bir qismi şamanizmə, bir qismi buddizm və menixeizmə, bir qismi iudaizm və xristianlığa yaxud təbiət kultlarına inanırdı. İndi İslamın bir xalqı vahid inanc altında birləşdirməsi dağıdıcı gücləri narahat edir. Yaxud qədim kürdlər İezidilik, Zərdüştlük, mitraizm, yarsanizm kimi əski inanclara bağlı idilər. İslam vahid inanc altında nəinki bu xalqı birləşdirdi, hətta digər müsəlman xalqları ilə qardaş elan etdi. (Az bir hissə İezidilik inancında qalıb, böyük çoxluq müsəlmandır.) Türklərin də az hissəsi qeyri-müsəlman olaraq qalmaqdadır. Böyük əksəriyyəti müsəlmandır. Eyni zamanda qurulmuş türk yaxud müsəlman dövlətləri, imperiyaları əsas ideoloji xətt olaraq İslamı götürmürdülərmi? Səlcuqlular, Osmanlılar məgər xalqları buddizm yaxud şamanizm altında birləşdirə bilmişdi, yoxsa İslam? Ərəblərin bir hissəsi bütpərəst, bir hissəsi xristian, digərləri də fərqli dinlərə inanırdı. Eyni zamanda başqa xalqların da pərakəndə və sistemsiz inanclara üz tutduğu tarixdən aydın olur. İslam gəlib vahid ümmət prinsipləri əsasında birləşdirdi və bu birlik möhtəşəm bir tarix, mədəniyyət yaratdı. 

Demək indi məqsəd nədir: bir tərəfdən yeni qondarma təriqətlər icad etməklə ("Əhmədi nur və sülh dini" kimi... ), radikal qruplar yaratmaqla ("vəhhabizm, İŞİD..."), digər tərəfdən də milli, etnik, irqi ayrı-seçkilik salmaqla, guya qədim inanclara qayıdış erası başlamaqla yerdə qalan dəyərləri məhv etmək. Nəticədə Qərbin istilaçı məqsədlərinə daha asan şərait yaratmaq.

Xalqların təzədən inanc yönündən parçalanması onları nüvə silahı ilə məhv etməkdən daha dəhşətlidir. Adicə Suriyada Nuseyrilər, Druzlar kimi iki-üç xırda təriqətin əli ilə bu gün dövlətin suverenliyinə, təhlükəsizliyinə təhdid yaradanları bütün dünya müşahidə edir. Məgər təkcə bu fakt nümunə olaraq yetməzmi?

Tural İrfan

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Madyarın qurduğu yeni hökumət təsdiqləndi 

Macarıstanda 12 aprel parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri, yeni Baş nazir Peter Madyarın rəhbərliyi ilə yeni hökumət qurulub.Teleqraf xəbər verir ki, Prezident Tamaş Şuyok namizədlikləri Baş nazir tərəfindən təqdim edilən və parlament üzvləri tərəfindən təsdiqlənən 16 nazirin təyin edilməsi barədə fərman imzalayıb.Yeni hökumət üzvlərinin etimadnamələrinin təqdim edilməsi üçün rəsmi mərasim dövlət başçısının rəsmi iqamətgahı olan Şandor Sarayında baş tutub. Yeni hökumətin üzvləri parlament qarşısında and içəcəklər və bundan sonra vəzifələrinin icrasına başlaya biləcəklər. İlk iş iclası mayın 13-nə planlaşdırılıb.Macarıstanın yeni hökumətində 15 nazirlik (əvvəlkindən 5 nazirlik çox) və Baş nazir Administrasiyası olacaq.Keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi...

12 May 2026, 17:28

Vüqar Rəhimzadə: Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfər etmələri, cənab Prezidentin bu məkanlardan verdiyi mesajlar  hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması ilə Ulu Öndərin arzusu reallığa çevrildi. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə qeyd etdiyi kimi, biz -...

12 May 2026, 16:28

Nigar Sabirqızı: Müharibədən sonra İran daha çox tələb irəli sürür

Tanınmış televiziya aparıcısı Nigar Sabirqızı ABŞ və İran arasında mövcud geosiyasi gərginlik və danışıqlar prosesi ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, aparıcı bildirib ki, müharibədən əvvəl Vaşinqton və Tehran arasında masadakı əsas şərtlər aydın idi. ABŞ İranın nüvə proqramından imtinasını tələb edir, İran isə sanksiyaların ləğvini ön şərt kimi irəli sürürdü.Nigar Sabirqızının sözlərinə görə, müharibədən sonrakı mərhələdə ABŞ-nin mövqeyi dəyişməz qalsa da, İranın irəli sürdüyü tələblərin sayı artıb. Onun qeyd etdiyinə görə, Tehran hazırda yalnız sanksiyaların ləğvini deyil, həm də Hörmüz boğazı üzərində suverenlik və müharibə nəticəsində kompensasiya ödənilməsini tələb edir.Aparıcı vurğulayıb ki, yaranmış vəziyyət müəyyən mənada ironik xarakter...

12 May 2026, 10:32

Sahib Alıyev: Ermənistanla bağlı İlham Əliyevin mesajı mühüm xəbərdarlıqdır

Millət vəkili, əməkdar jurnalist Sahib Alıyev Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi fikirləri şərh edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, dövlət başçısının “Nə qədər ki Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq” fikri mühüm siyasi mesajdır və diqqətdə saxlanılmalıdır.Sahib Alıyevin sözlərinə görə, Ermənistanda mövcud olan siyasi qüvvələrin Azərbaycana münasibəti və gələcək planları arasında ciddi prinsipial fərq yoxdur, fərq yalnız onların ritorikasındadır.Millət vəkili qeyd edib ki, Baş nazir Nikol Paşinyanın komandasında yer alan Alen Simonyan, Armen Qriqoryan və Ararat Mirzoyan kimi şəxslərin mövqeyi...

12 May 2026, 10:11

Nadir Azəri: "Azərbaycan postmüharibə dövrü üçün nümunə ortaya qoyub"

“Bu gün dünyada baş verən müharibələrə və postmüharibə proseslərinə baxdıqda Azərbaycanın ortaya qoyduğu yanaşmanın bir sıra ölkələrdən fərqləndiyi açıq görünür. Azərbaycan yalnız iqtisadi inkişafı, beynəlxalq əməkdaşlıqdakı etibarlı tərəfdaş mövqeyi, nüfuzlu tədbirlərə uğurlu ev sahibliyi və sosial siyasəti ilə diqqət çəkmir. Ölkəmiz eyni zamanda hərbi əməliyyatlar zamanı mülki əhalinin təhlükəsizliyinə və yaşayış məntəqələrinin qorunmasına göstərdiyi həssas münasibətlə də beynəlxalq səviyyədə fərqlənən dövlətlərdən biridir. Bu yanaşmanın təsadüfi olmadığı isə həm real faktlarda, həm də dövlət başçısının çıxışlarında aydın şəkildə görünür”. Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib. O, qeyd edib ki, Prezident...

12 May 2026, 09:40

Ceyhun Məmmədov: “ATƏT-in Minsk qrupu 30 il nəticə vermədi”

Millət vəkili Ceyhun Məmmədov Azərbaycan dövlətinin son illərdə əldə etdiyi uğurların arxasında gərgin əməyin, düşünülmüş siyasi addımların və güclü ordunun dayandığını bildirib. O qeyd edib ki, bu güc 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı.Citypost.az xəbər verir i, Deputat vurğulayıb ki, Azərbaycana qarşı uzun illər ikili standartlarla yanaşan bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizin qazandığı qələbəni qəbul edə bilmir və əvvəlki siyasətlərini davam etdirmək niyyətindədirlər.Ceyhun Məmmədov bildirib ki, Azərbaycan BMT-nin 4 qətnaməsini özü icra edərək torpaqlarını işğaldan azad edib və artıq ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bu məsələ ilə bağlı qətiyyətli və prinsipial...

12 May 2026, 09:34